“Onun sayəsində 2 ildir ki, təhqirlər eşidirəm” - QALMAQAL
Tarix: 16-11-2022, 10:58 |
Çap et
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Nəvai Bəkirov Azərbaycanda konsert verməməsinin səbəbini açıqlayıb.
DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, ifaçı sosial şəbəkədə izləyicilərinin bu haqda ünvanladığı sualı cavablandırıb.
Nəvai, eyni zamanda ötən il Bakı haqqında dediyi qeyri-etik ifadəyə görə tənqid edilməsindən bəhs edib: O, ad çəkmədən onu “Vətən xaini” adlandıran Əməkdar artist Xəyyam Nisanova söz atıb:
“Çünki oturub haqqımda söz-söhbət yaradan “Əməkdar artist”inizə qulaq asırsınız. Bu yolla o özünü reklam etmək istəyib. Baxmayaraq ki, nömrəmi bilir və danışırdı. O bilirdi ki, mən həmişə xalqımı dəstəkləyirəm.
Əlimdə bütün dəllilər var. Və bu dəlillərlə haqqımda yayılan həmin söhbətləri yox edə bilərəm. Azərbaycan dilində cəmi bir müsahibə verdim. Amma mən daha sizə heç nə sübut etmək istəmirəm. Bakıda "Valentino"tərzində geyinərək dayanıb vətənpərvərlikdən danışan oğlana inandınız…
Bizimlə duet oxumağından heç söhbət belə gedə bilməz. Ona görə də bizim Bakıda konsertlərimiz gözlənilmir. Eləcə də Azərbaycan dilində mahnılar. Mən heç kimə pis söz deməyə icazə verməmişəm. Amma onun sayəsində 2 ildir ki, təhqirlər eşidirəm. Və o videoda mən həqiqətən lənətlənmiş gecə klubu haqqında oxuyurdum…”
Qeyd edək ki, ötən il Nəvainin Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılmışdı. Onu tənqid edənlər arasında Əməkdar artist Xəyyam Nisanov da olmuşdu.