SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                 

ELŞAD ABDULLAYEVİ FRANSA TƏHVİL VERƏCƏKMİ?
Tarix: 6-11-2012, 12:26 | Çap et
ELŞAD ABDULLAYEVİ FRANSA TƏHVİL VERƏCƏKMİ?
GÜLƏR ƏHMƏDOVA İŞİNDƏ GÖZLƏNİLMƏZ SONLUQ...

Son ayların ən qalmaqallı hadisəsi olan Gülər Əhmədova olayı gözlənilməz axara düşüb. Hətta bəzi məlumatlara görə bu axar elə gözlənilməz sonluğa gedib çıxacaq. Belə ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videodan sonra cəmiyyətlə bərabər hakimiyyət nümayəndələri də o zaman hələ deputat olan Gülər Əhmədovanın üstünə gedirdilər və bu gedişlə əslində ciddi sonluqlar baş verməliydi. Yəni o deputat mandatını itirməsinin ardından YAP-dan qovulmalı, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmalı idi. Lakin bu, baş vermədi. Əksinə əldə etdiyimiz məlumata görə, keçmiş deputat öz ətrafındakılara yaxın vaxtlarda şok hadisələrin baş verəcəyini deyib. Onun mətbuata, konkret olaraq “Yeni Müsavat”a da son açıqlaması təxminən bu mənanı verir. Bəs nə baş verib ki, Gülər Əhmədovanın əslində çıxılmaz olan vəziyyətindən çıxış yolu tapilib?

“Ağzımı acdırmayın!”...

Fransada mühacirətdə yaşayan blogger Elnur Məcidli mətbuata deyib ki, Gülər Əhmədovanın əlində də hakimiyyət nümayəndələri haqda videolar var. Əlbəttə, bu da hadisələrin fərqli yöndə cərəyan etməsi üçün kifayət qədər ciddi səbəb ola bilərdi. Lakin zənnimizcə, Gülər Əhmədovada sözügedən videolar yoxdur və ya o, bu videoları yaymaqla hakimiyyətin daha ciddi qəzəbinə tuş olacağının fərqində olmamış deyil. Əks halda, keçmiş deputat elə hadisələrin başlangıcında bu karta söykənib özünü arxayın apara bilərdi. Gülər Əhmədovanı tanıyanlar bilir ki, əgər onun əlində belə videolar olmuş olsaydı və ya o bu videolardan istifadə etməkdən qorxmasaydı, heç mandatının alınmasına da razı olmazdı. Deməli, bu günkü susqunluğun səbəbini başqa yerlərdə axtarmaq lazımdır.

Bununçün bir qədər geriyə qayıdıb videonun yayıldıgı ilk vaxtlarda baş verənləri incələmək lazım gəlir. Həmin günlərdə isə Fransa diplomatları ilə Azərbaycan rəsmiləri arasında görüşlər əhəmiyyətli dərəcədə sıx olub. Məhz bu cür görüşlərdən sonra Elşad Abdullayevin Azərbaycana gətirilməsi məsələsi gündəmə gəldi. Heç şübhəsiz, Azərbaycan tərəfi Fransanın rəsmi nümayəndələri ilə görüşlərdə keçmiş rektorun geri verilməsini prespektivi barədə danışıblar.

Baş prokurorun müəmmalı Fransa səfəri...

Həmin günlərdə daha bir diqqət çəkən məsələ də Azərbaycanın Baş prokuroru Zakir Qaralovun Fransaya səfər etməsi oldu. Düzdür, həmin səfər barədə prokurorluğun açıqlamasında bildirilirdi ki, Baş prokuror Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak etmək üşün oktyabrın 6-dan Strasburqda səfərdədir. Lakin nə bu əlavə bəyanatlı protokoldan xəbər çıxdı, nə də Z.Qaralovun həmin səfərdən nə vaxt qayıtması bəlli oldu. Xatırladaq ki, hələ 8 oktyabrda Baş Prokurorluq bildirirdi ki, Z.Qaralov hələ də Fransada səfərdədir. Halbuki, bu tipli imzalanma mərasimləri əvvəlcədən planlaşdırıldığı üçün cəmi bir gün vaxt aparır. Prokurorun təyyarədə, yolda keçirdiyi vaxtı da bunun üstünə gəlsək, Qaralov ayın 9-da ölkədə olmalı idi. Amma belə bir qayıdış barədə xəbər çıxmamış məlum oldu ki, prokuror ilin-günün bu vaxtı qısa məzuniyyət götürüb. Qeyri-rəsmi məlumatlarda isə Baş prokurorun Almaniyaya müalicəyə getdiyi deyildi. Rəsmi məlumatda isə onun qısamüddətli məzuniyyətə çıxdığı söylənildi. Amma bu qısamüddətli məzuniyyət iyirmi gündən artıq çəkdi və beləliklə, Fransadakı bir neçə günü də üstünə gəlsək, prokuror bir aya yaxın vaxtını Avropada keçirmiş oldu.

Çoxları bu səfər zamanı prokurorun Elşad Abdullayevlə görüşə cəhd etdiyini desələr də, bu versiyanı qətiyyən inandırıcı saymaq olmaz. Ona görə ki, Zakir Qaralov Elşad Abdullayevin bütün görüşlərini videogörüntüyə aldığını bilir və bir hüquqşünas kimi Azərbaycan hökuməti təmsilçisinin gələcəkdə cinayətkar elan edəcəkləri şəxsin görüşünə getməsinin hansı effekti doğura biləcəyindən də xəbərsiz deyil. Əksinə, fikrimizcə, Z.Qaralov Fransada məhz E.Abdullayevin geri verilməsinin hüquqi əsasları barədə müzakirələr apara bilərdi.

Gülər Əhmədovanın “iki həftə”si...

Bu versiyanı inandırıcı edən daha bir məqam da odur ki, prosesin əvvəlində insult qorxusu yaşayan, üstünə bir gündə iki dəfə təcili yardım gələn Gülər Əhmədova 30 oktyabrdan iki həftə əvvəl öz yaxınlarına belə bir mesaj verirmiş ki, hər şey yaxşı olacaq və müddət də göstərirmiş: “İki həftə gözləyin”. Həmin günlərdə hətta keçmiş deputatın rəhbərlik etdiyi “Mərkəz” qəzetinin bəzi əməkdaşları da qəzetin nəinki bağlanmayacağı, iki həftə sonra yeni layihəyə başlayacaqlarını deyirmişlər. Başqa sözlə desək, Gülər Əhmədova diplomatik əlaqələrin bu işdə kara biləcəyinə inanırmış. Amma...

Fransa Elşad Abdullayevi verəcəkmi?

Düzdür, Elşad Abdullayev özü də cinayətkardır və son vaxtlar Gülər Əhmədovanın mümkün qədər bu cinayətləri açıb göstərmək cəhdi heç də heç bir siyasi aktivliyi olmayan ölkədaxili kütləyə hesablanmayıb. Bu, onun fikrincə, Fransanı E.Abdullayevdən imtina etməyə həvəsləndirə bilən faktorlar ola bilər. Lakin məsələ burasındadır ki, Fransa E.Abdullayevə sığınacaq verəndə onun hansı cinayətlərə əl bulaşdırdırmasından xəbərsiz olmayıb. Sadəcə olaraq, Qərb və Avropa cinayətkarın belə, hüquqlarını tanıyır və indiki halda E.Abdullayevin bu hüquqlarının hansı şəkildə istismar oluna biləcəyini təxmin edir.

Burada bir xatırlatma etmək yerinə düşər ki, Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar bu günlərdə verdiyi müsahibədə video olayını diqqətlə saxladıqlarını deyib. Bu isə təkcə, Azərbaycan hökumətinə deyil, Fransaya da mesaj sayıla bilər ki, beynəlxalq normalardan kənar addımlar atılmasın.

Belə olan halda, “Gülər Əhmədova işində” sonuncu variant işə düşə bilər. Bu isə Elşad Abdullayevin ölkəyə gəlməməsini səbəb kimi göstərib, istintaqı yarımçıq saxlamaqdır. Hərçənd, hüquqşünaslar ondan Fransada da ifadə almağın mümkünlüyünü deyir, vəziyyətdən çıxış yolu kimi hələlik bu variantdan istifadə oluna bilər. Əlbəttə ki, müvəqqəti olaraq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru