Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                     “Təyyarələrdə peşəkar oğrular peyda olub” .....                     Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib .....                     “Brent” nefti 4%-dən çox ucuzlaşıb .....                     Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? .....                     Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb .....                     Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? .....                     Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... .....                     Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! .....                     Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” .....                     DGK sədrinin "dünyada örnəyik" İDDİASI .....                     Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur .....                     Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz .....                 

"Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" - deputat
Tarix: 17-01-2019, 11:03 | Çap et
"Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm"
Rusiya dünyada aparıcı dövlət olmaqla yanaşı, Cənubi Qafqaz bölgəsində təsirini saxlamağa çalışır. Ermənistanla münasibətlərində soyuqluq açıq şəkildə nəzərə çarpan şimal qonşumuzun Azərbaycanla əlaqələri kifayət qədər normaldır. Amma bu əlaqələrə xələl gətirmək istəyənlər tez-taz ortaya çıxır, “xaric” oxuyurlar. Necə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu günlərdə növbəti dəfə anti-Azərbaycan mövqeyi sərgilədi. Özü də bu ayın sonlarında Azərbaycan və Rusiyanın deputatları arasında Rusiya Dövlət Dumasında parlament konfransı keçirmək nəzərdə tutulur. Tədbir çərçivəsində ikitərəfli yüksək səviyyəli parlamentlərarası komissiya yaratmaq barədə sənədin imzalanacağı da gözlənilir. Xatırladaq ki, belə bir komissiyanı yaratmaq təklifi ötən il iyun ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Viaçeslav Volodin tərəfindən irəli sürülmüşdü. Maraqlıdır ki, Zaxarovanın ermənipərəstliyi məhz bu dövrdə baş qaldırdı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli ilə söhbətimiz də Rusiya-Azərbaycan münasibətləri, Qarabağ məsələsinin həll perspektivləri ilə bağlıdır.

- Əli bəy, Zaxarovanın son açıqlamasını necə şərh edərdiniz? Bu, onun özfəaliyyətidir, yoxsa Rusiya dövlətinin siyasətini nümayiş etdirir?

- Bu məsələ ilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin mövqeyi olub. Həqiqətən də Zaxarovanın çıxışı Rusiyanın dövlət olaraq rəsmi mövqeyi ola bilməz. Çünki bu siyasəti Azərbaycan və Rusiyanın prezidentləri müəyyən edir, Zaxarova yox. Ümumiyyətlə, Dövlət Dumasında hər hansı açıqlamaları, hansısa bir ictimai-siyasi şəxsin fikirləri indiki şəraitdə müəyyən olunmuş siyasətə təsir edə bilməz. Hər iki tərəfdən ara-sıra belə açıqlamalar olur. Azərbaycanda da rusdili, Rusiya ilə bağlı açıqlamalar olub. Parlamentdə də belə fikirlər səslənib, amma bunlar rəsmi mövqe deyil, hətta biz bunları tənqid etmişik. Rusiya dövləti erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlişinə bizim yasaq qoymağımızla bağlı məsələni qaldırarkən ilk baxışdan belə təəssürat yaranır ki, guya Zaxarova Rusiya vətəndaşlarının marağını qoruyur. Ancaq bu məsələdə həm yanılırlar, həm də riyakarlıq edirlər. Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm. Demişəm ki, yaxşı, siz erməni əsilli Rusiya vətəndaşlarının maraqlarını qoruyursunuz, bəs nə üçün Azərbaycan əsilli Rusiya vətəndaşlarının tarixi vətənlərinə, İrəvana, Ermənistana getməyinə ermənilər tərəfindən qoyulan qadağaya münasibət bildirmirsiniz? Gördük ki, onlarda heç bununla bağlı tam təəssürat, məlumat yoxdur. Ermənistandan azərbaycanlıların deportasiyası baş verib, yüz minlərlə insan öz yurdlarını tərk edib. Onların böyük bir hissəsi Azərbaycanda məskunlaşıb, bir hissəsi də Rusiyaya köçüb və Rusiya vətəndaşıdır. Yəni bu yanaşmada ikili yanaşma və riyakarlıq var. İkincisi, əgər onlar Rusiya vətəndaşlarından danışırlarsa, onda Dilqəm Əsgərovla bağlı da bəyanat vermək lazımdır. Yəni ədalətli görünsünlər. Mən nə üçün deyirəm bu məsələdə riyakarlığa yol verirlər? Çünki bu məlumatlar rəsmi şəxslərə məlumdur. Ola bilər ki, Rusiyanın sadə vətəndaşı bunu bilməsin. Amma rəsmilər bilirlər. Ona görə də bu məsələyə bizim XİN-in adekvat reaksiyası olub. Bir daha vurğulamaq istəyirəm, bu, yaranmış situasiyadan dolayısı istifadə etməkdir. Rəsmi münasibətlərə bu kimi hallar heç zaman təsir edə bilməz. Çünki əsas məsələlər üzrə tam aydınlıq mövcuddur və bu siyasəti prezidentlər müəyyənləşdirib. Bütün dövlət orqanları da müəyyən olunmuş siyasəti, sadəcə, icra etməlidir. Bu halda isə biz ikili standart və riyakarlıq görürük.

- Rusiya ilə Ermənistan arasındakı münasibətlərdən fərqli olaraq, Bakı ilə Moskva arasındakı münasibətlər kifayət qədər yaxşı təsir bağışlayır. Bütün bu əlaqələr, münasibətlər bizi əsas hədəfimizə çatdıracaqmı, Qarabağa aparacaqmı? Sizin kifayət qədər informasiyalara malik olduğunuzu demək olar. Bu mənada perspektivlər barədə nə deyə bilərsiniz, 2019-cu ildə Qarabağla bağlı nə gözləyək?

- Mən bu məsələyə Azərbaycan-Rusiya münasibətləri kontekstində cavab verə bilərəm. Çünki çox geniş sualdır. Mən bilirəm ki, Dağlıq Qarabağla bağlı, gözləntilər haqqında bizim xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamaları olmuşdu. Hesab edirəm ki, onlar təsadüfi deyil. Ümumiyyətlə, bizim xarici siyasətimiz də bu məsələ əsas rol oynayır və əminəm ki, orada müəyyən pozitiv ruh mövcuddur, pozitiv proseslər gedir. Amma təbii ki, mən detallardan məlumatsızam. Birincisi, qeyd edim ki, biz cəmiyyət olaraq Azərbaycan-Rusiya münasibətlərinə təkcə Ermənistan-Rusiya tarixi münasibətləri kontekstindən və Dağlıq Qarabağ konflikti kontekstindən yanaşmamalıyıq. Bu, yanlış yanaşma olar və bizi yanlış hədəfə aparıb çıxara bilər. Rusiyada və Rusiyanın tərkib hissəsi olan məsələn, Dağıstanda bizim yüz minlərlə soydaşımız tarixən, yüz illərdir yaşayır. İkinci Dünya müharibəsindən sonra, əsas etibarilə urbanizasiya prosesi başlayandan dövrdən SSRİ-də, xüsusən Sibirdə neft yataqlarının kəşfi prosesində, sonra 60, 70, 80-ci illərdə bizim gənclərimizin də SSRİ-nin, o cümlədən Rusiyanın ali təhsil ocaqlarında təhsil almağa yönəlməsi prosesindən başlayaraq isə yüz minlərlə azərbaycanlı artıq son 30-40 ildə orada yaşamağa başladı. Yəni tarixən orada yaşamış insanlar... Azərbaycan xanlıqlarının ərazisində olmuş torpaqlarda, Dərbənd bölgəsindən, Gürcüstandakı Borçalıda yaşayanlardan söhbət gedir. Bu, bir tarixdir. Bir də var müasir, bizim duyduğumuz, hiss etdiyimiz tarix, son 50 ilin tarixi. Sonrakı mərhələdə, 90-cı illərin əvvəllərində ölkə çox ağır iqtisadi durumda olanda da azərbaycanlıların bir hissəsi yenə də iş axtarmaq üçün Rusiya, Ukrayna və s. ölkələrə üz tutdular. İndi təsəvvür edin ki, Rusiyadakı soydaşlarımızdan danışanda milyon rəqəmindən bəhs edirik. Həm orada vətəndaş olaraq, həm də miqrant olaraq, müvəqqəti çalışanlardan söhbət gedir. O baxımdan belə bir situasiyada, əhali mübadiləsi prosesində təbii ki, bizim Rusiya ilə münasibətlərimiz artıq normal olmalıdır. Çünki axı Rusiya vətəndaşı olan bizim yüz minlərlə soydaşımız var. Deyək ki, Rusiyaya sanksiya tətbiq olunanda oradakı azərbaycanlıya da zərbə dəyir. Bax, bu baxımdan qeyd etmək istəyirəm ki, gərək biz ictimai fikirdə Azərbaycan-Rusiya münasibətlərinə təkcə konflikt kontekstindən baxmayaq.

- Maraqlı, həm də birmənalı qəbul olunmayacaq yanaşmadır...

- Baxmayaraq ki, Dağlıq Qarabağ konflikti, torpaqlarımızın işğalı məsələsi bizim üçün ən vacib məsələdir. Bu, bəlkə yeganə məsələdir ki, həll olunmayıb. Biz müxtəlif misallar çəkə, hansısa sosial problemdən bəhs edə bilərik. Amma ən fundamental məsələ bu münaqişənin həllidir. Ona görə də bir daha qeyd edirəm ki, biz bu münasibətlərə təkcə Dağlıq Qarabağ münaqişəsi konteksindən baxmamalıyıq. Əks təqdirdə, biz öz soydaşlarımıza hörmətsizlik etmiş olarıq. Siz jurnalist olaraq, yaxud əhalimiz gərək bu məsələyə orada yaşayan soydaşlarımızın gözü ilə baxasınız. Konkret misal çəkim. Bir neçə il bundan əvvəl ticarət obyektlərindəki azərbaycanlılara münasibətlər, konfliktlər və s. də baxın, indiyə də. Münasibət xeyli dəyişib. Hesab edirəm ki, indi Rusiyada qanuna riayət edən azərbaycanlıların bu sistemdə çalışmaları, yaşamaları ilə bağlı hər hansı bir ciddi problem mövcud deyil.

- Mövcud durumu Azərbaycanın şansı kimi dəyərləndirənlər də az deyil. Siz necə düşünürsünüz?

- Bax, bu, yeni siyasət ki, yaranıb, burada artıq Ermənistanın rolu əhəmiyyətsiz olmağa başlayıb. Çünki ənənəvi olaraq Rusiya-Ermənistan münasibətindən danışılsa, cəhdlər olacaq ki, pozitivlik davam etsin. Amma bunu həyata keçirmək mümkün deyil. Çünki Ermənistanın iqtisadi olaraq, bir dövlət olaraq bölgədə rolu yoxdur. Bölgədə rolu olan dövlətlər ənənəvi Türkiyədir, İrandır, indi də Azərbaycan. Artıq belə bir situasiya yaranıb. Üstəgəl, Ermənistanın başında indiki yox, başqa rəhbərlik olsa belə, vəziyyət dəyişməyəcək. Çünki bir sıra politoloqlar vəziyyəti belə izah edirlər ki, Ermənistanda qərbyönümlü adamlar hakimiyyətə gəlib, ona görə münasibətlər pozulub və s. Ola bilsin sabah rusiyayönümlü şəxslər bu ölkədə hakimiyyətə gəlsin. Amma bu, artıq vəziyyətə ciddi təsir edə bilməz. Ona görə ki, bölgədə həyata keçirilən layihələr artıq bölgənin aparıcı ölkələrinin - Azərbaycan, Türkiyə, İranın iştirakı ilə həyata keçirilir. Bax, bu baxımdan Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi deyil və yaxın dövrlərdə də olmayacaq. Bəli. Yaranmış bu situasiya şərait yaradır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyiş olsun. Nə üçün? Ənənəvi yanaşma belədir ki, bu konfliktlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Rusiya tərəfindən yaradılıb, bölgəyə nəzarət oluna bilsin, hər halda, belə düşünülür. İstisna deyil ki, zamanında, yəni 1988-93-cü illərdə məsələ belə idi. Bu məsələ ilə bağlı mənim çox açıq yanaşmam var. 1992-ci ildə bizdə də hakimiyyətdəki şəxslərin bölgə, xarici siyasətlə bağlı öz yanaşmaları olub. Ölkəni nə vəziyyətə qoyublar, məlumdur. Azərbaycan-İran münasibətləri... Mənim üçün həmişə bu məsələ suallar yaradıb: nə üçün münasibətlər problemli olmalıdır? İndi görürsünüz, necə yüksək səviyyədədir, cənab prezident o siyasəti həyata keçirdi.
- Amma 1990-cı ilin yanvar hadisəsini də unutmayaq...

- Yox, mən demək istəyirəm ki, o dövrdəki adamların, o dövrdəki hakimiyyətin siyasətinin məsuliyyətini biz daşımırıq. Bu baxımdan 90-cı illərin əvvəllərində Rusiya hakimiyyətində olmuş şəxslər, Qorbaçov, Yeltsin və o hərbi maşının da məsuliyyətini bugünkü Rusiya siyasi elitasının üzərinə daşımaq da düzgün deyil. Demək istəyirəm ki, siyasi liderlər dəyişib, onlar tamamilə yeni bir siyasət həyata keçirirlər. Bu siyasətdə vacib bir məqam ondan ibarətdir ki, Cənubi Qafqazda, məhz Ermənistan-Azərbaycan münasibətində bu münaqişənin həlli üçün pozitiv addımlar atılsın. Onda burada ortaya sual çıxır ki, pozitiv addım deyiləndə kim, nəyi başa düşür? Bizim üçün o işğal olunmuş ərazilərin azad olunmasıdır. Ermənilərsə çalışır ki, Dağlıq Qarabağa “müstəqillik” əldə etsinlər və orda ikinci erməni dövləti yaradılsın. Amma son dövrlər səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə onu göstərir ki, bu konfliktin həlli ancaq Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması prosesi başlayanda pozitivə doğru gedə bilər. O cümlədən Rusiya ilə ittifaqda olan Belarusun prezidenti Aleksandr Lukaşenkonun son dövrdə verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər Ermənistanı çıxmaq şərti ilə, əslində KTMT müqaviləsi üzvü olan ölkələrin də mövqeyidir. Mən bu prosesdə bir pozitivlik görürəm və hesab edirəm ki, indi yaranmış situasiya cənab prezidentin xarici siyasətdə qonşularla həyata keçirdiyi siyasətin, aparılan işlərin çox pozitiv nəticəsidir. İkincisi isə Xəzərin hüquqi statusu ilə bağlı əldə olunmuş razılıq, imzalanmış saziş də bunun göstəricisidir ki, bölgədə türkdilli, müsəlman ölkələri ilə - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycanla Rusiyanın çox səmərəli əməkdaşlığı yaranıb və bu, ancaq Azərbaycanın, eyni zamanda Dağlıq Qarabağ konfliktinin həlli üçün bizim faydamıza yaranmış müsbət bir situasiyadır. Əminəm ki, dövlətimiz də, xalqımız da, cəmiyyətimiz də bu situasiyanı müsbət dəyərləndirir. Biz bunu daha çox politoloqlardan eşidirik. Ümidvaram ki, güclü ordusu olan ölkə qonşularla bu cür xarici siyasətlə mütləq yaxın dövrdə nəticə əldə edəcək. Bu, yaranmış ən uğurlu tarixi şəraitdir.

- Bunu həm də informasiya hesab edəkmi?

- Olsun...(gülür)
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
DGK sədrinin "dünyada örnəyik" İDDİASI - "Gömrük Komitəsinin ləğv edilməsinin tərəfdarıyam"
Dünən, 07:21
Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur - NƏ ETMƏLİ?
Dünən, 07:16
Üçtərəfli sülh olmadan heç bir dəhliz açıla bilməz - GƏLİŞMƏ
Dünən, 07:13
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib - FOTO
Dünən, 07:05
"Hər ay eyni hal davam edir..." - ETİRAZ
Dünən, 07:01
Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA
Dünən, 06:54
Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı - TƏFƏRRÜAT
Dünən, 06:52
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Dünən, 06:47
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb - KİV
Dünən, 06:43
"Zəhraya yol vermədi...bu da qalsın onun vicdanına..." - acılı ATANIN HARAYI
Dünən, 06:37
Səfərbərlik Xidmətinin Naxçıvan baş idarəsində xidmət edən hərbi qulluqçularına xor baxılır - AXI NİYƏ?..
Dünən, 06:26
İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Dünən, 02:42
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Dünən, 02:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru