
DİA.AZ: - Artıq 3 gündür bütün ailə üzvləri ilə birlikdə aclıq aksiyası keçirən Bakışəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Mehmandarov küç, ev-26/1ünvanda yaşayan Camalov Həsən Sərkər oğlunun nədən bu qərarı verməsinin səbəbləri aydındır.
Bildirək ki, H.Camalovun aclıq aksiyası keçirməsinə səbəb, "Bərgüşat-Ş MMC" tikin şirkətinin tikdiyi hündürmərtəbəli yaşayış binasının onun evinə 3 metr yaxın məsafədə tikilməsi və evinin ciddi təhlükə qarşısında qalmasıdır. Bununla bağlı bütün rəsmi orqanlara şikayət etdiyini deyən sözlərinə görə, aradan bir neçə ay keçməsinə baxmayaraq, hələ də şikayətinə baxılmayıb.
H.Camalov, şirkətə bu vaxta qədər şikayət etməməsinin səbəblərini də açıqladı. O, şirkətin sahibi Əliabbas Məmmədovla görüşərək, vəziyyətlə bağlı məlumat verdiyini, amma onun şikayəti qulaqardına vurduğunu qeyd etdi: "Səbəbi isə Surxanı Rayon İcra Hakimiyyəti rəhbərliyinin bu şirkəti müdafiə etməsidir. Hətta Ə.Məmmədov da mənimlə İH adından danışdı. Buna görə də onlara şikayət məktubu göndərməyin lüzumsuz olduğunu düşündüm. Bu orqanların hərəkətlərindən belə aydın olur ki, balalarımı, yaxınlarımı ətrafıma toplayıb, gedim küçədə mitinq keçirim. Axı mən dövlətin, prezident İlham Əliyevin əleyhinə necə mitinq keçirməliyəm? Böyük övlaım Türkiyədə ali təhsil alır. Evimdə Azərbaycanın müstəqilliyi üçün əsgər və layiqli vətəndaş yetişdirirəm. Övladı Türkiyədə oxuyan ata necə dövlət leyhinə kasiya keçirə bilər? Bu orqanlar niyə məni başa düşmək və problemimi həll etmək istəmirlər?"
Şikayətçi, dekabrın 13-də, Suraxanı RİH-nin başВçısı Adil VəliВyevin qəbulunda olduğunu da nəzərimizə çatdırdı: В“Ona bildirdim ki, "Cənab başçı, siz bu rayonda ölkə preziВdenВti, cənab İlham Əliyevi təmsil edirsiniz, sizdən haq və ədalət gözləyirəm, mənə qarşı aşkar qərəzlilik vardır. 13 övlad böyüdənin malını əlindən alacağınıza canını alın”. Ancaq mənə göstərdiyi münasibətdən anladım ki, yaВВВraВnacaq acınacaqlı hal onu qətiyyən narahat etmir. Ümid edirik ki, bu aksiyamız Adil Vəliyevi bizə qarşı tutduğu qərəzli mövВqeВВdən, bizə qarşı atdığı hər cür haqsız və qanunsuz addımdan çəkindirər və o, Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il müşavirəsində dediklərindən özü üçün bir nəticə çıxardar".
Aclıq aksiyası keçirməkdə israrlı olduğunu söyləyən şikayətçi bildirir ki, ölənə qədər aclıq aksiyasını davam etdirəcəm: "Ya öləcəm, ya da qalacam. Ölsəm, qoy övladlarım desinlər ki, atamız bizim hüquqlarımızı qoruduğu üçün öldü. Dövlət orqanı mənim problemimlə maraqlanana qədər bu aksiya davam edəcək".
"Mənim tək dərdim odur ki, pozulan hüquqlarım bərpa olunsun" - deyən şikayətçi vurğuladı ki, tikinti şirkəti ətrafdakı evləri ucuz qiymətə alaraq, sökdürdü: "Amma mən bu qiymətlə razılaşmadığım üçün binanı evimlə bitişik tikməyə başladılar. Onların istəyi budur ki, təklif etdikləri qiymətlə razılaşım. Qeyd edim ki, onlar qonşulardan təmirsiz evlərin bir kvadrat-metrini 1150 manatdan aldılar. Mən isə evimi sonuncu dəfə 2008-ci ildə əsaslı təmir etdirdiyimə görə, bir kv.metrə 1500 manat istəyirəm. Bu qiymət də onlara sərf eləmir. Ancaq halbuki, 1500 manat dövlətin müəyyənləşdirdiyi qiymətdir".
Şikayətçi, bu vaxta qədər Suraxanı rayon məhkəməsində 3 dəfə məhkəmə prosesinin keçirildiyini, amma şirkətdən heç kim gəlmədiyi üçün prosesin baş tutmadığını söylədi: "Hər dəfə məni çağıraraq, prosin keçirləcəyini bildirdilər. mən də şikayətimin təmin olunması üçün getdim. Amma şirkətdən heç kim gəlmdiyi üçün hakim məhkəməni bağlı elan etdi. Sonun prosesdə isə hakimdən xahiş etdim ki, məhkəmə müddətində tikintinin dayandırılması ilə sanksiya versin. Ancaq hakim xahişimi rədd edərək, tikintinin davam etdirilməsi ilə bağlı qərar qəbiul etdi".
Onu da bildirək ki, H.Camalov aclığının 3-cü günündə keçirdiyi təəssüratlar barədə DİA.AZ-a açıqlama verib: “Aclıq aksiyasına başladığımız andan artıq 72 saat keçməsinə baxmayaraq, bizim halımızla, bu haqda məlumat verdiyimiz heç bir dövlət qurumundan maraqlanan belə olmayıb. Səhiyyə nazirliyi rəsmi məktub ünvanladığıma rağmən, Allahın bir həkimini belə göndərməyib ki, ayə bir gedin görün bu ailədə vəziyyət necədir. Sağdırlarmı ?
Hələ dekabr ayının 23-ündən bəri bütün KİV və TV kanallarına bu haqda rəsmi məktub ünvanlamışıq. TV kanalların heç birindən bir telefon zəngi belə olunmayıb. Amma Ağcabədidə bir oğlan bir qızla toy etmişdi, gəlin qaçmışdı, gədə göz yaşı tökürdü, getdi qız qaçırtdı DEYƏ XƏZƏR TV bu hadisəni bəlkə 10 gün gündəmdən düşürmədi və ya ANS TV olsun, 1 həftədir ANS TV-yə bizim aclıq aksiyası haqqında rəsmi məktub ünvanlamışam, tək bir zəng belə etməyiblər. Budurmu obyektivlik ? Budurmu "Ancaq doğruları və Xalqın problemlərini" işıqlandıran TV kanallarımız. 72 saat, heç bilirsinizmi 72 saat bir insan ağzına heç bir yemək qoymadan yaşadıqdan sonra, onun ağlı, düşüncəsi, indiyə və gələcəyə baxışı necə və nə qədər dəyişir ?
ƏN ACINACAQLISI VƏ İNSANI QƏHR EDƏN ODUR Kİ, Səni bu addıma VADAR EDƏN, o VADAR EDƏNə havadarlıq edən, o VADAR EDƏNdən ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEVƏ yazdığın şikayət məktublarını hər dəfəsində CIRIB ZİBİL YEŞİYİNƏ ATAN və gösttərdiyi xidmət qarşılığında PREZİDENTİNƏ xəyanət edərək VADAR EDƏNdən rüşvət alan məmurlar keçən 72 SAAT MÜDDƏTDƏ keyf və damaq içrə həyatlarını sürdürməkdədirlər. Dünən Sabunçu RPİ-nə dəvət olundum, və bir daha PREZİDENTİMƏ əlbəəl məktub vermə yolları aramaq imkanından məhrum edildim, dilimdən iltizam alındı Kİ, ay qoyun vətəndaş sən neujeli anlamırsan ki biz sənin kimi qoyunları elə özümüz otarırıq daa, sənin Prezidentin yanında nə işin var axı. O isə, mən bütün ailəmlə bərabər seçkilərdə Prezidentimizə səs verdik. AMMA, Səsimizi ona görə verdik ki, Prezident İlham Əliyev gənc və dinamik Prezidentdir, Azərbaycanımızı işıqlı gələcəyə aparar, Humanist İnsandır, biz sıravi vətəndaşın HAQQ və HÜQUQlarını, MAL və MÜLKərini acgöz və rüşvətxor VADAR EDƏNlərdən qoruyar, bir sözlə quzunu qurda yedirtməz. çünki, Qəlblərimizə Prezidentimizin məşhur "MƏN HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ OLACAĞAM" şüarı hakim kəsildi, həkk oldu.
İndi əziz dostlarım, düşünə bilirsinizmi, insan aclığın 72-ci saatından sonra artıq nələr düşünməyə başlayır ?
Həyat və onun içindəkilərin dəyəri AMALının qarşısında yavaş-yavaş öz dəyərini itirir. Ağıl hər şeyə üstün və hakim kəsilir”.
Bütün tərəfləri dinləməyə hazırıq...











