Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                 

ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
Tarix: 12-06-2017, 08:36 | Çap et
ABŞ-ın "kürdüstan" planı Azərbaycana necə təsir edə bilər...
İraq Kürd Regional Hökumətinin Kürdüstan dövlətinin elan olunması üçün sentyabrın 25-nə referendum təyin etməsinə İraq hökuməti, Türkiyə, İran və bir sıra dövlətlər etirazlarını ortaya qoyub. Belə görünür ki, referendum məsələsi elə də asan keçməyəcək. Dövlətlər bu məsələyə öz mövqelərini bildirməkdədirlər.

Azərbaycan dövlət olaraq bu məsələyə hələ heç bir rəsmi münasibət bildirməyib. Bəzi ekspertlər Azərbaycanın Kürdüstan dövlətinin qurulması məsələsinə münasibətdə qarışmamaq xətti tutmasını doğru hesab edirlər. Bir çoxları isə Azərbaycanın Türkiyənin yanında olmasının vacibliyini bildirirlər.

Deputat Zahid Oruc “Yeni Müsavat”a bu mövzuda şərhində bildirdi ki, kürd məsələsi Yaxın Şərq hadisələri kontekstində deyil, yüz illərdir mövcuddur: “Hətta Osmanlı İmperiyası dövründən, 15-ci əsrin zamanından bu ətrafda müxtəlif diskussiyalar gedib, o cümlədən real hərbi əməliyyatlar aparılıb, o dövrün tarixi şəraitinə uyğun mübarizələr olub. O baxımdan hadisəyə miqyas etibarilə və yaxud hazırkı dövrün qlobal savaşları səviyyəsində olan tabloda baxılması yanlış nəticələrə aparıb çıxarar. Bu məsələnin keçmişi var və özünün inkişaf fəlsəfəsinə, müəyyən bir ssenariyə malikdir. Odur ki, biz yalnız desək ki, Kürdüstan dövlətinin qurulması Qərbin istəyidir, bu, məsələyə çox bəsit münasibət olar. Reallıq ondan ibarətdir ki, kürd xalqının tarixi taleyində onların dövlət qurmaq istəklərinə baxmayaraq, bu istək gerçəkləşdirilə bilməyib. Həmin düşüncələr, mübarizələr tarixin ayrı-ayrı mərhələlərində müxtəlif dövlətlər tərəfindən istifadə olunub. Bu gün də belədir. O üzdən 7 milyona qədər İraqın tərkibində, 14 milyona qədər Türkiyədə, 2 milyona qədər Suriyada, 1 milyondan artıq İranda məskunlaşmış kürd xalqının etnomilli, etnosiyasi bir coğrafiya verərək onları dövlət kimi, beynəlxalq hüquq subyekti səviyyəsinə gətirib çatdırmaq istəkləri mövcuddur. Yaxın Şərq planı bütövlükdə yeni xəritə deməkdir. Bunun nə qədər böyük qanlar hesabına başa gələcəyini təsəvvür etmək çətin deyil. Hələ indi yalnız siyasi rejimlər və ayrı-ayrı hakimiyyətlərin dəyişdirilməsi prosesi gedir. Ərəb baharı 1 milyona yaxın insanın həlak olmasına səbəb olub. Şimali Kürdüstan dövləti layihəsi də eyni qanlı əməliyyatlardan keçəcək. Türkiyənin məsələyə münasibətinə gəlincə, prezident Ərdoğan iqtidarı ötən illər ərzində Bərzani iqtidarı ilə işlədi, onların Türkiyə əleyhinə olan separatizmini xeyli neytrallaşdırdı, iqtisadi əlaqələr qurdular, silahlanmış kürdlərin bir qismini siyasi vasitələrlə silahsızlarşdırdılar. Amma böyük bir qismi isə bu gün də Türkiyənin gücünü sarsıtmaqla məşğuldurlar. Kürd xalqı ilə türkləri toqquşdurmaq müxtəlif dövlətlərin planında mövcuddur. Özü də bu təhlükə təkcə Türkiyəyə qarşı deyil. Ona görə də haqqında söhbət gedən referendumun Katalonyanın müstəqillik hərəkatı, yaxud da Şotlandiyanın Britaniyadan ayrılmasının siyasi yolu ilə eyniləşdirilməsi çox yanlış olar. Çünki böyük sayda kürdlər silahlandırılıblar. Kürdüstan dövləti məsələsi əslində referendumun nəticəsindən asılı olmayacaq, beynəlxalq razılaşmaların necə olmasından asılı olacaq. Azərbaycan bu məsələdə Türkiyənin zərər çəkməməsi, bölünməzliyinin tərəfdarı olmalıdır”.

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleyman isə bildirdi ki, Azərbaycan Kürdüstan dövlətinin elan edilməsi üçün keçiriləcək referenduma müsbət yanaşsa, daha düzgün addım atmış olar: “Kürdüstanda referendum keçirilməsi məsələsini kimlərsə Dağlıq Qarabağ məsələsi ilə eyniləşdirib məsələyə bu prizmadan yanaşılmasını təklif edirsə, bu, yanlışdır. Çünki bu iki məsələ tamamilə fərqli məsələlərdir. Dağlıq Qarabağı ermənilər silah gücünə işğal ediblər. Amma Şimali İraq Kürdüstan Muxtariyyəti İraq parlamentinin qərarı ilə federativ bir qurum kimi qanunla İraqın tərkibində fəaliyyət göstərir. Vaxtilə Çexoslovakiyadan dövlətlər ayrıldığı kimi, Kürdüstan da demokratik şəkildə İraqdan ayrılmaq istəyir. İran, Türkiyə və başqa bir sıra dövlətlərin buna qarşı olmasına baxmayaraq kürdlər bunu istəyir. Əgər İraq hökuməti ilə kürdlər öz aralarında razılığa gələcəklərsə, buna başqa hansısa dövlətin qarışması düzgün deyil. Çünki bu, İraq dövlətinin daxili işidir”.

T.Süleyman hesab edir ki, Kürdüstan müstəqil dövlət elan olunduqdan sonra Azərbaycanla Kürdüstan arasında normal əlaqələr qurulacaq: “Ən azından nəzərə alınmalıdır ki, orada 3 milyon türkmən qardaşlarımız yaşayır. Kürdüstan dövləti türkmənlərin də dövləti olacaq. Çünki onlarla kürdlər min illərdir birgə yaşayırlar, qaynayıb-qarışıblar. O cümlədən azərbaycanlılarla kürdlər arasında yüz illərə dayanan qardaşlıq münasibətləri var. Bu gün Azərbaycanda kürdlər tam hüquqlu vətəndaşlardır və onlara heç bir ayrı-seçkilik yoxdur. Kürdüstan dövləti qurulacaqsa, Azərbaycanda kürdlərin haqları tanındığı kimi, Kürdüstanda da türkmənlərin haqları tanınacaq. Bu iki qardaş xalqların birliyi labüddür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru