"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                     ABŞ bombaladı .....                 

“AZƏRSU”DA TALAN SİYASƏTİ
Tarix: 15-02-2012, 12:02 | Çap et
“AZƏRSU”DA TALAN SİYASƏTİ

KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI

Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.

Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti В«2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: В«Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçünВ», - Şüvəlan sakini Fərman kişi belə deyir.

Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan В«AzərsuВ» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, В«AzərsuВ» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.

В«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIBВ»

Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: В«Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcəkВ».

Görünür Baləli Əliyevin В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»ndan xəbəri yoxdur. Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.

Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir
2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.

Bəlkə Dövlət-В«AzərsuВ»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manat sadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün В«AzərsuВ» ASC-yə müraciət etdik.

TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR

В«AzərsuВ» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə В«AzərsuВ»ya icazə verilib ki, В«müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasınВ».

В«Satınalmalar haqqındaВ» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.

Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.

В«ŞİRKƏT LAZIM İDİ, YARATDIQВ»

Diqqətimizi bir fakt da cəlb etdi ki, В«AzərsuВ»yun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, В«AzərsuВ»ya yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.

3 illik minimum iş tələbinə uyğun gələn ancaq В«Tikinti-Təmir ANKZ-4В» (2002) ASC və В«Sənaye-Tikinti MВ» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri В«Mühəndis Tikinti LayihəВ» MMC (2011) barədə də demək olar.

В«AzərsuВ»yun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: В«Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdurВ».

В«AZƏRSUВ» PREZİDENTİNİN QOHUMLARI

Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa В«AzərsuВ» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri В«AzərsuВ» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.

PREZİDENTİN QAYNI VƏ...

В«Sənaye Tikinti-MВ» MMC-nin təsisçisi - Hüseynov Məhəmməd Cavanşir oğlunun В«AzərsuВ» prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumu olduğu bildirilir. Bu MMC В«AzərsuВ» üçün 1.5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

В«Hidro-İnşaat ServisВ» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra В«AzərsuВ»yun layihələrinə cəlb olunub. В«AzərsuВ» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə В«Hidro-LotusВ» MMC-dir. В«Hidro-LotusВ» MMC, В«Hidro-İnşaat ServisВ» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. В«Hidro-LotusВ» MMC-nin 70 faizi В«Hidro-İnşaat ServisВ»ə, 30 faizi isə Türkiyənin В«Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim ŞirketiВ»nə (qısaca В«LotusВ») məxsusdur.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz В«Hidro-LotusВ» MMC-yə tapşırılıb.

Namiq Cəbrayılov bu şirkətlərin yalnız təsisçisi olduğunu, gördükləri işlər barədə məlumat verə bilməyəcəyini deyir.

В«SÜZGƏCВ» METODU

İqtisadçı Natiq Cəfərli layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsini В«feodalizm qaydasıВ», əsl korrupsiya faktı sayır. Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir:

В«Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də В«otkatВ» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublarВ».

В«AzərsuВ»yun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları В«dedi-qoduВ», В«şayiəВ» adlandırır.

В«AzərsuВ»yun əvvəlki rəhbərliyi dövründə işlədiyi bəzi şirkətləri də eyni hüquqi ünvan, eyni təsisçinin birləşdirdiyini müşahidə etdik. Natiq Cəfərli deyir ki, bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə bütün izlər itir. İqtisadçı xarici şirkətlərlə işbirliyini xaricə pulun çıxarılması üçün Milli Bankın icazəsinin lazım olmaması ilə izah edir: В«Çox böyük məbləğləri asanlıqla çıxara bilirlərВ».

TÜRK İŞ ADAMI: В«PULLAR UÇUB GEDİRВ»

Su-kanalizasiya sektorunda işləmiş türk iş adamlarından biri korrupsiya sxemini açıqlayır:

В«Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub, gedirdiВ». 2009-2010-cu illərdə, В«AzərsuВ»yun keçmiş rəhbərliyi dövründə Bakının kanalizasiya xətlərinin açılmadan çirkab sularından təmizlənməsinə cəlb olunmuş Türkiyənin В«Kanalize İnşaatВ» şirkətinin rəhbəri Ridvan Köse belə deyir.

KAĞIZ ÜZƏRİNDƏ MİLYONLAR DÖVRİYYƏSİ

Ridvan Köse Bakıda qatıldığı 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldığını, ancaq bu məbləğin kağız üzərində qaldığını deyir: В«Nə məni işlətdilər, nə pulumu verdilərВ».

O, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə getdiyini bildirir, В«AzərsuВ»yun indiki rəhbərliyinin daha çox iş görmək, texnologiya almaq istədiyini, Türkiyədən məsləhətçi kadrlar da dəvət etdiyini qeyd edir.

Elə yerli iqtisadçılar da problemin həllini, Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi, kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsində görürlər.

BAKI İLƏ KİŞİNYOVUN FƏRQİ

Təkcə ötən il В«AzərsuВ» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ» çərçivəsində ayrılan vəsaitdir.

Moldovanın paytaxtı Kişinyovda isə ötən il kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır.

В«AzərsuВ» ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə ötən ilin sonlarında yerli mediaya bildirib ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur.

ŞÜVƏLANDA SU QUYULARI İLƏ TUALETLƏRİN TƏHLÜKƏLİ QONŞULUĞU

Şüvəlanın su və kanalizasiya sisteminə son illərdə ayrı-ayrı dövlət proqramları çərçivəsində ayrılan pullardan xəbərsiz olan Əliağa Rzayev həyət qapısının ağzında özü anbar qazdırıb:

В«Bütün kanalizasiya suyu axır bura. Yaxınlıqda isə В«kaçalkaВ» işləyir, içməli su çəkir. Bütün həyətlərdə belədir - həm kanalizasiya anbarı, həm də içməli su mancanağı bir-birinin yanındadır. İçməli su kanalizasiyaya qarışıb qarnımıza gedirВ».

Əliağa Rzayevin 74 yaşı var. Dövlətin В«AzərsuВ»ya ayırdığı milyonlardan payına düşən hissəni gözləyə-gözləyə hələ ki, öz cibindən ayda 15-20 manat verib həyətindəki tualet anbarını təmizlətdirir. Yumor hissini də itirmir. Qapısının qarşısındakı gölü göstərib deyir:

В«Hələ bu harasıdır? Burada ördək vurduğum vaxtlar olub. Heyf, indi ovçuluq da qadağandırВ».

Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun В«Media və ictimai vəsaitlərin şəffaflığıВ» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

Arifə Kazımova








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Bu gün, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Bu gün, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Bu gün, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Bu gün, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Bu gün, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Bu gün, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Bu gün, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Bu gün, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Bu gün, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Bu gün, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Bu gün, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Bu gün, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Bu gün, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Bu gün, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Bu gün, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Bu gün, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Bu gün, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Bu gün, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Bu gün, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Bu gün, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Bu gün, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Bu gün, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Bu gün, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Bu gün, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Bu gün, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Bu gün, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Bu gün, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Bu gün, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Bu gün, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Bu gün, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Bu gün, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Bu gün, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Bu gün, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Bu gün, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Bu gün, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Bu gün, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Bu gün, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Bu gün, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Bu gün, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Bu gün, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Bu gün, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Bu gün, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Bu gün, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Bu gün, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Bu gün, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Bu gün, 10:44
Culfada fermer ÇƏTİN DURUMDA... - QƏSDDƏN SU VERMİRLƏR Kİ...
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru