Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                     Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu .....                     Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! .....                     Xamenei atasının dəfnində iştirak edəcək? .....                     İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... .....                     “Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər .....                     “Ermənistanı hinduşka kimi böləcəklər...” .....                     Heydərov onu idarə rəisi təyin etdi .....                     Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq .....                     NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... .....                     Dollar və qızılın taleyi .....                     Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq .....                     Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb .....                     Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                 

"Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar haqqında ölçü götürülməlidir" - deputat
Tarix: 10-04-2017, 11:52 | Çap et
"Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar haqqında ölçü götürülməlidir"
"Hesab edirəm ki, turizmin inkişafı ilə yanaşı ölkənin təhlükəsizlik məsələləri də bununla paralel və koordinasiyalı şəkildə təkmilləşdirilməli və dövrümüzün geopolitik reallıqlarının tələbləri səviyyəsində qurulmalıdır”.

Bu fikirləri Unikal.org-a müsahibəsində YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan edib. YAP rəsmisi müsahibəsində ölkədəki bəzi süni qiymət artımından, problemli kreditlər, səhiyyə sektoru ilə bağlı da maraqlı açıqlamalar verib.

-Siyavuş müəllim parlamentin iclasında "Azərbaycanda manatın məzənnəsinin dəyişməsindən sui-istifadə edib pul qazanmaq istəyənlər bir daha düşünməlidirlər" fikriniz sosial şəbəkələrdə müsbət qarşılandı. Bu barədə nə deyə bilərsiz?

-Ümumiyyətlə, dünyada qiymət artımı məsələsi var. Dolların milli valyutalara nisbət güclənməsi tendensiyası hər yerdə müşahidə olunur. Çünki bir çox ölkələr ərzağı dollarla alır. Ona görə də dolların qalxması istər-istəməz daxili bazara təsir göstərməyə bilməz. İkinci bir tərəfdən, bu məsələdən sui-istifadə edən insanlar da var. Məsələn, heç bir iqtisadi reallığa söykənməyən şaiyə buraxırlar və dərhal qiymətlər qaldırılır. Artıq ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb. Qiymətlər müəyyənləşir, reydlər keçirilir. Bayramda qalxan qiymətlər 1-2 manat fərqi ilə hətta aşağı düşüb. Bu cür vəziyyətdən istifadə edən insanlar var. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Hamı vətəndaşın hesabına istəyir ki, öz vəziyyətin düzəltsin.İndi vətəndaşın da imkanları geniş deyil ki, hər bir sahəyə bu qədər vəsait ayırsın.Yəni, istər bazarlara və digər sferalara nəzər salsaq görürük ki, süni şəkildə ətin, digər ərzaq məhsullarının və gündəlik təlabat mallarının qiyməti qaldırılır. Amma bunun maya dəyəri hesablanmır. Bu məhsul neçəyə başa gəlib? Bu, hesablanmayıb.Sadəcə olaraq, istənilən qiyməti müəyyənləşdirib satırlar. Bu da yolverilməzdir və möhtəkirlər üçün geniş spekulyasiya imkanları yaradır. Artıq hökumət bununla bağlı ciddi addımlar atır və bundan sonra da atacaq ki, vətəndaş aldadılmasın. Həmçinin, vətəndaşlar da ictimai nəzarəti gücləndirməlidirlər. ki, belə hallara qarşı aidiyyatı orqanlara məlumat verilsin və bunun qarşısı alınsın.

-Bəzi məmurlar da vətəndaşlarla düzgün münasibət qura bilmirlər. Bu məsələyə münasibətiniz necədir?

-Təbii ki, bunlarla bağlı da ciddi ölçü götürülməlidir və götürülür də. Cənab prezident də qeyd edir ki, ictimai nəzarət güclənməlidir. Tək dövlət strukturları deyil, hər bir vətəndaş da təkliflərin, rəylərin, şikayətlərin çatdırmalıdır. Artıq "qaynar xətlər" də var. Bu məsələlər qərəzsiz şəkildə olmalıdır. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən, vətəndaşı narazı salan, onun problemlərinin həllinə nail ola bilməyən məmurlarla bağlı həm məlumatlar verilməli, həm də bunlar haqqında ölçü götürülməlidir. Cənab prezident dəfələrlə müşavirələrində də qeyd edib ki, ölkəmizdə yaradılan hər bir xidmət insanlar üçündür. Məmur təyin olunub ki, insanlara xidmət göstərsin.Təyin olunmayıb ki, özünə sərvət toplasın və yaxud da başqa addımlar atsın. O baxımdan da nazirlər regionlara gedir və orada qəbullar keçirirlər. Artıq şikayəti olanlar Bakıya gəlmir və öz problemlərini yerlərdə nazirlərə çatdırırlar. Vətəndaşlar da çalışmalıdır ki, reallığı düzgün qiymətləndirib öz müraciətlərini məhz bu çərçivədə etsinlər. Mən gündə 20-25 nəfər vətəndaşla görüşürəm. Qeyri-real o qədər məsələ ilə bağlı mənə müraciət edirlər ki… Sonradan da deyirlər ki, mənim müraciətlərimə baxılmır. Hesab edirəm ki, ümumilikdə insanların problemləri həll edilməlidir və bununla bağlı da aidiyyatı qurumlar cəhd göstərməlidirlər. -Cənab prezidentin insanların tibbi müayinədən keçmələri üçün xüsusi göstərişi var.

-Amma bəzi icra orqanları şişirdilmiş rəqəmlər yayırlar. Buna münasibətinizi bildirərdiniz.

-Birinci növbədə, müayinə vətəndaşın özünü maraqlandırmalıdır. Yəni, bu hansısa icbari qaydada olmamalıdır. Baxmayaraq ki, bunu icbari qaydada yerinə yetirirlər.Vətəndaşı məcbur edirlər ki, get tibbi müayinədən keç. Bəziləri gəlir ki, mənim müalicəm üçün İsrailə müayinəyə 100 min pul lazımdır və təbii ki, hər adama bu pulu tapıb vermək mümkün deyil. Bunun üçün indidən hər bir vətəndaş müayinədən davamlı olaraq keçməlidir ki, sabah bunun müayinəsi, müalicəsi burada mümkün olsun. Elementar bir misal çəkim. Biz qanun qəbul edəndə üzərimizə çox gəldilər. Bildirdilər ki, nikah mərasimindən qabaq cütlüklərin tibbi müayinədən keçməsi milli mənəviyyatımıza ziddir. Lakin nəticə etibarı ilə ortaya hansı faktlar çıxdı? Məlum oldu ki, bəzən bir ayda elə olur, Azərbaycanda QİÇS-ə yoluxan onlarla vətəndaş aşkarlanır. Beləliklə də, gör, nə qədər gələcək problemlərin qarşısı alındı.

-Ölkəmizə xaricdən, dünyanın müxtəlif ölkələrindən turist axınını və ümumən turizmin inkişafını necə qiymətləndirirsiz?

-Ümumilikdə, Azərbaycanda turizmin inkişafını çox müsbət qiymətləndirirəm. Amma bu məsələ ilə bağlı hesab edirəm ki, biz ciddi araşdırma

və təhlillər aparmalıyıq. Təbii ki, biz Azərbaycanı dünya turizminə açıq ölkə elan etmişik və dünyanın müxtəlif ölkələrindən bura insanlar gəlir, mədəniyyətlərin mübadiləsi və zənginləşməsi prosesi baş verir. Amma təfəkkürlərin və məqsədlərin müxtəlifliyi var və bu məsələlər təhlükəsizlik orqanları tərəfindən araşdırmalıdır. Tək maddiyyat aspektindən bu məsələyə yanaşmaq olmaz. Bunun gələcəkdə yarada biləcəyi problemlər, vura biləcəyi ziyanlar ölçülüb-biçilməlidir. Bu düşünülmüş proqram və sistem şəklində olmalıdır. Hazırda fəxrlə deyirik ki, 5-6 milyon turist gəlib. Sabah ola bilər ki, bu 6 milyonun vurduğu ziyan gətirdiyi xeyirdən qat-qat çox olsun. Yaxud da tərsinə. O baxımdan bu məsələ ciddi şəkildə araşdırılmalıdır və buna çox böyük ehtiyac var. Hesab edirəm ki, turizmin inkişafı ilə yanaşı ölkənin təhlükəsizlik məsələləri də bununla paralel və koordinasiyalı şəkildə təkmilləşdirilməli və dövrümüzün geopolitik reallıqlarının tələbləri səviyyəsində qurulmalıdır. Azərbaycanda turizmdə qiymətlər məsələsi də tənzimlənməlidir. Otel və restoran biznesində qiymətlər bazar iqtisadiyyatının tələb-təklif münasibətləri və əhalimizin orta aylıq gəlir reallıqları da nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Necə gəldi qiymət qoymaq olmaz.

-Prezident İlham Əliyev tövsiyə etdiyi "Naz Lifan" avtomobilini dövlət qurumları alırlarmı?

-Bəli alırlar. Bu proses gedir.Bizim müharibə veteranları, əlillər bu avtomobillərdən istifadə edirlər. Bu şirkətə məxsus müxtəlif növ markalı avtomobil istehsal edilir. Bu gün nazirlər, komitə rəhbərləri xarici markalı avtomobillə təmin olunublar. Gələcəkdə əgər yenisini alacaqlarsa, yəqin ki, yerli avtomobilə üstünlük verəcəklər. Məsələn, Naxçıvanda bütün taksilər "Naz Lifan"dı.

-Süni qiymət artımından çıxış yolu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün nə kimi tədbirlər görülməlidir?

-Artıq bununla bağlı Azərbaycan hökuməti tərəfindən ciddi proqramlar hazırlanır və həyata keçirilir. Bu, bir gündə həll edilə bilməz. Vaxti ilə neftin qiymətinin yüksək olması səbəbindən qeyri-neft sektoruna ola bilsin ki, indiki qədər diqqət yetilmirdi. Tam şəkildə bu məsələ demək olar ki, özəl sektorun ixtiyarına buraxılmışdı. Lakin artıq məlum olduğu kimi, qeyri-neft sektorunun inkişafı ilə bağlı da əsaslı dövlət proqramları işləyir və ortaya qoyulur. Hesab edirəm ki, Azərbaycan neftdən asılılığı azaldaraq qeyri-neft sektoruna keçid mərhələsindədir. Bu nisbət ikincinin xeyrinə ildən-ilə artırılır. İstər kənd təsərrüfatı, sənaye müəssisələrinin açılması və tikinti sektorunda ciddi işlər həyata keçirilməkdədir. Bu, vacibdir, olmaldır və hesab edirəm ki, bununla bağlı ciddi addımlar davamlı olaraq atılmalıdır. O cümlədən vergi güzəştləri nəzərdə tutulmalı və faiz dərəcələri azaldılmalıdır. Kreditlərin verilməsi ilə bağlı problemlər var və bu aradan qaldırılmalıdır. İstənilən vətəndaşımızın kiçik müəssisələr yaratması, o cümlədən fermer təsərrüfatlarının təşkili üçün lazimi güzəştli krediti ala bilməsi üçün şərait yaradılmalıdır.

Lakin təssüflər olsun ki, bəzən krediti alan şəxslər bundan səmərəli istifadə edə bilmir və ya vəsait təyinatı üzrə istifadə olunmur. Kreditlər tamam başqa məqsədlərə sərf olunur və nəticə etibarı ilə bank və vətəndaş arasında ciddi qarşıdurma yaranır. Bu baxımdan, kredit götürülübsə, bank mütəmadi olaraq nəzarət etməlidir ki, ayrılan vəsait biznes planda göstərilən istiqamətə sərf olunsun. Bank sahəsi düzgün tənzimlənərsə, qeyri-neft sektorunun inkişafında, əhalinin rifahında, həm də digər sahələrdə ciddi şəkildə irəliləyiş ola bilər.

-Dolların məzənnəsi artıqdan sonra banklarla vətəndaşlar arasında problemlər mövcuddur. Bəzi banklar dollar kreditlərində güzəşt etmək istəmir və bunu dövlətdən tələb etməyi məsləhət görür.Bu məsələyə münasibətiniz necədir?

-Bu, düzgün fikir deyil. Öncə deyim ki, banklar dollarla vətəndaşdan 3 faizə depozit götürür. Digər vətəndaşa 24 faizə kredit verir. Bunu dövlət eləmir ki? Bunu həmin kommersiya bankı edir. Nəticə etibarı ilə 21 faiz adi bir vəsaitdən gəlir əldə edir. Bu iki dəfə, lap uzağı 3 dəfə artıq ola bilər. Təxminən 8-9 dəfə artıq ola bilməz. Çünki vətəndaş bunu qaytaranda müəyyən çətinliklə qarşılaşır və yaxud da ödəniş etməsi mümkünsüz olur. Hesab edirəm ki, bank əgər 3 faizə depozit götürürsə, maksimum 9 faizə bunu kredit kimi verə bilər. Bu həm bankın saxlanmasına, həm də verilən kreditlərin qorunmasına xidmət edə bilər.

Bəzi vətəndaşlar bu və ya digər səbəbdən hansısa maliyyə çətinliyinə düşəndə, məcburiyyət qarşısında qalaraq bankdan kredit götürür. Bu hal xüsusilə istehlak kreditlərinə aiddir. Pulu olan gedib bankdan pul götürməz ki? Təbii ki, vətəndaşın buna ehtiyacı var ki, bu addımı atır. Belə vəziyyətdə bankların vətəndaşdan yüksək faizlər tələb etməsi sosial ədalət prinsipinə ziddir. Halbuki, Mərkəzi Bank kommersiya banklarına kiçik faizlə kredit verir. Onlar bunun üzərinə bir neçə faiz qoyub vətəndaşa verə bilər. Lakin kommersiya bankları bunun üzərinə dəfələrlə çox faiz qoyub vətəndaşa kredit verir. Təbii ki, bu da çətinlik yaradır. Hesab edirəm ki, bu məsələlər ciddi şəkildə tənzimlənməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Bu gün, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Bu gün, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Bu gün, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Bu gün, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Bu gün, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Bu gün, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Bu gün, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Bu gün, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Bu gün, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Bu gün, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Bu gün, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Bu gün, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Bu gün, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Bu gün, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Bu gün, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Bu gün, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Bu gün, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Bu gün, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Bu gün, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Bu gün, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Bu gün, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Bu gün, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Bu gün, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Bu gün, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Bu gün, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Bu gün, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Bu gün, 13:10
Ermənistan Konstitusiya Məhkəməsi seçki üzrə qərarını iyulun 4-dək açıqlayacaq
Bu gün, 13:00
Zaur Hacılı Mərkəzi Bankdan ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:59
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru