"Bu sənəti həmin səviyyəyə qaldıran kişilər var"
Tarix: 19-04-2023, 00:19 |
Çap et
“Ötən dəfə bir gənc həmkarım danışır. Deyir, toyda bir meyxanaçı digərinə deyib ki, sənə mikrofon atım, sən də mənə şillə, TikTok-a qoyum, partladaq”.
DİA.AZ xəbər verir ki, bu sözləri “Maqazin Plus”a açıqlamasında meyxanaçı Orxan Lökbatanlı deyib.
O, gənc həmkarlarını tənqid edib:
“Belə tanınmaq olar? Məntiqsizdir. Sənətlə sənətkar kimi tanın. Elə meyxana de ki, əl çalım, deyim, çox sağ ol. Gənc meyxanaçılara birinci tövsiyəm odur ki, bu sənəti həmin səviyyəyə qaldıran kişilər var. Biz də onlara təkan veririk ki, həmin zirvədən düşməsin. Bu sənəti düşməyə qoymayın. Bu, yalnız Azərbaycandadır”.