Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                 

“Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi - İLGİNC
Tarix: 9-07-2020, 11:23 | Çap et
“Zaminbank”ın rəhbərinin həbsində Eldar Mahmudov çetesinin izi
“Zaminbank” ASC-nin rəhbəri və digər vəzifəli şəxslərin həbsi “Yeni Müsavat”ın yazdıqlarını bir daha təsdiq etdi. Bank rəhbərliyinin qanunsuz əməlləri, sabiq MTN naziri Eldar Mahmudov və digərləri ilə əlbir olaraq cinayət əməlləri törətməsini bir neçə dəfə təfərrüatlı şəkildə dərc etmişik.

Bank rəhbərliyinin “MTN çetesi” ilə əlaqələrini, banka pul yatıran şəxslərin siyahısının MTN-ə ötürülməsini, onlara qarşı plan qurularaq tora salınmasını yazmışdıq. Və ən əsası da bu bank vasitəsilə Eldar Mahmudova və digər MTN generallarına məxsus çirkli pulların ölkədən çıxarılmasında əsas pay sahibi olduğunu diqqətə çatdırmışdıq.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd edilir ki, “Zaminbank” rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özgə əmlakını külli miqdarda ələ keçiriblər.

Ləğv edilən “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərinin köməyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Onun kreditlərin əsas hissəsini öz ailə üzvlərinin adına ayıraraq mənimsədiyi məlum olub.

İstintaq zamanı Nadir İsmayılovun öz işçisinə qarşı da cinayət törətdiyi üzə çıxıb. İsmayılovun bankın “Bakı” filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən edilib.

Nadir İsmayılova qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

“Yeni Müsavat” olaraq “Zaminbank”ın MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri olduğunu illər öncə qeyd etmişik. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda həbsdə olan Füzuli Əliyev həyata keçirirdi. Onun qardaşı Elşən Əliyev sözügedən bankda filial müdiri vəzifəsində çalışırdı.

Füzuli Əliyev isə Eldar Mahmudovun qara işlərinə nəzarət edən “Akula Akif” kimi tanınan Akif Mustafayevin adamı idi. Onun Eldar Mahmudova təqdimatı ilə Füzuli Əliyev nazirlikdə yüksəlmişdi və qızıl-zinət əşyalarının ölkəyə gətirilməsi, pul köçürmələri, MMC-lərin fəaliyyəti kimi sahələrə nəzarət edirdi.

F.Əliyev MTN-də işlədiyi dönəm ərzində yüzlərlə iş adamına qarşı ağlasığmaz cinayətlər törədib və buna görə də hazırda həbsdədir. Onun əməllərini sübut edən məhkəmə işləri barədə yazılar dərc etmişik.

Füzuli Əliyev yüzlərlə iş adamının müflis edilməsi ilə nəticələnən qurama əməliyyatlar təşkil edərək, vəzifə cinayətləri törədib.

Onun məhkəmə proseslərinin birində etdiyi sensasion etirafı öz əməllərini də sübut edirdi.

Füzuli Əliyev həmin sensasion çıxışında zərərçəkmiş kimi tanınan şəxsə üzünü tutaraq bunları demişdi: “... Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan istifadə edirdik, bizə qarşı da elə elədilər...”

Bundan başqa, qeyd edək ki, “Zaminbank”ın adı Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyatda da çəkilirdi.

Əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılmışdı. Bildirilirdi ki, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır.

MTN dönəmində “Zaminbank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınırdı.

Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də bu bank vasitəsilə həyata keçirilib.

Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, Nadir İsmayılov MTN-in tapşırığı ilə Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevə ötürürmüş.

Bu yazıda onu da qeyd etmək lazımdır ki, Azərbaycanda iki nəfər - Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5,5 milyard pulu çıxarmaqda ittiham edilərək həbs ediliblər. Həmin pulların adıçəkilən şəxslərə məxsus olmadığı hər kəsə məlumdur. Lakin onlar pulların əsl sahibini açıqlamaqdan imtina etdilər və ömürlərinin 10 ildən artığını həbsxanada keçirməyə razı oldular.

“Yeni Müsavat” qəzeti isə həmin pulların əsl sahibinin Eldar Mahmudov olduğunu üzə çıxardı. Məlum olmuşdu ki, Eldar Mahmudov bir neçə bank vasitəsilə 5.5 milyardı offşor şirkətlərə köçürüb. Həmin banklardan biri də “Zaminbank” ASC olub.

Hazırda bu fakt üzrə də Nadir İsmayılov ətrafında araşdırmalar aparılır. Onun ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyi gözlənilir.

Xatırladaq ki, Nadir İsmayılov Sankt-Peterburqda hotel və restoranlara sahibdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru