“O insan mənə o qədər yaxın olmalıdır ki, onunla dərdimi, problemlərimi bölüşüm...”
Tarix: 27-04-2023, 09:02 | Çap et
 “Hər obrazımız gözəl, möhtəşəm alınmır. Səhvlərimiz də olur, hansısa rolumuz daha gözəl, hansısa daha zəif alınır. Bunu biz içimizdə hamıdan, ələxsus da tamaşaçıdan yaxşı bilirik. Bəzən olur ki, məşq zamanı həmkarımızdan xahiş edirik ki, “otur zalda bax, sonra çatışmazlıqları mənə deyərsən”. Bununla belə deyə bilmərəm ki, bu gün arzuladığım yerdəyəm. Mənə elə gəlir ki, çox zaman itirdim. Bir dönəm oldu ki, durğunluq idi, tamaşaçı teatra gəlmirdi. Tamaşaçı teatra gəlməyəndə aktyor istər-istəməz passivləşir. Aktyor tamaşaçı istəyir. Biz səhnəyə çıxıb, tamaşa oynayırdıq, hərdən zalda o qədər az adam olurdu ki, səhnəyə çıxıb, tamaşanı oynamaq istəmirdik. Həmin dönəmdə heç nə oynamaq istəmirdim. Sanki həvəsdən düşmüşdüm. Bir dönəm də oldu ki, teatrımız təmirə bağlandı, o dönəmlərdə də elə də çox rollar almadıq. Ara-sıra boşluqlar oldu. Bir də gördük ki, zaman keçib. İstədiyim obrazları artıq faktura imkan vermirdi ki, oynayım. Müəyyən rolları da özüm oynamaq istəmədim. Bəzi obrazları da mənə təklif edən olmadı. Təəssüflər olsun ki, bizim sənətimiz asılı sənətdir”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Zeynalova deyib.
“Bəzən həyatdır, qanıqara olduğumuz günlər də olur. Tamaşaçı problemimizi bilməli deyil ki. Belə olanda daha rahat oluram. Ümumiyyətlə öz problemimi də sevmirəm ki, kimləsə bölüşüm. O insan mənə o qədər yaxın olmalıdır ki, onunla nəyisə bölüşə bilim. Problemlərimi bölüşməyi sevmirəm. Bu dəqiqə hər kəsin başında onsuz da bir problem var, mən öz neqativliyimi həmin insanın üstünə töküb, onu niyə yükləməliyəm ki?!” deyə aktrisa bildirib. Vəfa Zeynalova dostlarının çox az olduğunu deyib.
“Dostum çox azdır, amma tanışlarım çoxdur. Dost olmaq üçün o qədər mən o insnaı tanımalıyam ki. Öz xasiyyətimlə onun xasiyyəti üst-üstə düşməlidir ki, mən o insanla dostluq edim. Dost dediyim insanın üzünə baxanda jestlərindən, gözlərindən bilirəm ki, o nə istəyir. Hər insandan dost olmur. Buna zaman lazım gəlir. Dostuma xəyanəti, arxamdan iş çevirməyi bağışlamaram. Söz verib, sözü tutmayanda həmin insana çox əsəbi oluram. Çünki mən sözümün ağasıyam. Heç kimə yalandan söz verməyi sevmirəm. Əgər söz vermişəmsə, nəyin bahasına olursa-olsun onu yerinə yetirməliyəm. Onu da qarşı tərəfdən gözləyirəm. Bir şeyi bacarıramsa mütləq edəcəyəm. Mənim üçün ilk növbədə dostumun işidir” deyə aktrisa bildirib. Sevilən aktrisa bildirib ki, üzr istəməyi bacarmır. “Üzr istəməyi bacarmıram. Üzr istəyəndə düşünürəm ki, özüm-özümü aldadıram. Bu hiss mənə yaddır. O illərdə hər zaman bütün məşqlərə gecikirdim. Mütləq Lüftü Məmmədbəyovdan sonra otağa daxil olurdum. İçəri girib deyirdim ki, “bağışlayın da, gec gəlmişəm”. Deyirdi ki, “elə et ki, üzr istəmək məcburiyyətində qalmayasan”. Mən də bunu etməyə çalışıram. Onsuz da üzr istəyə bilmirəm, elə edim ki, üzr istəməyim” deyə sənətçi bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
| • Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20 |
|
|
|
| • “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04 |
|
|
|
| • Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02 |
|
|
|
| • Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59 |
|
|
|
| • FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52 |
|
|
|
| • Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50 |
|
|
|
| • “Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46 |
|
|
|
| • “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04 |
|
|
|
| • Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02 |
|
|
|
| • Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57 |
|
|
|
| • Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54 |
|
|
|
| • “AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49 |
|
|
|
| • KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44 |
|
|
|
| • "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39 |
|
|
|
| • Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
| • DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
| • AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19 |
|
|
|
| • İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10 |
|
|
|
| • Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07 |
|
|
|
|