Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Qarabağ separatçıları... .....                     Müştərilər beləcə qəpik-qəpik SOYULUR... .....                     Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? .....                     Lənkəranskinin qan düşməni idi .....                     Avropa Parlamentindən Ermənistanı şok edən .....                     Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb .....                     Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... .....                     Paşinyanın mətbuat katibi deputat olur .....                     Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? .....                 

“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
Tarix: 29-12-2018, 10:02 | Çap et
“Arif Hacılı və Əli Kərimli Müsavat və AXCP-ni məhvə aparır”
AĞ Partiyanın sədri Tural Abbaslı son günlər müxalifət düşərgəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Müxalifət düşərgəsində ilin sonlarında bir canlanma, hərəkətlilik müşahidə olunur. Bu yaxınlarda Əli Kərimli qısamüddətli həbsdən çıxandan sonra bir sıra siyasi partiyalarla danışıqlar apardı. İsgəndər Həmidov böyük bir toplantı təşəbbüsünü irəli sürdü və reallaşdırdı. Artıq xeyli vaxtdır Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Bütün bu baş verənlər nədən xəbər verir?

- Son illərdə Azərbaycanda siyasət meydanında bir sakitlik hökm sürürdü. Hətta aprel ayında keçirilən prezident seçkiləri belə, müxalifət düşərgəsini lazımi səviyyədə tərpədə bilmədi, müxalifət xalqı proseslərə qoşa bilmədi. Bir prosesdəki xalq iştirak eləmir, orada heç bir ciddi fəaliyyətdən, canlanmadan söhbət gedə bilməz. Ona görə də seçkilər dövründə hakimiyyət prosesləri istədiyi tərəfə yönləndirə bilmişdi və istədiyi nəticələri də əldə edə bildi. Müxalifət düşərgəsinin bir hissəsi isə mübarizə aparmaq əvəzinə, boykot adlı lazımsız, təsir imkanı olmayan bir yolu seçdilər. Biz AĞ Partiya olaraq seçkiyə qatıldıq, çalışdıq ki, cəmiyyətdə bir siyasi canlanma olsun. Siz də razılaşarsınız ki, bir çiçəklə bahar olmur. Bizi seçkiyə buraxmadılar. Yəni ilin əvvəlindən hər şey hakimiyyətin istədiyi kimi getdi. Milli Şuranın və AXCP-nin keçirdiyi bir neçə uğursuz mitinqlər də heç bir siyasi canlanma yarada bilmədi. O mitinqlər əks effekt verdi. Mübarizəyə olan-qalan ümidləri də Milli Şuranın keçirdiyi mitinqlər öldürdü. “Talana yox!” şüarı ilə keçirdikləri mitinq olan-qalan ümidləri də öldürdü. Həmin mitinqlərdən müxalifət yox, hakimiyyət yararlandı. Belə bir vəziyyətin hökm sürdüyü vaxtda, nəhayət, ilin ikinci yarısından siyasi qüvvələrin bir hissəsində hərəkətlənmə başlaması müsbət qiymətləndirilməlidir.

- Müsavat və AXCP-nin Qarabağ Komitəsində və müxalifətin zirvə toplantısında iştirak etməməsinə münasibətiniz necədir?

- Müxalifətdə bir inhisarçılıq var idi. Bəziləri tarixi adların altında, bəziləri isə xalq hərəkatından qalan adın arxasında gizlənərək müxalifətdə bütün öncüllüyün onlara məxsus olduğunu qeyd edirdilər, bu sahəni inhisarda saxlayırdılar. Amma liderliyin, öncüllüyün gətirdiyi öhdəlikləri də icra eləmirdilər. Öndə getmək əvəzinə proseslərin arxasınca sürünürdülər. Cəmiyyətdən gələn sifarişləri qulaqardına vururdular və bu gün də belədir. Ona görə də cəmiyyətdə, müxalifətdə bir toparlanma, həm də inhisarçılardan qurtulma gərək idi. İlk və ən lazımlı toparlanma Qarabağ Komitəsi formuludur - baxmayaraq ki, Qarabağ Komitəsi siyasi təşkilat deyil, siyasi hədəfləri yoxdur. Qarabağla bağlı təhlükəli tendensiyanın müşahidə edilməsi bir çox partiyaları, ictimai təşkilatları və şəxsləri bir araya gətirdi və Qarabağ Komitəsi yarandı. Qarabağ Komitəsinin yaranması, aktiv fəaliyyəti və 29 sentyabrda keçirdiyi mitinq ölkənin ictimai-siyasi gündəmində bir canlanma yaratdı. Bu, ənənəvi köhnə müxalifət düşərgəsində də bir silkələnmə, ajiotaj yaratdı. Onlar artıq özlərinin müxalifət mövqelərinə sanki bir təhlükə yarandığını düşünməyə başladılar. İllərdir süni şəkildə qoruyub saxladıqları mövqelərin əldən gedəcəyi düşüncəsinə qapıldılar. Hələ də bu düşüncədədirlər. Qarabağ Komitəsinin yaranmasında əvvəllər Müsavat Partiyasının nümayəndəsi iştirak edirdi. Amma bir müddət həmin nümayəndə çəkildi kənara və bəyan elədilər ki, biz orada yoxuq. Elə bil ki, Müsavat və AXCP Qarabağ Komitəsinin uğurlu olmasını istəmirlər. Çünki onlar inhisarçılığı əldən vermək istəmirlər. İstənilən aktivlik göstərən quruma, birliyə onlar təhlükə kimi baxırlar. Məhz 29 sentyabr mitinqindən sonra başladılar Qarabağ Komitəsinə sosial şəbəkələrdə, saytlarda söz atmağa. Sonra da başladılar Qarabağ Komitəsinin tədbirlərinə paralel tədbirlər keçirməyə. Rəqabət canlanma yaratdı. Belə vəziyyətdə isə cəmiyyətdə Qarabağ Komitəsinə şüuraltı bir siyasi qurum kimi baxılmağa başlandı. Bunun da qarşısını almaq üçün ənənəvi metodlara əl atıldı. İnhisarçı tərəflərdən birinin lideri süni şəkildə guya həbs olundu, onun barəsində əzabkeş obrazı yaradılmaq cəhdi edildi və cəmiyyətə “əsas müxalifət budur” fikrini qəbul etdirməyə çalışdılar. Amma Əli Kərimlinin üzərində qurulan bu yeni oyun nəzərdə tutulan effekti vermədi. Süni şounun təsiri qısa bir zamanda itib getdi. Bundan sonra isə Əli Kərimli bəzi təşkilatlarla birlik yaratmaq istiqamətində təşəbbüslərə başladı. Bunun da effekti olmadı və Qarabağ Komitəsini kölgədə qoya bilmədi. İsgəndər Həmidov isə Qarabağ Komitəsində olanlar da daxil daha böyük spektrin iştirakını özündə ehtiva edən toplantı təşəbbüsü irəli sürdü. Qısa zamanda da bu təşəbbüs həyata keçdi. Çox yaxşı bir və geniş əhatəli bir toplantı oldu. Lakin AXCP və Müsavat, eləcə də özünü təzə müxalifət elan edən REAL bu toplantıya gəlmədi. Hətta bu toplantını onlar hakimiyyətdəkilərdən daha çox hədəfə aldılar, təhqir də etdilər. Toplantının alınmaması üçün əllərindən gələni etdilər. Amma istəklərinə yenə nail ola bilmədilər. Özlərinə “böyük” deyənlər iş görmürsə qoy özlərinə “kiçik” deyənlər bir araya gəlsinlər və çıxış yolları aransın. İlk addım kimi çox uğurlu addım saymaq olar. İnşallah, bu zirvə toplantısının ikinci mərhələsi yanvarın 5-də olacaq. Prosesin növbəti mərhələlərini yaradılan İşçi Qrup həll edəcək. Yanvarın 5-də olacaq müzakirələrdə daha konkret qərarlar qəbul ediləcək və proses davam edəcək.

Bu aktivlikdə ölkədə ehtimalı olunan hansısa seçkilərin gözləntisi amili rol oynamır. Yaranmış canlanmanı biz əgər məqsədyönlü şəkildə doğru düzgün addımlar ata bilsək daha effektli prosesə çevirmək mümkün olacaq. Nəhayət ölkədə real müxalifət hərəkatı ortada olacaq. 2019-cu ilin bu baxımdan cəmiyyətimiz və dövlətimiz üçün faydalı il olacağını düşünürəm.

- İsgəndər Həmidovun adını çəkdiyiniz iki partiya ilə də yaxın münasibətləri var. Sizcə, İsgəndər Həmidovun təşəbbüsünə qeyd etdiyiniz münasibət nədəndir? İsgəndər Həmidovu aşağı səviyyəli adamlarla dəyirmi masa keçirməkdə belə qınayırlar.

- İsgəndər bəy bunlarla yan-yana olanda ona “cənab general” deyə müraciət edirlər, özlərinə fəxr bilirlər ki, İsgəndər Həmidovla birlikdədirlər. Elə ki, İsgəndər bəy onların yanından bir addım aralandı dərhal ona, onun təşkil etdiyi tədbirə münasibət sərtləşdirilir. Təəssüf ki, bax. Bu cür cılızlıqlarını bir daha nümayiş etdirdilər. Onların bu cür yarıtmaz, korafəhm davranışları Müsavatı da, AXCP-ni də müttəfiqsiz qoyub, elektoratlarını dağıdıb. Müsavat və AXCP sonuncu qurultaylarından sonra məhvə doğru yol seçib. Arif Hacılı və Əli Kərimli bu yolda “uğurla” irəliləyirlər. Onlar bir-birini də qəbul etmirlər. Əli Kərimli Müsavat başqanı Arif Hacılının dəfələrlə etdiyi müraciəti saya salmadı, onu qəbul etmədi. Hətta AXCP-dən biri yazdı ki, Arif Hacılı ilə Əli Kərimlinin görüşü 300 il sonra baş tuta bilər, getsin növbəyə yazılsın. Yəni bunların “mənəm-mənəmliyi” elə bir vəziyyətə gətirib çıxarıb ki, rəhbərlik etdikləri partiyalar təklənmiş vəziyyətdə qalıblar.

Belə bir vəziyyətdə İsgəndər Həmidov kimi şəxsləri də özlərindən incik salırlarsa, artıq deməyə söz qalmır. O iki partiyanın davası nə olur olsun, hədəf müxalifətin hakimiyyəti olmaqdır. Bu, isə xalq üçün qətiyyən maraqlı deyil. İsgəndər Həmidovun təşəbbüsü ilə keçirilən zirvə toplantısında iştirak edənlərin sırasına baxsanız görəcəksiniz ki, həmin adamların və təşkilatların əksəriyyəti zaman-zaman Müsavatla, AXCP ilə bir yerdə olub. Belə çıxır ki, onlarla müttəfiqlik edəndə həmin qüvvələr müxalifət idilər, böyük idilər, indi onlarla bir yerdə deyillərsə müxalifət ola bilməzlər? Pənah Hüseyn axı bir zamanlar onların fəxrlə müttəfiqlik etdiyi siyasətçi idi. İndi nə oldu? Tural Abbaslı Müsavatın aparıcı funksionerlərindən idi. İndi Tural Abbaslını aşağılayırlar öz aləmlərində. Sözügedən zirvə toplantısında masanın ətrafında Əbülfəz Elçibəy iqtidarının nazirləri, baş prokuroru, böyük vəzifə tutmuş şəxsləri əyləşmişdilər. İndi nə oldu ki, Elçibəy yolunu getdiklərini elan edənlər indi Elçibəyin komandasını aşağılayırlar. Bunlar özlərini Elçibəydən də böyük lider hesab edirlər ki, Elçibəyin bir masa ətrafında oturduğu insanlarla bir masa ətrafında oturmağı özlərinə rəva bilmirlər?! Zamanında Qarabağ Komitəsinə də bu cür ironiya eləmişdilər. Lakin xalq gördü ki, kim hansı yolu tutub. Əgər müxalifətin zirvə toplantısındakıları bəyənmirlərsə, aşağılamasınlar. Özləri-Müsavat və AXCP bir araya gəlsin, əməkdaşlıq müqaviləsi imzalasınlar. Görək imzalaya bilirlər? Bunlar öz aralarında bir araya gələ bilmir və bir araya gələnləri isə gözdən salmaqla məşğuldurlar. Bu isə artıq başqa şübhələrə də yol açır. Sanki bazarlarının ölə biləcəyindən qorxurlar. Amma arxayın olsunlar biz heç kimlə bazarlığa gedən deyilik. Onlar öz bazarlıqlarında olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib - UNIAN
Dünən, 09:51
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünən, 09:45
Naxçıvan necə idarə olunur: Azərbaycan qanunları ilə, yoxsa…? - Muxtar Dərəbəylik...
Dünən, 09:43
Netanyahu Livan sazişini İran üçün zərbə adlandırıb - "Ynet" portalı
Dünən, 07:58
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
Dünən, 07:52
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
Dünən, 07:47
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
Dünən, 07:34
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
Dünən, 07:27
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
Dünən, 07:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru