Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                     SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi .....                     SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi .....                     "Azərbaycan bu məsələdən narahatdır" .....                     “Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova .....                     Lyayenin səfərinin pərdəarxası detalları... .....                     Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı .....                     Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? .....                     Tezliklə maaşlar artırıla bilər .....                     Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR .....                     "Niyə məhz axşam saatlarında problem yaranır?" .....                     İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... .....                     Vuçic nəhayət ki bunu edəcək... .....                     Batmaqda olan gəminin YOLÇULARI .....                     Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR .....                 

“İnsanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı...” - deputat
Tarix: 26-11-2018, 10:10 | Çap et
“İnsanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı...”
Milli Məclis Nazirlər Kabinetinə büdcə zərfi ilə bağlı bir həftə vaxt versə də, sonradan bu müddət artırıldı. Beləliklə, 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi noyabrın 27-nə təyin olunub. Plenar iclaslarda aktiv iştirak edən və hökumət qarşısında bir sıra vacib məsələlərlə bağlı təşəbbüslər qaldıran AVP sədri, deputat Fəzail Ağamalı ilə söhbətimizdə büdcə müzakirələrindən danışdıq.

- Fəzail bəy, büdcə müzakirələrinin vaxtının dəyişdirilməsi bunu deməyə əsas verirmi ki, hökumət deputatların təkliflərinə daha ciddi yanaşıb və yeni tərkibli Nazirlər Kabineti fərqli layihə ilə parlamentə qayıdacaq?

- Mənə elə gəlir ki, sizin qənaətiniz düzgündür. Mən də elə fikirləşirəm. Biz bir neçə gün bundan öncə komitələr səviyyəsində bir daha müzakirələr apardıq və orda yenə də əlavə təkliflər səsləndi. Maliyyə Nazirliyinin rəsmisi məlumat verdi və belə bir fikir söylədi ki, millət vəkilləri 230-dan çox təkliflər irəli sürüblər. Bu təkliflər kifayət qədər ciddi, əhəmiyyət kəsb edən təkliflərdir. Ona görə də ekspertiza səviyyəsində, mütəxəssislər səviyyəsində, təbii ki, büdcəni hazırlayan peşəkarlar səviyyəsində həmin təkliflərin analizi gedir. Onların hansının daha aktual, daha ciddi əhəmiyyət kəsb etdiyi və büdcənin vermiş olduğu imkanlar daxilində həmin təkliflərin nəzərə alınacağı gözlənilir. Bu haqda isə parlamentin 27 noyabrda keçiriləcək plenar iclasında, ikinci oxunuşda maliyyə naziri cənab Samir Şərifov ətraflı məlumat verəcək.

- Siz büdcə müzakirələrində demoqrafik problemə diqqət çəkdiniz və doğum statistikasının ilbəil aşağı düşdüyünü deyib təcili tədbirlər görməyə çağırış etdiniz. Sosialyönümlü büdcədə bu problemlə bağlı təkliflərin nəzərə alınacağını güman edirsinizmi?

- Mən düşünürəm ki, bu, doğrudan da, peşəkarlıqla hazırlanmış, əslində islahatların dərinləşməsinə xidmət edən büdcədir. Mənə belə gəlir ki, 2019-cu ildə biz bunun konkret nəticələrini görəcəyik və növbəti illər üçün daha geniş meydan açılacaq və ciddi plasdarm kimi özünü təsdiq edəcək, mənim şübhəm yoxdur. Bununla bərabər təbii ki, orada hörmətli həmkarlarımın, eyni zamanda mənim də söyləmiş olduğum fikirlər var. İndi düşünürəm ki, təkliflərin içərisində əhali artımının azalması ilə bağlı əlimizdəki faktlar kifayət qədər ciddi faktlardır. Biz əhali azalmasının qarşısını hansı yollarlasa almalıyıq. Bunun qarşısını almaq üçün təbii ki, indiyə qədər fəaliyyətini kifayət qədər yaxşı quran Ailə, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi bundan sonra da işini daha geniş şəkildə qurmalı, bu məsələyə daha ciddi diqqət verməlidir ki, artımın azalmasının qarşısı alınsın. Siz əgər statistikaya fikir verdinizsə, 2011-ci ildən sonra böyük sürətlə azalma başlayıb. Yəni ildən-ilə azalma artıb. Bəzən deyirlər ki, bizdə ölümlə artım arasında o qədər böyük fərq yoxdur. Bu, çox yaxşıdır ki, ölüm həddi bizdə müəyyən dərəcədə yuxarıdadır. Lakin bu da son hədd deyil. Yeri gəlmişkən, ölkə prezidentinin çox önəmli addımlarından biri də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması oldu. Çünki Azərbaycana mənşəyi bilinməyən, kifayət qədər ciddi xəstəliklər yaradan qida məhsulları gəlir. Bunun qarşısını almaq üçün məncə, Qida Təhlükəsizliyi Agentliyi çox ciddi işlərə başlayıb, əhəmiyyətli addımlar atır. Mən onların prinsipial mövqeyini müdafiə edirəm, dəstəkləyirəm və ümidvaram ki, onlar daha ciddi şəkildə insanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı mübarizəni davam etdirəcəklər. Bu məsələdə biz onlarla bərabərik, bu - birmənalıdır!

- Dediyiniz ərzaq mafiyası faktiki olaraq, insanların, sağlamlığına zərbə vuran fəaliyyətlə məşğuldursa, onlara qarşı cəzaların sərtləşdirilməsi məsələsi parlamentin gündəliyinə gələ bilərmi?

- Mənə belə gəlir ki, ölkə prezidenti bunun fərqindədir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyini yaratdı. Bu qurumun rəhbəri də çox prinsipial mövqe nümayiş etdirir. Məncə, ətrafına da sağlam insanları yığmalıdır. O adamlar ki, rüşvətə, korrupsiyaya öyrəniblər, onları heç nədən çəkinmədən uzaqlaşdırmalıdır və xalqın qayğısına qalan, saf düşüncəli, dövlətinə, ölkə prezidentinin xəttinə sədaqətli olan adamlardan komanda yaratmalıdır. O komandanın vasitəsilə həmin ərzaq mafiyasına qarşı təpki göstərə bilər. Əlbəttə ki, bununla bağlı məhz Qida Təhlükəsizliyi Agentliyi də konkret təkliflərlə çıxış etməlidir. Onların ünvanları dəqiqləşdirilib açıqlanmalıdır, şifrə ictimailəşdirilməlidir. Belə olan halda təbii ki, biz də Agentliklə bərabərik.

Mənə elə gəlir ki, buna ölkənin hüquq-mühafizə orqanları da biganə qalmayacaq və biz onlara qarşı sözün həqiqi mənasında müharibə elan etməliyik. Bu müharibədə Azərbaycan xalqının sağlamlığı əsas götürülərək onların fəaliyyətinə tamamilə son qoymalıyıq. Ehtiyac olarsa, təbii ki, onların haqqında cinayət işi də açmaq olar. Çünki əgər onların gətirdiyi qida məhsulları insanlarda onkoloji, ürək xəstəlikləri yaradırsa, bunun cəzası ağır olmalıdır. Hətta bətndə olan uşaqlar belə, xəstə doğulursa, mənə elə gəlir ki, bu, qidalanma və ekologiya ilə bağlıdır. Orada irsi amil də var. Amma məncə, bu halların böyük əksəriyyəti qidalanma ilə bağlıdır.

Yeri gəlmişkən, bunu da deyim: son dövrlər ekologiya nazirinin, bizim hörmətli həmkarımız Muxtar Babayevin sərt mövqeyi nəticəsində bu gün Bakını zəhərli tüstüyə bürüyən şadlıq evlərinin fəaliyyəti dayandırılır və onlara deyilir ki, buyurun, lazımi texnologiyanı gətirin, ekoloji fəlakət yaratmayın. Bu baxımdan çox önəmli addımlar atılır ki, alqışa layiqdir. Ancaq əgər o ərzaq mafiyası ki, xalqın faciəsi, xəstəliyi üzərində varidat qazanırsa, birinci, Allah onları bağışlamayacaq, bu - birmənalıdır. Özləri də olmasa, övladları çox ağır və acınacaqlı vəziyyətə düşəcək onların əməllərinə görə. İkinci də onlar üzə çıxarılmalı, belələrinə qarşı qəti mövqe ortalığa qoyulmalıdır. Hüquq-mühafizə orqanları da onlara qarşı ciddi addımlar atıb, cinayət işi açmalıdır ki, beləliklə, ölkəmizə idxal olunan zəhərli və insan səhhətinə ağır fəsadlar törədən həmin ərzaqların qarşısı alınsın.

- Fəzail bəy, siz və bir sıra həmkarlarınız uşaqlara müavinətlərin verilməsi təşəbbüsü ilə çıxış etdiniz. Necə bilirsiniz, hökumət bu təşəbbüslərə müsbət yanaşacaqmı?

- Nəzərə alsaq ki, bizdə ailə institutu xeyli zədələnib, aşılanmağa doğru gedir. Bəzən nikahdan kənar uşaqlar doğulur, ata deyilən şəxs qadını və uşağı tək qoyur, onları çox çətin duruma salır. Həmin qadınların da çoxunun savadı, peşəsi yoxdur, iş tapa bilmir. Belə vəziyyətdə Azərbaycan vətəndaşı olduqları üçün onların da himayəyə ehtiyacı var, ehtiyaclarının ödənilməsi zərurəti var. Odur ki, məncə, büdcə zərfini hazırlayan işçi qrupu bu məsələyə diqqət yönəldəcək və imkan daxilində uşaqlara maddi yardımın artırılması və eyni zamanda uzunmüddətli müavinətlərin verilməsi ilə bağlı ilk addımlar atılacaq. Mən buna ümidliyəm.

- Parlamentdə xalqın və dövlətin pullarını talayanların mülkləri hesabına şəhid ailələrinə çatacaq vəsaitlərin ödənilməsini təklif etmişdiniz. Bu, nə dərəcədə realdır? Ümumiyyətlə, söhbət adlarını çəkdiyiniz bir neçə şəxsdən gedir, yoxsa siyahı daha genişdir?

- Ümumiyyətlə, KİV-də, eyni zamanda, sizin qəzetin də səhifələrində vaxtilə ayrı-ayrı yüksək vəzifə tutanların təəssüf ki, işlədiyi dövrdə yox, sonradan varidatı üzə çıxır, ictimailəşdirir və qarşı tərəf bunu təkzib etmir. Eyni zamanda, bu məlumatı ötürəni məhkəməyə vermir. Deməli, çıxarılan nəticə bundan ibarətdir ki, KİV-dəki məlumatlar doğrudur. Əgər belədirsə, onda mən çox arzu edərdim, həm də xahiş edərdim ki, hüquq-mühafizə orqanları hərəkətə keçsin, adlarını çəkdiyim və çəkmədiyim adamların sadəcə, təsnifatı aparılsın. Onların varidatı haqqında bir araşdırma aparılsın. Əgər onlar həqiqətən zəhmətlə, əziyyətlə o pulları qazanıb bu varidata sahib olublarsa, halal xoşları olsun. Yox, əgər dövlətin, xalqın, bax, həmin uşaqların, əlillərin pulunu, bütün məmurların və vətəndaşlarımızın əmək haqqını oğurlayaraq o varidata sahib olublarsa, onlar, bəli, araşdırılıb üzə çıxarılmalı və müvafiq tədbirlər görülməlidir. Bu baxımdan təbii ki, mən Milli Məclisdə üzümü tutdum hüquq-mühafizə orqanlarına və eyni zamanda xahiş etdim ki, onlar bu məsələni araşdırsın və nəhayət, bu tendensiyaya son qoyulsun! Bundan sonra yəqin ki, mən Hesablama Palatasının hesabatında da məsələ qaldıracağam. Hesablama Palatası daha ciddi işləməlidir, faktları daha ciddi şəkildə üzə çıxarmalıdır və həmin faktlar birbaşa hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır. Etiraf etmək lazımdır ki, Hesablama Palatası son illər Hesablama Palatası və onun rəhbəri Vüqar müəllimin mövqeyini, təmizliyini qiymətləndiririk. Bilirəm ki, o, imkanları daxilində öz vəzifəsini uğurla yerinə yetirməkdədir.

Lakin bu, kifayət deyil. O, daha sərt mövqe nümayiş etdirməlidir. Çünki başqa forma yoxdur. Həmçinin o faktlar hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır ki, xalqın, dövlətin varidatını oğurlayan insanlar onu xalqa qaytarsın.

Baxın, ölkə prezidentinin, onun xalqa bağlı, təmiz imici olan, sədaqətlə dövlətinə və xalqına xidmət edən kadrlarının çətin əməyi nəticəsində ölkə inkişaf edir, varlanır. Onun içərisindən çıxan bir sıra məmurlar həm də onların əməyini mənimsəyərək xalqın varidatını oğurlayırlar. Bu, həm də ölkə prezidentinə, Azərbaycan xalqına və dövlətinə xəyanətin bir formasıdır, ayrı adı yoxdur. Buna görə ümidvaram ki, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçib özünün sərt mövqeyini ortalığa qoyacaq. Xalq da heç şübhəsiz ki, hüquq-mühafizə orqanlarının bu addımlarını ancaq və ancaq alqışlayacaq, xalq və dövlət qarşısında onların nüfuzu artacaq.(Yeni Müsavat)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Bu gün, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Bu gün, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Bu gün, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Bu gün, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Bu gün, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Bu gün, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Bu gün, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Bu gün, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Bu gün, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Bu gün, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Bu gün, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Bu gün, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Bu gün, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Bu gün, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Bu gün, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Bu gün, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Bu gün, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Bu gün, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Bu gün, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Bu gün, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Bu gün, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Bu gün, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Bu gün, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Bu gün, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Bu gün, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Bu gün, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Bu gün, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Bu gün, 07:28
İran Güney Qafqazda varlığını hiss etdirməyə çalışır... - GƏLİŞMƏ
Bu gün, 07:20
Vuçic nəhayət ki bunu edəcək... - KİV
Bu gün, 07:02
Batmaqda olan gəminin YOLÇULARI - O vaxt... üsyan vaxtı...
Bu gün, 06:39
Hüquqları pozulan sahibkarlar Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 06:35
Qarabağ separatçıları... indi də Ukraynaya qarşı SƏFƏRBƏR OLUNUB
Bu gün, 06:23
Müştərilər beləcə qəpik-qəpik SOYULUR... - ETİRAZ VAR!
Bu gün, 06:14
Anar Bayramlı kimləri və niyə ətrafına toplayır? - TƏBİB-də "Kadr İslahatı" MASKASI
Bu gün, 06:02
Lənkəranskinin qan düşməni idi - Məhkəmədən bu "qanuni oğru" ilə bağlı YENİ QƏRAR
Dünən, 11:19
Avropa Parlamentindən Ermənistanı şok edən ÇAĞIRIŞ
Dünən, 11:14
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb - "Financial Times"
Dünən, 11:11
Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə... - ETİRAZ VAR...
Dünən, 10:34
Paşinyanın mətbuat katibi deputat olur - Yenisini gətirir
Dünən, 10:13
Rusiya benzin tədarükü üçün Azərbaycana müraciət edə bilərmi? - GƏLİŞMƏ
Dünən, 10:11
“Təyyarələrdə peşəkar oğrular peyda olub” - Azər Qəribdən sensasion xəbərdarlıq
Dünən, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru