Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                 

"SAÇIMI SARALTSAM, KİŞİ OLMARAM AXI"...
Tarix: 22-07-2013, 11:22 | Çap et
"SAÇIMI SARALTSAM, KİŞİ OLMARAM AXI"...
Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı Space televiziyasında yayımlanan “Sevimli şou” proqramının aparıcısı Mikayıl Güləddinoğludur.

- Televiziyada çalışmağı planlaşdıranda qarşınıza şou əhli ilə işləməyi məqsəd qoymuşdunuz, yoxsa hər şey təsadüf nəticəsində belə alındı?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirmişəm. İxtisasım ssenaristdir. Elçin Əlibəyli birlikdə təhsil almışam. Hərbi xidmətdən qayıdandan sonra “Zarafatyana” verilişində ssenarist kimi işə qəbul oldum. Daha sonra “Çal-çağır” verilişindəki Böyükxanım və Kiçikxanım obrazlarına ssenari yazdım. 8 il “Çal-çağır”da işlədim, baş redaktor oldum. Verilişin mətnlərini mən yazırdım. Sonra bir prodakşn layihəsi olan “Tamammı, davammı” verilişini apardım. Onu deyim ki, prodakşn çox qeyri-peşəkar idi. “SOY” şirkətində çalışdığım üçün televiziyanın nə olduğunu bilirdim. Təsəvvür edin ki, pasport stola rəy almağa gedirdilər.

- Pasport stola niyə?

- Deyirdi ki, baldızım orda işləyir. Soruşaq görək verilişimiz necədir. Mənə gülməli gəlirdi. Bayağı üsullara əl atırdılar. Aparıcını səhər 6-da, xaş vaxtında işə çağırmazlar. Səmimi deyirəm, məni 6-da işə çağırırdılar. Niyə? Axşam 10-un yarısı efirdi (gülür). Gördüm ki, burda aləm bir-birinə qarışacaq və mən biabır olacam. İki aydan sonra həmin layihəni tərk etdim. Qərara gəldim ki, “Olduğu kimi” verilişini aparım. Hər şeyi olduğu kimi göstərim.

- “Olduğu kimi” intellektual-əyləncəli proqram (sözümü kəsir).

- Əyləncəli deyildi.

- İntellektual proqram idi?

- İntellektual deməyək. Düzdü, kanalın rəsmi saytında siz dediyiniz kimi intellektual-əyləncəli proqram yazılmışdı. Ancaq “Olduğu kimi”də heç bir əyləncə yox idi. Veriliş başıma bəla oldu. Məhz o verilişi aparanda bəzi xanım müğənnilərə görə mənə təzyiqlər oldu. Veriliş canlı deyildi. Zənglər gəlirdi ki, filan sualı vermisən, o sualı kəs çıxart, yoxsa sənin üçün pis olar. Gənc xanım müğənnilərin sevgililəri zəng edirdilər ki, sən kimsən axı bu sualları onlara verirsən. Təbii ki, mən də onlarla razılaşmırdım, dedikləri sualları da çıxartmırdım. Namiq Məna ilə aramızda qalmaqal yarandı. Təkcə Namiq Məna ilə yox, meyxanaçıların bir çoxu “Olduğu kimi” verilişinə görə mənimlə düşmən oldular. Mən hər şeyi olduğu kimi göstərirdim. Heç kimdən qorxmuram, çəkinmirəm.

- Hər şeyi olduğu kimi göstərirdiniz? Qurama heç nə olmurdu?

- Verilişdə qonaq olmuş istənilən müğənnidən bu haqda soruşa bilərsiniz. Məhəbbət Kazımov verilişdən çıxanda dedi ki, təzyiqimi qaldırdın. Qıpqırmızı olmuşdu. İlk verilişdə Hüseyn Dəryanın xəbəri olmadan Sonanı gətirdim. Bu, qurama deyildi. Doğrudur verilişdə tamaşaçını intizarda saxlamaq üçün müəyyən “priyom”lardan istifadə etmişəm. Mehman Əhmədliyə demişdim ki, Namiq gələcək. Deməmişdim Namiq Məna gələcək. Dedim, Namiq gəlir, Namiq gəlir. Axırda Namiq adlı bir “ofisiant” gəldi. Görüşdülər, nə var, nə yox, sağ ol. Televiziyalarda qurama işlər çox olub, amma “Olduğu kimi”də qurama olmayıb. Bu verilişi aparanda yoldaşım deyirdi ki, kasıb adamıq, bizim nəyimiz var, birdən sənə nəsə edərlər.

- “Olduğu kimi”ni ciddi görkəmdə aparmağınız, ümumiyyətlə proqram bir xeyli tənqid olundu. Deyəsən, tənqidə dözümlüsünüz.

- Bakı şəhərinin mərkəzində yaşayanlar, özünə müasir deyənlər məni sevməyə bilər. Mən beləyəm də, nə edim? Nazlanıb veriliş aparmalı, sırğa taxmalı, qız kimi hərəkətlər etməliyəm ki, bəyənilim? Sadəcə mənə toxunan, pis təsir edən budur. Məyus oluram. Atayam və mənim övladlarım var. Düzdür, körpə olduqlarına görə internetə girmirlər. Ayıbdır axı. Ətrafımda olan yaxın insanlar, məni tanıyırlar bilirlər ki, mən necə əqidəli insanam. Məni bölgələrdə sevirlər, bu mənə bəsdir.

- Deyə bilərik ki, hazırda aparıcısı olduğunuz “Sevimli şou” müğənnilərin toy tutmasına xidmət edir?

- Əksinə, müğənnilərin çoxu bu verilişdən qaçır. Verilişdə sifarişlər olur, bəstəkar mahnıları ortalığa çıxır və müğənnilər oxuya bilmir. Bir dəfə verilişə gələn, ikinci dəfə gəlmir. Sanmıram onlar bu verilişdən toy tutur. “Durnalar”la toy tutmaq olmaz.

- Sırf bəstəkar mahnıları olmur axı, toy mahnıları da səslənir.

- Bu, sifarişdən asılıdır. Tamaşaçı zəng edir, tamaşaçıya nə demək olar. Hərdən də elə olur ki, prodüserlər zəngləri bağlamırlar. Verilişlərin birində xalq artistinə sifariş verdilər ki, “Qarabağ şikəstəsi” ifa elə. Bacarmadı, pərt oldu. Həmin xalq artisti bir də verilişə gəlmədi. Ona görə biz onların xətrinə dəyməsin deyə rahat mahnılar seçirik ki, heç olmasa verilişə gələn olsun.

- Verilişdə özünüzü çox sərbəst aparırsınız. Hətta efirdə dirijorluq etməyiniz haqda xəbər də hazırlanmışdı.

- Mənim musiqi savadım var. Qara Qarayev adına musiqi məktəbinin tar sinfini qırmızı diplomla bitirmişəm. Eyni zamanda fortepiano sinfində oxumuşam. Bu, dirijorluq deyildi. Dirijorluq eləmək üçün təhsilin olmalıdır. Bu, şoudur. Həftə içində musiqiçilərlə məşq edirəm və bilirəm ki, harda qarmonun zamanıdır, harda gitaranın. Bir çox şoumenlər var ki, bu cür hərəkətlər edirlər və mən də bunu şou xətrinə edirəm. Məsələn, Türkiyədə Bəyazıd Öztürk bunu edir. Təxminən 20 gün Bəyazın yanında oldum. Bizim “Şhow TV”-də, “Kanal D”-də, “TRT”-də izlədiyimiz şou proqramlarını Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Onların bir verilişi üçün təxminən 60 nəfər çalışır. XIV Ludoviq deyirdi ki, dövlət mənəm. Və bu gün mən apardığım verilişlərdə “hər şey mənəm” deyə bilərəm. Sağ olsun rəhbərlik, mənə bu şansı yaradıb. Verilişin rejissoru da mənəm, prodüseri də, “telefonu söndürün” deyən də. Axı Türkiyədə bu yoxdur. Bəyaz bizim işlədiyimiz rejimdə işləsə siyah olar. Qaldı ki, sərbəstliyə, mənə elə gəlir ki, bir qədər şablonluqdan çıxmaq lazımdır.

- Niyə daha çox insanların ikinci dərəcəli hesab etdiyi müğənniləri dəvət edirsiniz proqrama?

- Mənim verilişimdə üzdəniraqlar ola bilməz. Özünü qız kimi aparan müğənni görəndə, özünü nazlı aparan aparıcı görəndə qıcıqlanıram. Mən beləyəm. Bu gün aparıcı ola bilərəm. Amma hər şeyi hamıya görə eləmirəm. Özümü və ailəmi də düşünürəm. Mənim üçün elə şeylər əsas deyil. Digər tərəfdən o müğənnilərin gəlməsini mən özüm istəyirəm. “Sevimli şou”ya başlayanda məndən bir çox müğənnilər inciyib getdi. Onlar canlı ifa etmirlər. Ümumiyyətlə, onlar mənim tipimdə deyil. Dodağını şişirdən, sırğa taxan insanlar məni sevmir, bunu yüzdə-yüz bilirəm. İstəmirəm müasirliyi, mənə bunlar xoşdur. Mənə deyirlər ki, saçını bir az saralt. Mən saçımı saraltsam, saçıma min oyun açsam, qırmızı şalvar geyinsəm evdə necə əlimi vuraram stolun üstünə ki, evin kişisiyəm. Belə kişi olar? Qoy desinlər geridə qalıb, qoy desinlər verilişinə Manaf gəlir, Baloğlan gəlir, nə bilim Məhəbbət Kazımov gəlir. Hər şey Bakının “Tarqovı” küçəsi ilə ölçülmür axı. Bölgələrə gedəndə insanların sevgisi ilə qarşılaşıram. Bölgələrə çıxanda mən bunu görürəm. Hamı dəstəkləyir məni. Qoy məni kənd camaatı sevsin. Mən kəndçiyəm, vəssalam. Düzdür, şəhərdə anadan olmuşam, 34 ildir Bakıda yaşayıram, Nərimanovda böyümüşəm. Mənə kəndçi şeylər ləzzət edir. Müəyyən aparıcılar var ki, elit restoranlarda xalq artistləri ilə yemək yeyir. Mənə bu xoş deyil. Mənə ən ucqar yerdə Məhəbbət Kazımovla şor-çörək yemək ləzzət edir. Bu gün Səyyad Əlizadəyə kim nə deyə bilər? Mənim üçün bir nömrə Məhəbbət Kazımovdur. Gəlin etiraf edək ki, bu veriliş mənim reytinqimi artırır və bu gün hamı “Sevimli şou”ya baxır.

Mən veriliş adları çəkərəm ki, xalq artistləri orda “mənəm-mənəm” deyir, amma verilişin reytinqi birdir. Mən Aşıq Tellini, Baloğlan Əşfərovu, Məhəbbət Kazımovu çağıranda reytinq gəlir. Gəlin belə danışaq. Aşıq Tellini və Məhəbbət Kazımovu, bir də sanballı müğənnilərindən birini çağıraq. Həftəsonu reytinqə baxaq. Görək hansı daha çox reytinq verir. Çünki camaat belə istəyir. Saytlara baxırsan, filankəs filan yerdə istirahət elədi, cəhənnəmə eləsin.

Allah haqqı, bu, tamaşaçıya maraqsızdır. Özünə müasir deyən, saçını arxaya darayan, jile vuranlar məni bəyənməsə yaxşıdır. Amaciyə görə mənə nələr demədilər. O veriliş mənim deyildi, sadəcə olaraq mən o televiziyanın işçisiyəm. O cırhacırda, sel-su axa-axa o verilişi apardım. Evimə qədər məni tənqid etdilər. Amma mən buna getməli idim. Təhqiramiz sözlər yazırdılar, deyirdilər bu nədir. Mən təhqiramiz sözləri yazanlara cavab olaraq onları çağırırdım ki, qoy məni tanısınlar, bilsinlər mən kiməm (gülür). Onlar da gəlmirdilər. Mənə elə gəlir o rəyləri yazanların özlərinin böyük problemləri var.

Biz həm də bir az aqressivik, heç nəyi bəyənmirik. Kimə deyirsən deyir, mən Azərbaycan kanallarına baxmıram. Ay faşist, niyə baxmırsan? Bəs Azərbaycan kanallarına bax da, bir şeyi bəyən də.

- Səviyyəli proqramların azlığına görə yəqin ki, baxmırlar.

- Bu gün intellektual veriliş açım, reytinqi bir versin, səhər rəhbərlik o verilişi bağlayacaq. Oyna, atdan düş, nə edirsən et, əsas reytinq ver. Qurtardı, getdi. Mən də ailəmi reytinqlə dolandırıram. Reytinq olmasa mən rəhbərliyin nəyinə lazımam. Göydən düşmüşəm?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru