Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ukrayna İran dronlarının çəmini tapdı .....                     Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? .....                     AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq .....                     Turistlər Azərbaycana ən çox nə üçün gəlir? .....                     “Turan Bank”da iki departament direktoru təyin edilib .....                     UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb .....                     “Türkiyə filmləri dublyaj olunmasın” təklifi: .....                     Azərbaycanda 4 nazir vəzifəsi boşdur .....                     “Benzini dərhal ucuzlaşdırın!” .....                     Tanınmış hakim təqaüdə göndərildi .....                     Azərbaycan yenə sözünü dedi .....                     100 min, 400 min, 2 mənzil... .....                     Ət idxalı artıb: Qiymətlər niyə düşmür? .....                     Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət .....                     Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir .....                     Tiktoker "Beniz"in məhkəməsində .....                     “Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” .....                     Paşinyana qarşı ŞOK PLAN .....                     Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir? .....                     Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək .....                 

"Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur"
Tarix: 23-12-2016, 08:41 | Çap et
"Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur"
Bir müddət əvvəl Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri bir araya gələrək iki ölkə arasında “sülh naminə platforma” yaratdıqlarını bəyan etdilər. Daha sonra Ermənistandan Azərbaycana “qonaqlar” gəldi. Bu zamana qədər müharibə tərəfdarı kimi görünən rəsmi Bakının da hazırda sülh təşəbbüsünə isti yanaşdığı sezilir. Bəs, görəsən, münaqişənin sülh yoluyla həlli nə qədər realdır?
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. Partiya sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik:

-İlyas müəllim, Qarabağ münaqişəsi başladığı ilk dövrlərdə Siz Azərbaycan SSRİ-nin Prokuroru idiniz. Qarabağ erməniləri bu hadisələrdə nə qədər aktiv idilər? Ümumiyyətlə, problemin həllini necə görürsünüz?

-Fransanın əfsanəvi generalı, sonradan Prezidenti olmuş Şarl de Qollun gözəl bir sözü var: “əgər Siz hər hansı problemi həll edə bilmirsinizsə, heç olmasa, onu gündəmdə saxlayın”…
Dağlıq Qarabağ probleminin həlli də, ilk növbədə, problemin mahiyyətinin aydınlaşdırılmasını tələb edir. Necə ki, həkimlər də bir xəstəni müalicə etməmişdən əvvəl onun xəstəliyini müəyyənləşdirirlər, yəni xəstəliyə diaqnoz qoyurlar, bu yanaşmanı siyasi hadisələrə də şamil etmək olar. İndi, gəlin, aydınlaşdıraq: Dağlıq Qarabağda nə baş verib? Doğrudanmı, orada məskunlaşan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirdilər? Başqa sözlə desək, bu, milli azadlıq hərəkatı idi, yoxsa, orada beynəlxalq hüquqla pişlənilən separatçı-terrorçu hərəkat baş vermişdi?
O zaman mən Azərbaycan SSRİ-nin Prokuroru kimi Dağlıq Qarabağda tez-tez olur, təkcə prokurorluq işçiləri ilə deyil, sadə vətəndaşlarla da ünsiyyət qururdum. Əhalinin mütləq əksəriyyətinin həyatlarından razı olduqlarının həm Dağlıq Qarabağda, həm ətraf rayonlarda yaşayan azərbaycanlılarla münasibətlərinin normal olduğunu görürdüm. Bu mənim şəxsi qənaətimdir. Razılaşmayanlar da ola bilər. İndi görək, böyük müəllimimiz və tərbiyəçimiz Cənab Tarix nə deyir?
1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı oldu. Qurultayın gündəliyində ancaq bir məsələ var idi – Ermənistanın ərazisini genişləndirmək və bu işə haradan başlamalı?
Türkiyə güclü dövlət olduğundan onun torpaqları hesabına Ermənistanın ərazisinin genişləndirilməsi məqbul sayılmadı. Ya Azərbaycandan-Dağlıq Qarabağdan, ya da qərbdən, Gürcüstandan – Cavaxetiyadan başlamalı idilər. Qurultayda bir səs çoxluğu ilə Dağlıq Qarabağa üstünlük verdilər. Bu barədə Moskvaya məktub göndərdilər və oranı əmin etdilər ki, bu, Rusiyanın da maraqlarına uyğundur.
Yeri gəlmişkən, SSRİ-nin şəksiz rəhbərliyi olan Sov. İKP MK-da 49 erməni işləyirdi, amma bir nəfər azərbaycanlı vardı və onun da anası erməni idi. MK-nın Baş katibi M. S. Qarboçovun ən yaxın adamı olan köməkçisi də Dağlıq Qarabağdan çıxmış, Bakıda böyümüş Georgi Şahnazarov idi.
Bu qərarın həyata keçirilməsinin nəticələri göz qabağındadır – Dağlıq Qarabağ və ətrafında olan 7 rayon millətçi-şovinistlərin idarə etdikləri Ermənistan tərəfindən işğal olundu.
Dağlıq Qarabağda Daşnak partiyasının separatçı-terrorçu siyasətini həyata keçirən sarkisyanlar onların sözünə baxmayan Xocalı aeroportunun qadın rəhbərinin evini partlatdılar, onun özünü, ərini və iki uşağını öldürdülər. Məqsədləri terror vasitəsilə əhalini qorxu altında saxlamaq idi. Xatırlayıram ki, 1990-çı ilin fevralında 1989-cu ilin yekunlarını ətraf rayonların prokurorlarının iştirakı ilə Stepanakertdə Vilayət prokurorluğunun kollegiyasında müzakirə etdik. Prokurorluğun bəzi rəhbər işçiləri kollegiya iclasında iştirak etmirdilər. Bunun səbəbini soruşanda mənə onların məktublarını verdilər. Yazırdılar ki, biz kollegiya iclasına gəlsək, axşam evimiz partladılacaq. İndi söz sizindir-gələkmi? Mən Xocalı aeroportunun rəhbərinin taleyini yada salaraq, təhlükənin real olduğunu hiss etdim və göstəriş verdim ki, iclasa gəlməsinlər.
Bir sözlə, Dağlıq Qarabağ erməni terrorçu-separatçıları tərəfindən zəbt edildi.
Mən hələ, Moskvada işlədiyim zamanlarda Dağlıq Qarabağ Vilayət Prokurorluğunun işçilərindən zəng edirdilər ki, onları tək qoymayaq, terrorçu separatçıların əlindən qurtaraq.
Artıq xeyli vaxt keçib. Dağlıq Qarabağda baş verənlərin xaricdən daşnaqlar tərəfindən təşkil olunan terrorçu-separatçı hərəkat olması heç kimdə şübhə doğurmur. Belə hərəkat nəticəsində isə heç bir dövlət qurula bilməz.Bu, beynəlxalq hüquqa zidd olardı…

-Bəs, bu problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Mən uzun illərdir deyirəm və indi də təkrar edirəm: ATƏT bu məsələni həll edə bilməz, çünki onun qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün öhdəlik yaratmır. Bu qərarlar tövsiyə xarakterlidir, ermənilər isə belə tövsiyələri qəbul etmək istəmirlər.
Onu da qeyd etməliyəm ki, ATƏT-in qərarları konsensusla qəbul edilir, yəni bir nəfərin razılığı olmasa, qərar meydana çıxmır. Arada istədilər ki, konsensus məsələsini səs çoxluğu ilə əvəz etsinlər. Ermənistan və onu müdafiə edənlər buna imkan vermədilər.
Hərdən təkliflər səsləndirilir ki, format dəyişdirilsin, Türkiyə də Minsk qrupunun üzvü olsun, guya Ermənistan buna etiraz edir. Türkiyə, bizi istəyən Pakistan, yaxud İran da Minsk qrupuna daxil olsalar belə, heç nə dəyişməyəcək. Səbəb bayaq qeyd etdiyim kimi, ATƏT-in qərarlarının məcburi xarakter daşımamasıdır. Nə qədər ki, ATƏT-in Minks qrupu bu məsələ ilə məşğul olur, problem həll olunmayacaq. Odur ki, məsələ BMT TŞ-nın gündəliyinə qaytarılmalıdır. Ondan tələb olunmalıdır ki, əvvəllər qəbul etdiyi 4 qətnaməni icra etsin. Nə üçün Liviya ilə bağlı qərar qəbul etdilər və həyata keçirdilər, təkcə M. Qəddafini deyil, habelə Liviya dövlətini məhv etdilər? Yox, əgər BMT TŞ da bu problemi həll etməsə, onda bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı azad etməliyik.
Dağlıq Qarabağ probleminə münasibətdə fikir müxtəlifliyi yoxdur, 10 milyon əhali eyni mövqedədir. Bunun qarşısında isə heç kim dayana bilməz. Aprel döyüşləri və bu döyüşlərin vətəndaşlarımızda yaratdığı əhval-ruhiyyə bunun əyani sübutudur. Problemin “həllinin” ATƏT-in Minsk qrupuna həvalə edilməsi ancaq və ancaq Ermənistanın maraqlarına qulluq edir.

-İlyas müəllim, ATƏT-in Minsk qrupunun həmsədrləri də, prinsipcə, siz deyəni etiraf edirlər. Ötən illərdə həmsədrlərdən biri bildirdi ki, biz nə edə bilərik? Vəzifəmiz təkliflər hazırlayıb tərəflərə təqdim etməkdən ibarətdir. Problemin həlli üçün gərək tərəflər ümumi razılığa gələ, Prezidentlər öz aralarında qarşılıqlı güzəştə söykənən müzakirələr aparalar…

-Əvvəla, Azərbaycan özünün imkanı çatdığı qədər güzəştli variantlar təqdim edib. Ermənistan bununla razılaşmır. Daha hansı güzəştdən söhbət gedə bilər?
İkincisi, Ermənistan rəhbəriylə dil tapılacağı ehtimalına da inanmıram. Çünki bu adam söz sahibi deyil. Bir tərəfdən Rusiyanın, digər tərəfdən dünyadakı erməni lobbisinin təsiri altındadır. Bir müqəvva ilə danışıqlar aparmağın nə faydası var? O istəsə belə, təsiri altında olduğu qüvvələrin iradəsindən kənar heç nə edə bilməz…

-Amma bu yaxınlarda Ermənistan lideri Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi…

-Bu da erməni fırıldaqlarından biridir. Düzdür, siz demişkən, Azərbaycanın ərazi bütövlüyünü etiraf etdi, amma ardınca da beynəlxalq hüquqdakı millətlərin öz müqəddəratını təyin etmək prinsipindən dəm vurdu. Beləliklə də, Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə, Xocalı qətliamına bəraət qazandırmağa çalışdı. Guya Dağlıq Qarabağda ermənilərdən fərqli bir xalq var. Buna da əvvəllər “Qarabağ xalqı” deyirdilər, indisə “Artsax”. Bu yalana inanmaq istəyənlər də var. Halbuki, Dağlıq Qarabağda erməniəsilli Azərbaycan vətəndaşları yaşayırlar. Onlara isə beynəlxalq hüququn göstərilən prinsipi şamil oluna bilməz. Ermənilər öz müqəddaratını təyin edib Ermənistan respublikasını yaradıblar. Hardasa birgə yaşayan ermənilər varsa, onlara bu hüquq verilə bilməz. Əks halda, dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu nonsesdir. Qoy, ermənilər kompakt yaşadıqları Krasnodarda, Stavropolda, Rostov vilayətində, Koliforniya statında erməni dövləti yaratsınlar, görüm, yarada bilirlərmi?

-Yeri gəlmişkən, S. Sarkisyan tez-tez Dağlıq Qarabağda referendum keçirilməsini də tələb edir…

Görünür, Sarkisyana və onu dəstəkləyənlərə Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III hissəsini xatırlatmaq lazımdır. Orada deyilir: “Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.
Bu maddədən də göründüyü kimi, Dağlıq Qarabağda heç bir referendum keçirilə bilməz.
Söhbətimizin sonunda böyük hümanist Erazmo Roterdamskinin “Axmaqlığın tərifi” adlı əsərini xatırlatmaq yerinə düşərdi. Əsərin leytmotivi odur ki, dünyada hər şey axmaqlığın şıltaqlığına qulluq edir. İndi biz də eyni vəziyyətlə qarşı-qarşıyayıq. Sanki, dünyadakı super güclər hər şeyi erməni şıltaqlığına qulluq etmək üçün formalaşdırmağa çalışırlar. Əslində isə hər şey ədalətə qulluq etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Azərbaycan yenə sözünü dedi - İsrailin qərarı “Bir millət, iki dövlət”i bir daha təsdiqlədi
Dünən, 17:11
100 min, 400 min, 2 mənzil... - “QANPULU” DAVASI
Dünən, 16:48
Ət idxalı artıb: Qiymətlər niyə düşmür? - AKTUAL
Dünən, 16:38
Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
Dünən, 16:34
Putinin yaşı və ölkədəki böhran gözlənilməz ssenariləri istisna etmir - Tofiq Zülfüqarov
Dünən, 16:31
Tiktoker "Beniz"in məhkəməsində QALMAQALLI İFADƏLƏR
Dünən, 16:29
“Həkim əməliyyatın ortasında dayandı ki, 1700 manat verməlisən” – Barmağı və dabanı amputasiya edilən şairin başına gələnlər
Dünən, 16:23
Paşinyana qarşı ŞOK PLAN - İLGİNC detallar BU YAZIDA
Dünən, 16:21
Minlərlə insanın qatili, terrorçu Serj Sərkisyanı görəsən İsrail niyə ittiham etmir?
Dünən, 16:18
Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək - BU DA OLDU!
Dünən, 16:07
Agentlik 100 min manatlıq şirkətə qadağa qoydu – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
Dünən, 16:06
Ermənilərin Xankəndində tikdikləri... BU QURUM SÖKƏCƏK! - DETALLAR
Dünən, 16:01
Xamenei atasının dəfnində iştirak edəcək?
Dünən, 15:58
İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb... - GİLEY
Dünən, 15:46
“Azərbaycanın Aİİ-yə üzvlüyünü əngəlləyən səbəblər – Rusiyanın əbəs GÖZLƏNTİSİ
Dünən, 15:01
“Ermənistanı hinduşka kimi böləcəklər...” – erməni politoloqdan SOS
Dünən, 14:59
Heydərov onu idarə rəisi təyin etdi - ƏMR
Dünən, 14:57
Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq - Qətər XİN
Dünən, 14:52
NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ... HƏQİQƏTƏN DƏ...
Dünən, 14:45
Dollar və qızılın taleyi HƏLL EDİLİR
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru