Moderator.az-a daxil olan məlumata görə ATV telekanalında yayımlanan “Buğlama” verilişi və yaradıcı heyəti kanalla yollarını ayırıb.
Xəbərin doğru olduğunu öyrənmək üçün layihə rəhbəri, tanınmış aktyor İlkin Həsəni ilə əlaqə saxladıq. O saytımıza xəbərin doğru olduğunu təsdiqləyib.
“Bəli, xəbər doğrudur, ATV kanalı ilə yollarımızı ayırmışıq. Hələ ki, tək bunu deyə bilərəm. Təkliflər var, artıq dəyərləndiririk. Digər məsələlər haqqında tezliklə məlumat verəcəyəm” deyə o bildirib.
İlkin Həsəni açıqlamasa da etibarlı mənbədən saytımıza daxil olan məlumata görə “Buğlama” verilişi bundan sonra Speys TV-də yayımlanacaq. Veriliş yeni formatda və yeni obrazlarla tamaşaçıların qarşısına çıxacaq. Qeyd edək ki, “Buğlama” komediya verilişində baş rollarda Nicat Rəhimov və İlkin Misgərli çıxış edir.