Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                 

İLHAM ƏLİYEVİN YENİ KOMANDASINDA KİMLƏR OLMAYACAQ?
Tarix: 22-10-2013, 09:59 | Çap et
İLHAM ƏLİYEVİN YENİ KOMANDASINDA KİMLƏR OLMAYACAQ?
HAKİMİYYƏTİNİN 10 İLİ ƏRZİNDƏ PREZİDENT ÖZ ŞƏRTLƏRİNİ AÇIQLAYIB

DİA.AZ: - Son günlər Nazirlər Kabinetinin yeni heyəti ilə bağlı yeniliklər xüsusi ictimai diqqət mərkəzindədir ki, bu da normaldır. Prezident seçkilərinin ardından Nazirlər Kabinetinin köhnə heyətinə müvəqqəti səlahiyyət verən prezident İlham Əliyevin kimlərə В«əlvidaВ», kimlərə В«yola davamВ» deyəcəyi həm də hakimiyyətin yeni komandası ilə bağlı müəmmalara son qoyacağı baxımından cəlbedicidir.

DİA.AZ-ın bu yöndə apardığı araşdırmalardan aydın olur ki, prezidentin öz yeni komandasını formalaşdırma niyyəti NK-nın yeni heyətinin müəyyənləşdirilməsi prosesində də prioritet xətt kimi diqqətə gələcək. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki qaynaq bildirir ki, İlham Əliyev əslində, illərdir öz komandasını formalaşdırmaqla məşğuldur:

В«Təbii ki, bu proses çətin və uzun dönəmi əhatə edə biləndir. Doğrudur, İlham Əliyev prezident kürsüsünə əyləşənə qədər onun ixtiyarında mərhum prezident Heydər Əliyevlə işləmiş köhnə komanda var idi. Və bu da bir üstünlük hesab olunurdu. Amma buna baxmayaraq, həmin köhnə komandada ciddi ələmələr aparıldı. Namiq Abbasov, Əli Nağıyev kimi kifayət qədər əhatəli fiqurlardan imtina olundu. Əli İnsanov, Fərhad Əliyev kimi fiqurlar hətta həbslə də cəzalandırıldı. Halbuki onların hər biri Heydər Əliyev dövrünün nazirləri olmuşdularВ».

Bu faktoru xatırladan mənbəmiz bildirir ki, İlham Əliyevin yeni komanda qurma təşəbbüsləri yolunda kiminsə В«toxunulmazВ» qalacağı heç də gözlənilən deyil: В«İlham Əliyev bunu hər zaman nəzərə çarpdırıb. Özünün 10 illik hakimiyyəti boyunca kiminlə işləyə biləcəyini kifayət qədər net şəkildə hiss elətdirib. Yəni onunla işləmə qaydaları, işləmə şərtləri yetərincə aydın olan bir məsələdir. Və bu gün həmin aydın mənzərənin fonunda özlərini İlham Əliyevlə işləmə qaydalarına uyğunlaşdıra bilməyənlər təbii ki, hər ələmə mərhələsində xəlbirin dəliyindən aşağı düşməli olacaqВ».

В«Bu dəfə hansı nazirlər yola salına bilərВ» sualının cavabında isə mənbəmiz maraqlı bir məqamı açıqladı: В«İlham Əliyevin zamanında Heydər Əliyevlə işləmiş bütün kadrlardan imtina edəcəyini söyləyənlər yanılır. Elə fiqurlar var ki, onlar bu gün İlham Əliyevin komandasında özlərinə çox ciddi şəkildə yer ediblər və prezident onlardan imtina fikrində deyil. Əslində onlar arasında bütün hakimiyyətlər üçün lazımlı kadr hesab olunan yetərincə simalar var. Və belə bir şəraitdə İlham Əliyevin köhnə eşalondan qalma bir sıra vacib fiqurlardan imtinası gözlənilən deyil. Amma bəzi dövlət qurumları da var ki, onların fəaliyyətlərində çeviklik tələb olunmasına rəğmən, bu heç də hiss olunmur və nəticədə həmin kadrla vidalaşma zərurətə çevrilirВ».

Mənbəmiz В«kimdir onlarВ» sualına da aydınlıq gətirib: В«Məsələn, bu gün Azərbaycanın kənd təsərrüfatı sektorununi ciddi şəkildə axsaması müşahidə olunur. Əslində Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Yəni neft Azərbaycan xalqı üçün bir ilahi fürsəti olsa da, insanlarımızın əsas dolanışıq yeri məhz kənd təsərrüfatı olmalıdır və bu sahənin inkişafından asılıyıq. Amma görünəni odur ki, İsmət Abbasov illər ərzində ona verilən fürsəti fövtə verib.

Əslində adam fürsətini qaçırmayıb. Şəxsi mənafe və şəxsi maraqlar baxımından İsmət Abbasov bu gün yetərincə böyük işlər görüb. Onun sərvəti milyonlarla ölçülür və bu gün dünyanın bir çox yerlərində biznesinin və villalarının olduğu iddia edilir. Real işə gəlincə isə İsmət Abbasov Azərbaycan insanının xatirində fermerlərə nəzərdə tutulan dövlət qayğısını müxtəlif saxta təsərrüfat birliklərini yaradaraq mənimsəmə faktı ilə yadda qalıb.

Və əgər bu gün hüquq-mühafizə orqanları, habelə ölkənin maliyyə institutları İsmət Abbasovun müvafiq fəaliyyətini araşdırarlarsa, ortaya böyük yeyinti faktı çıxmış olacaq ki, buna görə də İsmət Abbasov təkcə nazir postundan azad etmək yox, həm də onu qanun qarşısına çıxarmaq da lazım olacaq. Təbii ki, belə bir nazirlə yenidən В«yola davamВ» deyiləcəyi inandırıcı görünmür və Nazirlər Kabinetinin yeni heyətində İsmət Abbasovu görə bilməyəcəyikВ».

Mənbəmiz DİA.AZ-a açılamasında daha sonra mövqeləri kifayət qədər oynaq olan digər nazirlik və komitə rəhbərlərinin də adlarını çəkib: В«Bu gün İsmət Abbasovdan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovu da eyni qaydada ittiham etmək olar və onu da eyni qaydada yeni komandanın dəst-xəttinə ayaq uydurmamaqda suçlamaq mümkündür. Diqqət yetirin, əmək və əhalinin sosial müdafiə nazirliyinin rəhbərliyində son illərdə yetərincə gənc kadrlara üstünlük verilməkdədir. Və bu da nəticədə ƏƏSMN-nin işinin keyfiyyətinin artmasına gətirib çıxarıb. Diqqət edin, bu qədər narazılıq mühitində ƏƏSMN-nin fəaliyyətiylə bağlı yalnız xırda nöqsanlar mətbuat səhifələrinə yol tapır. Halbuki normalda kifayət qədər əsəbi vətəndaşlar zümrəsinə aid olan ƏƏSMN-nin cavabdeh olduğu sosial təbəqənin səsi-küyü kəsilməməli idi. Səs çıxmırsa, demək razılıq var və görülən işlər onları qane edir. Təbii ki, bu da birbaşa olaraq qeyd olunan nazirlikdə çalışan heyətin mobil və çevik bir komanda şəklində hərəkət etməsilə əlaqədardır.

Amma DTXK barəsində eyni fikirləri söyləyə bilmirik. Bu bir faktdır ki, bu gün sözügedən dövlət komitəsində bilgisayarı işlətməyi bacarmayan rəhbər vəzifəli şəxslər də var. Halbuki dəyişən zamənədə gəlişən texnologiyadan istifadə bəlkə də daha çox onların sahələrinin vacib şərtlərindəndir. Belə bir halda kifayət qədər yaşlanmış heyətlə irəliləməyi məqsəd edən Qərib Məmmədovun özünün köhnəlməsi təəssüratı yaranır ki, bu da yeniləşən İlham Əliyev komandası üçün arzuolunan hesab oluna bilməzВ».

Mənbəmiz iş yarıtmayan məmurlarla yanaşı, eyni zamanda işə mane olan və daha çox qrup maraqlarına qulluq edən məmurların da sərt formada cəzalandırılacağını və bu cəzalandırmanın Nazirlər Kabinetinin yeni heyətinin tərkibindən də duyulacağını bildirdi. Bu barədə isə yaxın günlərdə diqqətinizə ilginc məqamları çatdıracağıq. Bizi izləməkdə davam edin…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru