“44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                     Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar .....                     “5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” .....                     Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: .....                     Əli Xameneini necə xilas etməyə çalışıblar .....                     Moskva erməniləri HƏDƏLƏDİ .....                     UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur .....                     Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu .....                     Şirkət nümayəndəsi vəfat edib .....                     Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? .....                     İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir .....                     “Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” .....                     İran və Ermənistan Zəngəzurda YOL TİKİR .....                     Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” .....                     Bədirbəylinin qızının faciəli ölümü .....                     İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, .....                     Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... .....                     Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir .....                     Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi .....                     Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb .....                     Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... .....                     "İnsan məhz öz üslubu ilə yadda qalır... .....                     Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ .....                     İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib .....                     Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... .....                     İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər .....                     Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb .....                     Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB .....                     Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! .....                     ADSEA burda AĞ BAYRAQ QALDIRIB... .....                 

Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidir
Tarix: 3-07-2018, 08:56 | Çap et
Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidir
Rusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir.

Bu sözləri Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, buna baxmayaraq, belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır:

“Çünki belə məsələlərin ətrafında ajiotajın yaradılması ictimai rəyə mənfi təsir göstərir. Bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Təəssüf ki, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan əraziləri ətrafında baş verən prosesləri bəzi KİV-lər ifrat dərəcədə mübaliğəli, xarici ölkələrin və xarici ölkə liderlərinin bu prosesdəki rolunu maksimal dərəcədə şişirdərək təqdim edirlər. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır. Belə tədbirlərin keçirilməsi önəmlidir və ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir. Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Ola bilsin ki, kimlərsə belə tədbirlərdə səsləndirilən fikirləri ifrat dərəcədə şişirtməklə insanları ümidləndirmək istəyirlər. Amma unutmaq lazım deyil ki, reallığa söykənməyən ümid ümidsizliyə və hətta etimadsızlığa, inamsızlığa gətirib çıxara bilər. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox “dopinqi” artırmaq barədə düşünür. Mən bir neçə ildir ki, Duqinin Rusiyanın sözçüsü, yaxud Kremlin ideoloqu kimi təqdim olunmasına etiraz edirəm. Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə heç cüzi korrektə etmək gücündə də deyil”.

Analitikin fikrincə, bizim üçün Duqin və yaxud Rusiya parlamentinin komitə sədrinin müavinin dediyi sözlərdən daha çox rəsmi Moskvanın mövqeyini ifadə edən Sergey Lavrovun açıqlamaları önəm kəsb edir:

“Lavrov isə bir neçə gün öncə Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin atəşkəsə nail olmaq üçün qəbul olunduğunu bildirmişdi və ölkəsinin də səs verdiyi sənədlərin mahiyyətini açıq-aşkar təhrif etmişdi. Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa, bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın kütləvi informasiya vasitələrində Sergey Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər, Dövlət Dumasında Rusiyanın Cənubi Qafqazdakı siyasətinin yanlış olduğunu bildirsinlər. Rusiya telekanallarında siyasi tok-şouları diqqətlə izləyirəm. Hətta Azərbaycanda Kremlin sözçüsü kimi təqdim olunan Duqini həmin verilişlərdə çox nadir hallarda görmək mümkündür. Duqinin ünvanına tərif yağdıranlar onun Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı 2016-cı ildə hazırladığı video müraciətə baxsınlar və nəticə çıxarsınlar. Duqin bu müraciətində Azərbaycanda və Cənubi Qafqazda yaşayan bütün kiçik etnik qruplar haqqında həm də xüsusi hiyləgərliklə danışır, amma bu torpaqlarda çoxsaylı dövlətlər quran türk etnosundan bir kəlmə söz açmır. Duqin AXC-ni ümumiyyətlə yada salmır və Azərbaycanın SSRİ-dən yox, məhz Rusiyadan 1991-ci ildə ayrıldığını iddia edir. Duqin Avrasiya İmperiyasından danışır və Rusiyanı bu imperiyanın varisi hesab edir. Onun qənaətinə görə, bu imperiyadan qopanlar, o cümlədən Azərbaycan müstəqillik əldə etdiyinə görə sevinməməlidir. İndi bu ultra-millətçi boşboğaz nə deyirsə desin, əgər o Azərbaycanın müstəqilliyini həzm edə bilmirsə, dövlətçilik tariximizlə barışmırsa, onun söylədiklərinin heç bir dəyəri yoxdur. Duqinin avrasiyaçılığı rus və türk etnoslarının bərabərhüquqlu birliyi deyil, Rusiyanın timsalında Avrasiya İmperiyasının yaradılmasıdır və Duqinin “imperiya”sında türkləri “böyük rus xalqı”nın kölgəsinə sığınan təbəə kimi görürlər”.

E.Mirzəbəyli bu arada həssas bir məqama da toxunub:

“Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması deyil, ərazi bütövlüyümüzün təmin olunması olmalıdır”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib və Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, torpaqlarının işğaldan azad edilməsi vacibliyini bildiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
“Erməni soyqırımını tanımaqdan çəkinməmişəm və mütləq dəstəkləyirəm” – Netanyahu
Dünən, 13:50
İran və Ermənistan Zəngəzurda YOL TİKİR - DETALLAR
Dünən, 13:45
Rusiyada girov saxlanıldığını iddia edən azərbaycanlı: “Pasportumu alıblar, məndən 10 min istəyirlər” - TƏFƏRRÜAT
Dünən, 13:01
Bədirbəylinin qızının faciəli ölümü - Media niyə susdu?
Dünən, 12:54
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Dünən, 12:52
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
Dünən, 12:51
Ağacdan hazırlanmış avtomobil: saatda 300 kilometrdən çox sürət yığa bilir - FOTO
Dünən, 12:18
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi - Nəticə rədd edildi
Dünən, 12:15
Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb - Kallas
Dünən, 12:08
Mehdiyev getdi, nə dəyişdi ki, Həbibbəyli də getsə, nəsə dəyişə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:56
"İnsan məhz öz üslubu ilə yadda qalır... - ...başqasının təkrarı olmaqla yox"
Dünən, 11:44
Goranboy icra hakimiyyətində kişi arvadını ÖLÜMÜNƏ DÖYDÜ - TƏFƏRRÜAT
Dünən, 11:38
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib - KİV
Dünən, 11:34
Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Dünən, 11:30
İran və İraq rəsmiləri Xameneinin dəfn mərasiminin təşkilini müzakirə edəcəklər
Dünən, 11:13
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb - UNIAN
Dünən, 11:00
Şəkidə baş həkim dövlət müəssisəsinə ƏL QOYUB - İTTİHAM VAR...
Dünən, 10:58
Göydələnin başında "həyət evi": Dövlətin şəhərsalma siyasətinə "yuxarıdan" baxanlar! - VİDEOFAKT
Dünən, 10:52
ADSEA burda AĞ BAYRAQ QALDIRIB... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 10:46
SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi - KİV
Dünən, 10:39
SEPAH rəsmisi Pezeşkianın yalan dediyini iddia etdi
Dünən, 10:37
"Azərbaycan bu məsələdən narahatdır" - ONA GÖRƏ DƏ...
Dünən, 08:32
“Şuşaya gəlmək istəyirdi, qismət olmadı, rejissora tapşırdı ki, mənim üçün rol yazsın”-Firəngiz Mütəllimova
Dünən, 08:27
Lyayenin səfərinin pərdəarxası detalları... - İNCƏLƏMƏ
Dünən, 08:25
Rusiyada Ordu silahını Kremlə çevirəcək deyən sabiq hərbçi saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 08:19
Rusiya çətin vəziyyətdə: Bunu bacaracaqmı? - ŞƏRH
Dünən, 08:18
Tezliklə maaşlar artırıla bilər - GÖZLƏNTİ
Dünən, 08:16
Həbsdə olan Qarabağ qazisi KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Dünən, 07:35
"Niyə məhz axşam saatlarında problem yaranır?" - NARAZILIQ VAR...
Dünən, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru