Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                 

“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Tarix: 3-04-2023, 08:59 | Çap et
“Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, ancaq teatrın baş rejissoru imkan verməyib...”
Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Nicat bəy, bu günlərdə yubiley doğum gününüzlə bağlı uzun illərdir çalışdığınız Gənc Tamaşaçılar Teatrında yaradıcılıq gecəniz keçirildi. Təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

- Əslində mənim yubileyim ötən ilin iyun ayında olub. Allah ömür versə, iki aydan sonra 51 yaşım tamam olacaq. Sadəcə olaraq ötən il teatrımız təmirdə olduğuna görə yubileyi sentyabr-oktyabr ayına saxladıq. Sentyabr-oktyabr ayında da şəhidlər verdik. Düşündüm ki, yubiley qeyd etməyim mümkünsüzdür. Ümumiyyətlə, fikirləşdim ki, heç bir yubiley keçirməyəcəm. Əslində gözləyirdim ki, televiziya kanallarında yada düşərəm, amma yadlarına düşmədim. Hər şərdə xeyir, hər pisdə yaxşı nəsə var. Bir müddət sonra əməkdar artist İlham Əsədov, mənə yaxınlaşıb teatrımızın gənc aktyoru, rejissor Vüsal Əsgərovun yaradıcılığıma həsr olunmuş sənədli film hazırlamaq istəyini dedi. Onlar həm də bu filmi 50 illik yubileyimə hədiyyə etmək istədiklərini bildirdilər. Filmin prodüsseri də İlham Əsədov idi. Razılıq verdim, amma düşünürdüm ki, kiçik bir şey olacaq. Sonra çəkilişlər başladı, uşaqların tam fədakarlıqları nəticəsində bu film ərsəyə gəldi. Filmin çəkilişlərində yaratdığı şəraitə görə mən teatrımızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Müsahiblərə təşəkkür edirəm ki, gəlib müsahibə verib, sənədli filmdə çəkildilər. Filmdə teatrımızın direktoru Naidə İsmayılzadə, baş rejissorumuz, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, xalq artistləri Xuraman Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Naibə Allahverdiyeva, əməkdar artist Kəmalə Müzəffər, Sevinc Əziz, Bəhram Əliheydər, Anar Səfiyev, xanəndə Mirələm Mirələmov, teleaparıcı Leyla Quliyeva, Milli Parolimpiya komitəsinin prezidenti İlqar Rəhimov, Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova və s. insanlar danışıblar. 32 il səhnədə olduğum müddətdə gördüyüm işlərin 10 faizi filmdə yer alıb. Film 1 saat 31 dəqiqə idi. Şükür Allaha, işlər çoxdur. Bunları hər-hansı bir filmə yerləşdirmək mümkü deyil. Təqdimat keçirdik, təqdimatda həm də gecikmiş yubileyim qeyd olundu. Çox sağ olsun dostlarım, mənim sənətimə qiymət verən insanlar ki, teatrımızın tamaşaçı zalı dolu idi. Çox qonaqlar gəlmişdi. Onların hər birinə təşəkkür edirəm. Çox xoş bir bayram əhval-ruhiyyəsi oldu. 32 illik səhnə fəaliyyətimin bir növ hesabatını verdim. Rejissor Vüsal Əsgərova, filmin prodüsserliyini edən İlham Əsədova təşəkkür edirəm. Mənə çox böyük hədiyyə etdilər. Hər bir sənət insanının arzusu olar ki, ona belə bir hədiyyə etsinlər. Mediadan olan, televiziyadan gələn dostlarıma da təşəkkür edirəm. Yəqin ki, hansısa kanalda nümayiş etdiriləndən sonra yutub kanalına yerləşdiriləcək.

- 50 yaş ömürün yarısı deməkdir. Həyata keçməyən arzularınız, istəkləriniz varmı?

- Aydın məsələdir ki, var. Oynamaq istədiyim rollar olub ki, yaşım artıq keçib. O rolları bir də oynaya bilməyəcəm. Rejissor kimi isə hazırlamaq istədiyim tamaşalar olub, kimsə hazırlayıb deyə ikinci dəfə həmin əsərə müraciət etmək istəməmişəm. Ümid edirəm ki, bir müddət sonra həmin əsərlərə müraciət edə biləcəyəm. Şəxsi həyatda min şükür, gözəl ailəm var. Şəraitimin daha yaxşı olmasını istəyirəm. Neyçünsə hələ bunu mənə layiq bilmirlər. İnşallah ki, onlar da düzələr.

- Yəqin ki, ev problemini nəzərdə tutursunuz?

- Bəli, haqlısınız.

- Sizin rejissor yanaşmanız fərqlidir. Gənc Tamaşaçılar Teatrının repertuarının formalaşmasında həqiqətən də əməyiniz danılmazdır. Bəs bu illər ərzində nələr istəmisiniz ki, teatrda onlara şərait yaradılmayıb?

- İndi min şükür, hər şey yaxşıdır, qaydasındadır. Ürəyim istəyən əsərlərə müraciət edə bilirəm. Bu günə qədər hazırladığım tamaşaların sayı 50-dən çoxdur. Onlardan ikisi, yaxud üçü mənə istəmədiyim halda verilib. 15-20 il əvvəl hər mövsüm yeni əsərlər gətirmişəm, “bu olmaz, bu olmaz” deyərək teatrdan uzaqlaşdırıblar. Və yaxud da əsəri mən gətirmişəm, baş rejissor götürüb özü hazırlayıb. Belə hallar olub.

- Kiminsə tapşırığı ilə aktyorlara rol vermisiniz?

- Xeyr, qətiyyən! Ümumiyyətlə tapşırıqla səhnəyə çıxmaq olmaz. Tutaq ki, tapşırıqla rol verdilər, bu adamın istedadı, bacarığı yoxdursa, zatən tamaşaçı onu sevməyəcək, tamaşanın əleyhinə işləyəcək. Mənim xasiyyətimi bildiklərinə görə, belə bir təklif almamışam. Əgər rol verirəmsə, demək ki, mən istəyib həmin aktyora rol verirəm. Məndə tapşırıq, falan keçmir.

- Əvvəl teatr haqda “intriqalar yuvası” deyirdilər. Niyə görəsən oranı belə adlandırıblar?

- İntriqa hər yerdə var. İnanmıram ki, haradasa intriqa olmasın. Buna əslində intriqa da demək olmaz. Sadəcə olaraq hər kəs özünü göstərmək istəyir. Bizim işimiz də emosional olduğuna görə, ola bilsin ki, bu sahədə söz-söhbətlər daha çox üzə çıxır. Şükürlər olsun ki, bizim teatrda elə də böyük intriqalar olmayıb. Vaxtilə hansısa əsəri hazırlamaq istəmişəm, teatrın baş rejissoru imkan verməyib. Mən də gedib həmin əsəri başqa teatrda səhnələşdirmişəm. Bunun mənə heç bir təsiri olmayıb. Sadəcə olaraq sağlam rəqabət olmalıdır. Heç kəsi şərləmədən, heç kəsə badalaq gəlmədən, fikirləşirsən ki, filankəs yaxşı tamaşa hazırlayır, mən niyə ondan yaxşısını hazırlamayım? Və öz üzərində çalışıb, özünü inkişaf etdirirsən.

- Bəzən deyirlər ki, filan rejissorun aktyoru yaxud aktrisası. Sizin haqqınızda da belə deyilirmi?

- Hə, mənim haqqımda da bu cür sözlər deyilir. Amma bu deyilənlər həqiqət deyil. Aydın məsələdir ki, işləmək üçün rahat olan aktyorlar var. Bir-birimizi rahat başa düşürük. Mənim üçün bütün kollektiv çox doğma, sevimlidir. Sadəcə rol uyğun gəldikdə mən həmin adamlarla işləyirəm. Kəmalə Müzəffərə deyirdilər ki, Nicat Kazımovun aktrisasıdır. Amma Kəmalə xanım məndən başqa bir çox rejissorlarla işləyib. Kəmalə xanımla “Pəri Cadu” dan bir xeyli keçəndən sonra mən onunla “Qağayı” tamaşasında çalışmışam. Təxminən 10-12 il fasilədən sonra. Sadəcə rol onun rolu idi. Son vaxtlar mənim tamaşamda Bəhram Əliheydər, Anar Səfiyev oynayır. Rola uyğun gəlirlər deyə oynayırlar.

- Rejissorun sənətçiyə zülm edib, sevdiyi teatrı, səhnəni ona nifrət etdirməyə haqqı varmı? Yəni, sənətlə məşğul olmağın, məşqin də bir əndazəsi var.. Fədakarlıq, sənətsevərlik və s. bunları qoyuram kənara. Bir müddət əvvəl bir neçə sənətkarla həmsöhbət olmuşdum, onlar gileylənirdilər ki, rejissor bizi premyeraya bir gün qalmış da məşq etdirir. Sizcə bu qədər məşq olar?

- Mən düşünürəm ki, aktyor öz peşəsini sevirsə, öz peşəsini sevərəkdən bu sahəyə gəlibsə, onun üçün məşq əzab olmalı deyil. Premyeradan bir gün öncə məşqin olması normaldır. Tamaşaya baxış olur, baxışdan sonra hər-hansısa düzəlişlərə ehtiyac varsa, bunu premyera qabağı edirsən. Bilmirəm, danışan aktyorlar kimlərdir, söhbət hansı tamaşadan gedir?! Bu fikir qətiyyən düz deyil. “Pəri cadu” tamaşasının işığını mən tamaşanın premyerası günü qurmuşdum. Səhər tezdən aktyorlar məşqə gəliblər, axşam da tamaşa təqdim olunub. Çox da uğurlu da bir premyera olmuşdu. Aydın məsələdir ki, rejissorun, ümumiyyətlə heç kəsin aktyoru teatrdan iyrəndirməyə ixtiyarı yoxdur. Rejissor despot da, manyak da ola bilər, amma teatrı sevərəkdən bunu edirsə, o aktyorları da sevir. Danlamağın, irad bildirməyin özü belə sevərəkdən olur. Şükürlər olsun ki, hələ mənimlə aktyorların arasında belə bir narazılıq yaşanmayıb. Ümid edirəm ki, yaşanmayacaq da. İlk növbədə mən aktyorları sevirəm. Çalışıram ki, bizim sevgimiz qarşılıqlı olsun.

- Nicat bəy, oğlunuz Mirsənan da bu sənətlə məşğul olur. Ona ən böyük dəstəyiniz nə olub?

- Bəli, böyük oğlum Mirsənan aktyordur. Kiçik oğlum Mirismayıl Memarlıq və İnşaat universitetinin tələbəsidir, dizayner ixtisası üzrə təhsil alır. Böyük oğluma dəstək yox, onun bu sənətə gəlməyinin əleyhinə olmuşam. Bacarmadım, gəldi. Yaxşı ki, gəldi. İndi hərbi xidmətdədir. Sağ-salamat bütün əsgərlər kimi qayıdıb gəlsin, inşallah. Qayıdan sonra bizim teatrda öz işinə davam edəcək. Mənim ona ən böyük dəstəyim düzgün yol göstərmək, yaxşı nümunə olmaq olub. Gözünü açıb ətrafında sənəti sevən, sənətə hörmət edən insanları görüb. Düşünürəm ki, onun zəhmətkeşliyi də, teatra hörməti də bu kökün üstündə bitəcək. Buna çox ümid edirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru