SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                 

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri... - Bakı təhsilinə təm-təraqla rəhbər gətirilən gənc kadr niyə səssizcə geri aparıldı?..
Tarix: 27-12-2014, 13:21 | Çap et
Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...
Təhsil Nazirliyində kadr və struktur islahatlarının nəticəsində ötən ildən təhsil sahəsinə gələn gənc kadrların bəzilərinin sonrakı aqibəti nədənsə müəmmalı qalıb. Mikayıl Cabbarovun təyinatından az sonra nazirliyin informasiya şöbəsinə müdir vəzifəsinə gətirdiyi Elnur Əliyevin timsalında bunu deməyə əsas var. Həm Bakıda, həm də xaricdə hüquqşünas ixtisası üzrə təhsil almış E.Əliyevin gənc kadr kimi yüksək vəzifəyə irəli çəkilməsinin, təbii ki, nazirliyin fəaliyyətində müsbət dəyişikliklər yaradacığına ümidlər olmamış deyildi. Uzun müddət təhsil sistemində oturuşmuş kadrların sürətlə əvəzlənməsi M.Cabbarovun nazir kimi fəaliyyətə başladığı ilk dövrlərdə dəyişikliyə inam da yaratmışdı. Hər kəs gözləyirdi ki, 90-cı illərdən qalmış və artıq yaşlanmış bəzi məmurların daha gənc, enerjili mütəxəssislərlə əvəzlənməsi səmərəsini verəcək. Lakin ötən müddət ərzində bu gözləntilərin özünü doğrultmaması təəssüf hissi doğurur.

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...

Bundan əlavə, yeni kadrların da bir yerdən digərinə tez-tez transferi bəzi müəmmalı suallara yol açır. Keçən dərs ilinin başlanması ərəfəsində nazirin əmri ilə Elnur Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. Keçmiş müdir Nailə Rzaquliyevanın tutduğu vəzifədən azad olunmasından sonra idarənin müdiri vəzifəsi birinci müavin E.Əliyevə həvalə olundu. Mətbuatda təhsil sisteminə В«İçərişəhərВ»dən gəldiyinə dair məlumatlar yayılan E.Əliyevin bir illik fəaliyyəti dövründə Bakı təhsilində nə kimi uğurlu islahatları həyata keçirdiyi, hansı müsbət dəyişikliklərə imza atdığını deyə bilmərik. Ən azı ona görə ki, bu barədə nə rəsmi xəbərlərdə, nə də məktəb həyatının reallığında əsaslı bir yeniliyə rast gəlməmişik. Əksinə, ötən dövrdə E.Əliyevin haqqında daha çox nazirin yaxın adamı, hətta, bəzi məlumatlarda xalası oğlu kimi təqdim edilən biri kimi təhsilin bir sıra sahələrini В«özəl olaraq kurasiya edənВ» məmur imici formalaşıb. Biz onun barəsində mətbuatda yayılmış В«qara qutuВ» oxşatmasının səbəblərini, xaricdə təhsilə göndərilənlərin seçilməsi proseduru və ya xaricdə verilmiş diplomların tanınmasında söz sahibi olmasına dair məlumatların özəlliyinə də varmırıq.

Görünən odur ki, В«uğurlu kadr islahatıВ» kimi təqdim olunan Elnur Əliyevin təyinatının hansı səmərə verdiyini söyləməkdə çətinliklər var…

Daha maraqlısı isə odur ki, E.Əliyevin Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəhbər vəzifəyə gətirilməsi nə qədər təm-təraqlı təqdim edilmişdisə, onun həmin vəzifədən getməsinə dair rəsmi məlumat verilmədi. Ümumiyyətlə, N.Rzaquliyevadan sonra idarəyə müdir təyin olunmayıb. Hazırda idarənin rəsmi internet səhifəsində də müdir bölməsi boşdur. Müavinlər bölümündə isə yalnız 3 müavinin adı göstərilir ki, E.Əliyev isə onların sırasında yoxdur.

M.Cabbarovun В«yaxın adamıВ»nın qəfil gətirildiyi vəzifədən səssizcə uzaqlaşdırılması təbii ki, suallar yaradır. Nazirlikdən Bakı təhsilinə gətiriləndən sonra da В«eyni funksiyalarıВ» yerinə yetirən Elnur Əliyevin 200-dən çox orta məktəbin işinə rəhbərliyi nəyi dəyişdi? Yoxsa, bu transferlə Elnur Əliyev üzərinə düşən missiyanı 1 il ərzində tam yerinə yetirmiş sayılır? Bəs nəzərdə tutulan dəyişikliklər, В«perspektivli kadr islahatıВ» vədləri nə oldu? Ötən il ərzində barəsində yalnız tənqidi çıxışlar, müraciətlər, xəbərlər yayılan Elnur Əliyevin yenidən əvvəlki işinə qaytarılması nazir M.Cabbarovun növbəti В«kadr islahatıВ»dır, yoxsa bu В«səssiz transferinВ» özəl səbəbləri var?

Bu sualların ünvanlandığı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Analitik.az-a bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsi Elnur Əliyevə həvalə edilmişdi. Hazırda isə E. Əliyev Təhsil Nazirliyində informasiya şöbəsinin müdiri vəzifəsində çalışır və fəaliyyətini davam etdirir.

Bu qədər… əlavə məlumat verilmir. Ancaq digər mənbələrdən daxil olan məlumatlarda məsələnin göründüyü qədər sadə olmadığı, E.Əliyevin gəliş-gedişinin təfərrüratları barədə kifayət qədər ilginc xəbərlər dolaşır. Əvvəlcə, dövriyyəyə E.Əliyevin, guya, təhsil sistemində oturuşmuş kadrlarla baş-başa gəlməsi səbəbindən nazirliyə geri aparılmasına dair məlumatlar buraxılıb. Guya, M.Cabbarov özünə yaxın adamını В«qoca qartallarınВ» əlindən alaraq, daha sakit – əvvəlki vəzifəsinə qaytarıb. Lakin, bununla yanaşı, В«qayıdışınВ» nazirin özünün də iradəsindən asılı olmadığına, özəl səbəblərinin mövcudluğuna dair məlumatlar daha ilgincdir. Səbəblərin, xüsusilə, E.Əliyevin özü ilə, şəxsi həyatı ilə bağlı olduğu, M.Cabbarovun isə başqa seçimi olmadığından təm-təraqlı təyinatını geri götürmək məcburiyyətində qaldığı bildirilir. Təhsil sisteminə kənardan gəlmiş E.Əliyevin bəzi В« qəribə özəllikləriВ» ilə də təhsil mühitinə uyğun olmadığına dair daha yuxarı (həm də vacib) orqanların məlumatlandırılması onun səssizcə В«geri çağırılmasınıВ» labüd edib.

Mikayıl Cabbarovun müəmmalı kadr transferləri...

Deyilənə görə, hazırda işlədiyi şöbə müdiri vəzifəsi də onun üçün son yüksək vəzifə ola bilər. Söhbət təkcə E.Əliyev barəsində 1 il ərzində mətbuatda yayılan oxşatmalardan, xaricdə təhsil və diplomların tanınması, təhsil işçilərinin narazılığına səbəb olan В«nəzarət mexanizmВ»lərindən getmir. Daha doğrusu, əslində bu məlumatlar səbəb deyil. Əsl səbəb kifayət qədər müəmmalı və inanılmaz məlumatlarla bağlıdır. Bunu fakt olaraq nazirin də bildiyi və yaxın adamının təyinatının uğursuzluğu ilə barışdığı söylənilir.

Hər halda Elnur Əliyevin Mikayıl Cabbarovun çox yaxın, həm də inanılmış adamı olmasını təkzib edən rəsmi və ya qeyri-rəsmi açıqlamalara rast gəlməmişik. Bu gün də şöbə müdirinin nazirə çox yaxın olduğu deyilir. Onların arasında münasibətlərin dəyişməsindən söhbət getmir. Ən azı bu baxımdan Təhsil Nazirliyinin В«E.Əliyev müəmmasıВ» elə müəmma olaraq da qalmaqdadır…Necə ki, nə Bakıda, nə də ümumi respublika üzrə təhsilin keyfiyyətində gözəçarpan dəyişiklik yoxdur…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru