Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                 

Kino müsabiqəsinin qaliblərinə verilməyən 300 min manatın aqibəti araşdırlacaq - DETALLAR
Tarix: 16-02-2024, 08:41 | Çap et
Kino müsabiqəsinin qaliblərinə verilməyən 300 min manatın aqibəti araşdırlacaq
Mədəniyyət naziri Adil Kərimli “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə ödənilməyən 300 min manatın aqibəti ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.

Bu barədə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) məlumat yayıb.

Bildirilir ki, mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.

“Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, – məlumatda deyilir.

2021-ci ilin sonlarında Mədəniyyət Nazirliyi 300 min manat büdcəsi olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi.

2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi.

Qalib gələn müstəqil kino-studiyaları bunlar idi:

1. “Ata və oğullar” – “Buta Film” MMC;

2. “Əlvida, noyabr” – “Ultra Production”;

3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC;

4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co;

5. “Müqəddəs inək” – “Narimanfilm” MMC;

6. “Ölü Həsən” – “Ultra Production”

“Qıfıl” layihəsi müsabiqədə qalib olan kinorejissor Tahir Tahiroviç (Əliyev) Meydan TV-yə demişdi ki, layihənin çəkilməsinə dəstək məqsədilə 45 min manat ayrılsa da, nazirlik hələ də həmin məbləğ verməyib.

“Mandarin Agency”dən Meydan TV-yə bildirilmişdi ki, nazirlik şirkətin müsabiqəyə təqdim etdiyi “Mavi sviterli adam” layihəsinə 35 min manat ayırıb. Lakin həmin məbləğ şirkətə təqdim olunmayıb.

Qalib olan digər şirkətlər də Meydan TV-yə müsabiqə çərçivəsində vəd olunan 300 min manatdan onlara çatan hissəni almadıqlarını demişdilər.

Mədəniyyət Nazirliyindən isə məsələyə münasibət bildirilməmişdi.

Mövsu yenidən gündəmə gəlib.

Bu gün, fevralın 15-də kinotənqidçi Hacı Səfərov Mədəniyyət Nazirliyinə video-müraciət edərək, müsabiqədə jüri üzvü olduğu halda, hələ də qonorarını almadığını bildirib.

2021-2022-ci illərdə mədəniyyət naziri Anar Kərimov olub.

Onun nazir olduğu dövrdə, 2022-ci ildə Azərbaycan kino tarixində ilk dəfə olaraq tammetrajlı bədii film istehsalına pul ayrılsa da, bir film də çəkilməyib. Hər il dövlət büdcəsindən kinoya təxminən 6,5 milyon manat vəsait ayrılır.

Həmçinin 2022-ci ildə “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin 7 qalibinə 300 min manat ödənilməyib.

2022-ci ilin iyulunda Dövlət satınalmalarının vahid internet portalında dövlət büdcəsindən İkinci Qarabağ müharibəsindən bəhs edəcək səkkiz seriyalı bədii filmin çəkilişləri üçün 1 milyon 700 min manat vəsait ayrılması haqda məlumat yerləşdirilmişdi.

Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə filmlə bağlı keçirilən mətbuat konfransında demişdi ki, serialın bir bölümü 212 min dollara başa gələcək. Yəni serialın istehsalının ümumi məbləği 3 milyon manat olacaq. Serialın çəkilişinin Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirkətinə həvalə olunduğu bildirilirdi.

Şərti adı “Qarabağ Vətən müharibəsi” olan serialın sonrakı aqibəti hələ də bəlli deyil.

2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yaydı.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Bundan bir neçə gün sonra noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi və mədəniyyət nazirinin sabiq birinci müavini, Elnur Əliyev, nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanıldı.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürüldü.

Ardınca, 2022-ci il dekabrın 22-də İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad etdi.

Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları olduğu deyilirdi.

Rüfət Həsənov 2023-cü ilin sentyabrında Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad
olunub.

O, hazırda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru