Hakimiyyət iki nazirlikdə total kadr və struktur islahatları planlayır -İslahatların kəskin xarakter alacağı da deyilir
Tarix: 19-12-2014, 10:06 |
Çap et
DİA.AZ: - Hakimiyyət yeni ilin ilk günlərində də kadr və struktur islahatlarını davam etdirəcək. Belə ki, dünən prezidentin fərmanı ilə yeni dövlət xidməti yaradıldı. Və buna qədər də bir sıra nazirliklərdə struktur və kadr islahatları həyata keçirilmişdi.
Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, 2015-ci ilin yanvar ayının ortalarında iki nazirlikdə ciddi kadr islahatları həyata keçiriləcək:
«Gənclər və İdman Nazirliyində, habelə daha bir nazirlikdə kadr islahatlarının böyük dalğası gözlənilir. İkinci islahat ünvanı olan nazirliklə bağlı müəyyən tərəddüdlər var. Çünki həbslər belə mümkündür. Ona görə də prosesin hansı istiqamətə yönələcəyini gözləmək lazımdır».
dia-az.site-ı bilgiləndirən qaynağın iddialarına görə, eyni zamanda Nazirlər Kabinetinin özündə də kadr islahatları aparılacaq.