“Atam anama görə filmdəki yataq səhnəsindən imtina etdi, əks halda...”
Tarix: 11-09-2021, 09:17 | Çap et
 “Bu gün çox sevinirəm ki, atam daim xatirələrdə yaşayır, unudulmur. O o qədər yardımsevər, xoşxasiyyətli biri idi ki, bunu özünün oynadığı “Bizim Cəbiş müəllim” filmindəki müəllim obrazı ilə göstərə bilib. Onu da deyim ki, Cəbiş müəllimlə atam arasında çox oxşarlıq var. Heç kimin xətrinə dəyməzdi. Həmişə mənə deyirdi ki, qızım, çalış hamıya yaxşılıq et, yaxşılıq edə bilmirsənsə pislik də etmə. Bu onun həyat devizi idi. Məndə incəsənətə, ədəbiyyata həvəsi də uşaqlıqdan atam yaradıb. 18 il bitirdiyim APİ-də pedoqoji fəaliyyətdə olmuşam” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra əlavə edib.
“Rejissor Həsən Seyidbəyli Cəbiş müəllim obrazının sınaq çəkilişlərinə bir neçə aktyoru dəvət etməli olub. O Rza Təhmasib ilə atam arasında seçim edə bilmirdi. Son məqamda üstünlük atama verilir və bu obraza atam çəkilir. Hətta filmin ikinci rejissoru atama “səni baş rola çəkirik deyib”. Atam buna öncə razı olmayıb. Səbəbini isə belə izah edib ki, “məni neçə dəfə aldadıblar ki, səni baş rola çəkirik, amma sonunda çəkməyiblər. Baş rol istəmirəm, epizod varsa gəlib çəkilim”. Daha sonra Həsən Seyidbəyli atama zəng edib və “dur gəl, sənin nə işin var, mən səni Cəbiş obrazına çəkəcəyəm” deyib. Filmdə Cəbiş müəllim sürəti ona görə real alınıb ki, o özünü oynayırdı. Həyatda da həmin xarakterdə idi. Necə ki, kinoda Şəfiqə xanımdan çəkinirdi, evdə də anamdan çəkinər, ona böyük hörmət edərdi. Anam zəhmli, sərt qadın idi. Evdə də onun sözü keçirdi, bu da yəqin ki, atamın anama qarşı olan sevgisindən qaynaqlanırdı. Atam anamı böyük məhəbbətlə sevib və son günə qədər də ona bağlı və sadiq olub. Hətta atam anamı itirəndə ona dedi ki, Leyla, gözlərini aç, məni hara qoyub gedirsən? Bu çox dəhşətli bir mənzərə idi. Anamdan sonra atam elə hey ağlayırdı. Baxmayaraq ki, teatrda rolları var idi, təsəlli yeri var idi, amma sakitcə oturub fikrə gedərdi. Anamın şəkili ilə söhbət edirdi, şəkilini böyütdürüb başının üstündən asmışdı. O vaxt belə sevgilər olub, insanlar bir-birinə qəlbən bağlı idi” deyə aktyorun qızı bildirib.
Sevil Ələsgərova deyir ki, atası anasına görə “Bizim Cəbiş müəllim” filmində bir neçə səhnəni rejissordan dəyişdirməyi xahiş edib. “Atam bu obraza özündən əlavə ştrixlər əlavə etmişdi. Filmdə belə bir səhnə var ki, Cəbiş üzünü qırxarkən arvadı yataqdan durub onu arxadan qucaqlayır və pul qazanmağın yolları haqda söhbət açır. Ssenari üzrə bu səhnə başqa cür çəkilməli idi, yəni ər və arvad yataqdan uzanmış şəkildə söhbət etməli idilər. Anam da atamı çox sevirdi və onun belə səhnədə çəkilməsi evdə heç də xoş qarşılanmazdı. Atam rejissor Həsən Seyidbəyliyə xatırladıb ki, əvvəla Cəbiş müəllimdir. Onun arvadı ilə bir yataqda göstərilməsi düzgün olmazdı. Bu sözdən sonra Həsən Seyidbəyli atamı qucaqlayıb öpüb və “bu mənim heç ağlıma da gəlməmişdi” deyib. Daha sonra bu səhnə atamın dediyi kimi çəkilib” deyə aktyorun qızı əlavə edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18 |
|
|
|
| • Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16 |
|
|
|
| • “İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01 |
|
|
|
| • İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58 |
|
|
|
| • “Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48 |
|
|
|
| • Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39 |
|
|
|
| • Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28 |
|
|
|
| • Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25 |
|
|
|
| • “Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23 |
|
|
|
| • Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22 |
|
|
|
| • Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20 |
|
|
|
| • “Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17 |
|
|
|
| • Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15 |
|
|
|
| • Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11 |
|
|
|
| • Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04 |
|
|
|
| • Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26 |
|
|
|
| • Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19 |
|
|
|
| • Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16 |
|
|
|
| • İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07 |
|
|
|
| • Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04 |
|
|
|
| • Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01 |
|
|
|
| • Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05 |
|
|
|
| • BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02 |
|
|
|
| • Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59 |
|
|
|
| • İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51 |
|
|
|
| • “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48 |
|
|
|
| • "SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22 |
|
|
|
| • Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20 |
|
|
|
| • Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08 |
|
|
|
| • 172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01 |
|
|
|
| • “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55 |
|
|
|
| • “Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51 |
|
|
|
| • Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43 |
|
|
|
| • “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41 |
|
|
|
| • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16 |
|
|
|
| • Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08 |
|
|
|
| • Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03 |
|
|
|
| • Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59 |
|
|
|
| • Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49 |
|
|
|
| • Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45 |
|
|
|
| • Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
| • Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
| • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09 |
|
|
|
| • “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56 |
|
|
|
| • İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51 |
|
|
|
|