"Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil" - deputat
Tarix: 21-12-2018, 08:41 | Çap et
Araşdırmaçı jurnalist Xədicə İsmayıla Qərb təşkilatlarının 500 min avro qrant ayırdığı barədə iddialar yayılıb. Xanım jurnalistin bank hesabı bağlı olduğu və birbaşa qrant ala bilmədiyi üçün bu qrantların müxtəlif kanallar vasitəsilə ona çatdırıldığı bildirilir.
X.İsmayıla bu qədər yüksək məbləğin onun milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaq üçün verildiyi qeyd olunur. Səslənın iddialarda deyilir ki, qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb. O da vurğulanır ki, X.İsmayıl yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb.
Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.
X.İsmayıl yayılan xəbərləri təkzib edib. O, bank hesabları bağlı olduğu üçün bunun mümkün olmadığını bildirib.
İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Qərb adından çıxış edən donor təşkilatlar öz-özlüyündə Avropa maraqlarını təmsil etmirlər: “Burada təəssüflər olsun ki, vahid bir siyasətdən danışmaq mümkün deyil. Əslində Azərbaycanın regional siyasətini dəyərləndirən, bu bölgədə uzun illər boyu hökm sürən iqtisadi, siyasi reallıqları dəyişdirməyə çalışan bir dövlətə kömək göstərməli idilər. Bu geopolitikanı, qüvvələr nisbətini dəyişən bir tərəfə qarşı münasibətlər yalnız kömək edici bir stildə olmalı idi. Hər bir vəchlə Azərbaycanın hökumət qurumlarına dəstək verilməli idi ki, biz Avropaya inteqrasiyanı daha sürətli şəkildə keçək. Əksinə ötən illər ərzində biz onu müşahidə etdik ki, iqtidar əleyhinə olan qüvvələr mükafatlandırılır. Digər tərəfdən, etnik, milli mənsubiyyətlərinə görə şübhəli olan qüvvələrin hamısı himayə altındadır. Partiyalara yaxınlığı ilə seçilən QHT-lər isə sanki həmin qüvvələrin maliyyələşməsində tramplin rolunda çıxış edirlər. Burada sözsüz ki, mübarizə hakimiyyət uğrunda getmir. Qərbin çevrəsində olan kəşfiyyat mərkəzləri anlayır ki, İlham Əliyevin alternativi qeyd etdiyimiz qüvvələr deyil, daha çox xaosdur. Təzyiqlər qarşısında hansısa bir güzəştlər qazanacaqlarını düşünürlər. 5-10 milyon xərcləyib, bunun ikiqatını qazanacağıq xətti üzərində hərəkət edirlər. Xədicə İsmayıl belələri sırasında çox əlverişli qüvvədir. Çünki ən azından o həm müxalifətə müxalif olan, həm də hakimiyyətin əleyhinə olan bir şəxsdir. Nəzərə almaq lazımdır ki, qeyd olunan istiqamətdə istənilən qədər problem yaratmaq, onu süni şəkildə uydurmaq mümkündür. Etnik, milli konteksdə Azərbaycanda savaş yoxdur. Açığı qeyd olunan layihələrə ayrılan məbləğləri real sayıram. Bu bir informasiya orqanında gedən məlumatdır. Bunu qətiyyən qərbçiliyə salmaq, üzərinə sual işarəsi qoymaq fikrində deyiləm. O şəxslərin demokratiya damarının tutmasının başqa səbəbləri yoxdur. Əsas məsələlər əlahəzrət pula bağlıdır. Həmin dollarlar üzərindən bunlar uzun illərdir mübarizə aparırlar.
Reallıqda öz mənafelərini hər zaman öndə tutublar. Yoxsa insanlar səhərdən axşama qədər klavyatura arxasında oturub, yaxud telefon vasitəsilə iqtidar əleyhinə necə informasiya savaşı apararlar? Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli kimi rəzil, tüfeyli adamlar YouTube kanalına çöküblər və oradan zəhər axıdırlar. Xədicə İsmayıl da buradan onu davam etdirməkdədir. Bu nəyin əsasındadır? Hər şey qeyd etdiyimiz vəsaitlərə bağlıdır. Lev Tolstoyun məşhur bir ifadəsi var. O deyir ki, vətənpərvərlik şüarı əclafların sığındığı son sığınacaqdır. Həqiqətən də bu qeyd etdiyimiz əclafların sığındıqları son silahdır. Yarım milyon avro bizim üçün kiçik bir rəqəm deyil. Manatla bu bir milyona yaxın vəsait edir. Bununla ölkənin idarəçilik sistemini çirkaba batırmaq, bütün vəziyyəti qaranlıq durumda göstərmək mümkündür. Müsbət heç nə görməyəcəklər. Deyə bilməzsən ki, 10 minə yaxın məcburi köçkünün vəziyyəti ağır idi, onları qəsəbə tikib yaxşı bir yerdə yerləşdirmisən. Bunu görə bilməzsən, mümkün də deyil. Deputat olduğum Bərdədə təkcə hökumət tərəfindən həyata keçirilən layihələr hesabına 400-dən artıq yeni su artizan quyusu qurulub. 32-34 məktəb sıfırdan yenidən tikilib. 111 kəndin qazı çəkilib. Bütün bunların hamısının nəticəsi insan haqqını qorumaqdır. Bunları hansısa hesabatlarında göstərərlər?
Xeyr. Deyəcəklər ki, haradasa iki şəhidin problemi var, gəlin onu qabardaq. Xədicə İsmayılın pulu çirkabdan çıxır. Ölkə iqtidarı hesabına bu pulları qazanır. Onların demokratiya, söz azadlığı kimi epitetləri mənə ironik görünür. Onların arxasında dayanan böyük pul kütlələri var. Hesabları bağlı olduğu üçün pullar onlara Gürcüstan üzərindən gəlir. Maliyyə mənbələri onları ayaqda saxlayır. Əksəriyyəti iqtidar əleyhinə mübarizəyə görə mükafatlandırılırlar. Mövsümi olaraq şərait dəyişir. Bəzən Əli Kərimliyə, bəzən də digərinə maliyyə dəstəyi göstərəcəklər. Hər kəsə bəllidir ki, bir yerdə işləmirsən, ictimai həyatda yerin yoxdur, biznes strukturlarında təmsil olunmursan. Biz müxalifətin müflis durumda olmasını arzulamırıq. Amma ən azından reallığı özləri bəyan etsinlər. Desinlər ki, təkcə yardımlar hesabına deyil, donorların ayırdıqları məbləğlər, eləcə də, səfirliklərlə görüşlər sayəsində əldə olunan maliyyələr hesabına fəaliyyət göstərir. Əvvəlki illərlə müqayisədə doğrudan da müxalifətin vəziyyəti olduqca ağırdır. Belə təsəvvür edək ki, Trampın dövründə ondan əvvəlki Barak Obama və digərlərinin dövründəki kimi investisiyalar qoyulmur, yardımlar edilmir. Müxalifətin pulunun böyük bir hissəsi kəsilib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
|