“Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                 

"Mənə mane olanlar çox olub"
Tarix: 30-08-2021, 08:43 | Çap et
"Mənə mane olanlar çox olub"
Əməkdar artist Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb.

- Hicran xanım, siz daha çox teatr və televiziya tamaşalarındakı obrazlarınızla tanınırsınız. O dövrdə istehsal olunan filmlərdə nədənsə sizi heç görmürük. Elə bir rol olubmu ki, sizi sınayıblar amma çəkməyiblər?

- 1970-1980-ci illərdə kinostudiyanın ən yaxşı vaxtları idi. Çox yaxşı təkliflər alırdıq filmlərə. Bəzən olub ki, hətta məni təbrik ediblər ki, filmə təsdiq olunmusan, amma sonradan çəkməyiblər. Kiçik rollarım olub ki, çəkilmişəm, çox da təriflənmişəm. Cəfər Cabbarlı haqda bir film çəkilirdi, onun əsərlərinin qəhrəmanlarından hər kəs bir obrazı oynayırdı. Mən də oynamışdım və çox bəyənilmişdim. Əynimdəki kostyum rejissoru qane etmədiyinə görə filmdən məni kəsib çıxarmışdılar. Buna oxşar hadisələr çox olub. Mənə mane olanlar da çox olub. Hətta bir dəfə mənə dedilər ki, “Özbəkfilmdən” gəlib, mənim şəklimi görüb deyiblər ki, bu aktrisa bizə lazımdır. Qəsdən nömrəmi verməyiblər. Halbuki kinoaktyor şöbəsində bizim bütün ev, iş nömrələrimiz də, hətta ünvanlarımız da olur. Türkiyədən də iki dəfə təklif almışam, bəzi hadisələrə görə gedə bilməmişəm.

- Səhv etmirəmsə, bir filmin də sınaq çəkilişində atdan yıxılıb, belinizi sındırmısınız.

- Atdan filmdə yox, filmə hazırlıq mərhələsində yıxıldım. Bununla belə sonra filmə də çəkmədilər məni, başqa aktrisanı çəkdilər. O da ümumiyyətlə at minə bilmirdi, atdan qorxurdu. Mən isə atı yaxşı çapırdım. Həmin filmə çəkilməməyimin səbəbi atdan yıxılmağım olmayıb.

- Ümumiyyətlə, sizə bu haqsızlıqları edən insanlarla sonradan münasibətləriniz necə oldu?

- İş ondadır ki, həmin rejissorların heç birinin üzünə vurmadım. Amma mənimlə rastlaşan kimi özləri sözə başlayırdılar. Biri dedi ki, səninlə daha yaxşı alınardı, amma səhv etdim, səhvimi də indi başa düşürəm. Digəri də deyirdi ki, gec-tez mən səni çəkəcəyəm. Bu sözü deyən rejissor isə artıq rəhmətə gedib. Hətta bir rejissor mənə demişdi ki, sən baş qəhrəmanı oynayan aktrisadan da gözəl düşmüşdün deyə səni çəkə bilməzdim. Bu sözü rejissor mənə deyəndə gülümsəyib dedim ki, baş qəhrəmanı ordan-burdan niyə axtarırdınız?! Elə məni çəkərdiniz də.

- O vaxt yəni baş qəhrəmandan gözəl görünən aktrisaları filmdə digər obrazlara çəkmirdilər?

- Yəqin ki, diqqəti özümə çəkirdim. Bəzən elə teatrda da görürsən ki, kiçik rol ilə səhnəyə çıxıb görünməyim çoxlarına pis təsir edir. Demirəm ki, “mən gözələm”! Bu sözü heç vaxt mən demirəm. Yəqin ki, oyun tərzimlə diqqəti cəlb edirəm özümə.

- Yıxılmağınızın fəsadlarını yaşayırsınız?

- Atdan yıxılmağım 80-ci illərdə olub. O vaxtı bir ay xəstəxanada bel fəqərəmdə sınıq olduğuna görə yatdım. Həkimlər deyirdilər ki, sınıq elə yerdədir ki, gibs qoya bilmirik. Bir neçə həkim də dedi ki, yaşlanandan sonra bu özünü hələ göstərəcək. Bu saat mənim belimdə bu ağrı hələ də var.

- Bəzi hallarda bu sizə peşmanlıq yaradır?

- Bəzən həddindən artıq haqsızlıqlarla rastlaşanda onda peşmanlıq yaranır məndə, amma sonradan keçir. Haqsızlıqlar hər zaman var. Bu bizim öz seçdiyimiz taleyimizdir. Bəlkə bizi elə yaşadan da öz sənətimizdir.

- Həqiqətən də Hicran xanım, əvəzsiz sənətkarsınız. Dəfələrlə özüm şahidi olmuşam ki, 2 saat tamaşanı izləyib yorulmuşam, bitməsinə 15 dəqiqə qalmış epizodla səhnəyə çıxmısınız, hamı ayaqüstə alqışlayıb sizi. Demək ki, hər zaman baş qəhrəman oynamaqla deyil.

- Mən hər zaman bu sözü deyirəm. Bəzən deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Bu sözü deyən aktyorlarımızın heç biri nədənsə kiçik rol oynamaq istəmir. Aktyorun böyüyü-kiçiyi var. Böyük rol tamaşa, film boyu istər-istəməz göz qabağında olur və ətrafı oynayır. Amma hünərin var 5-8 dəqiqə içərisində kiçik rolu elə oynayasan ki, yadda qalasan.

- Bunu da hər insan bacarmır axı.

- Elə bacarmayanlardır da adamın yolunu kəsənlər, əl-ayağına dolaşanlar.

- Bir də fikir vermişəm müasir dövrdə böyük rol oynayan sənətkarlar roldan daha çox bər-bəzəyə, geyimlərə üstünlük verirlər.

- Geyimlə istəyirlər özlərini yadda saxlasınlar, amma geyimlə deyil. Bir paltarla da bütöv tamaşanı oynamaq olub, yadda qalıb, alqışlana bilərsən. “Boy çiçəyi” tamaşasında 3-4 yerdə alqışlanıram, cəmi bir kuplet mahnı oxuyuram, özü də səs də yazdırmamışam, canlı şəkildə.

- Hicran xanım, Yuğ teatrının yaradıcılarından, ilk aktrisalarından biri də siz olmusunuz. Amma heç bir dəfə də adınız o teatrda, yaxud o teatrın sənətçiləri sırasında çəkilməyib.

- Çünki orada işləyənlər axı bizimlə çalışmayıblar. Biz “Yuğ” adını alana qədər canımızı qoyub çıxdıq. Allah Vaqif İbrahimoğluna rəhmət etsin! Bizim elə vaxtlarımız olub ki, oradan heç maaş da almamışıq, amma biz çalışıb-vuruşub teatrı yaratmışıq.

- Hətta tamaşa qabağı Fəxrəddin Manafovla bir tryuk zamanı yıxılmısız da.

- Tərəf müqabilim daim Fəxrəddin Manafov idi. “Heydərbabaya saРґam” tamaşasında o Dəli Domrulu oynayırdı, mən də Burla xatunu. Orada mənim salto hərəkətim var idi. Tamaşa qabağı məqşq edirdik. Fəxrəddin geyinirdi, bizim bir əməkdaşımız var idi, dedi ki, neçə il idmanla məşğul olmuşam, sən özünü at, mən səni tutaram. Mən atılanda o məni tutmadı, yıxıldım beynim tərpəndi. Bu hadisə də tamaşadan 5-10 dəqiqə öncə baş verdi. Amma beynim tərpənsə də həmin günü tamaşanı oynadım. Çünki həmin tamaşaya o vaxtı Mərkəzi Komitədən gəlib baxmalı idilər. Ona görə mən canımı fəda etdim. Uzun müddət çox baş ağrılar çəkdim. Yadıma gəlir ki, həmin gecə mən evə güc-bəla ilə gedib çıxmışdım.

- Hicran xanım, hazırda teatr qapalıdır. Bəzi sənətçilər gileylənirlər ki, teatrlar qapalıdır, sənətsiz qalmışıq. Siz necə düşünürsünüz?

- Hərə özünə cavabdehdir! Əlbəttə ki, teatrsız çətindir, amma tələb olunan aktyor-aktrisa istəyir teatrda, istəyirsə televiziyada dəvət alıb işləyəcək.

- Yaxşıya yaxşı deyə bilirik?

- Sizcə?

- Məncə yox!

- Mən həmişə dilimin bəlasına düşmüşəm. Mənim düşmənim belə olsa, o yaxşı oynayırsa hər yerdə tərəfini tutub, deyəcəm ki, yaxşı oynayır, lap gedib təbrik də edəcəyəm. Amma pis pisdir də. Əvvəllər dözüb otururdum, amma indi durub çıxıb gedirəm. Vaxtımı sərf etmək istəmirəm.

- Hicran xanım, çox incik danışırsınız. Bu inciklik həmkarlarınızdandır yoxsa hələ də əziyyət çəkib, haqq etdiyiniz dəyəri görməməyinizə görədir?

- Hər ikisinə görə. Bu suala cavab vermək istəmirəm, hər şey vaxtında gözəldir. Canımı sənətə fəda etdim, elə indi də canımla əlləşirəm.

- Ulu öndər Heydər Əliyevin də çox sevdiyi, dəstəklədiyi sənətkar olmusunuz.

- Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O sənətə, sənətkara böyük qiymət verirdi. Ulu öndərimizin sayəsində mən ağır xəstəliyə qalib gəlib, həyatda qaldım. Ulu öndər iki tamaşama baxmışdı və hər iki tamaşasa da ilk alqışlanan mən olmuşdum. Heç vaxt bunları danışmırdım ki, həmkarlarım inciyər. Artıq deyirəm, hamı çıxır yalan-doğru özünü tərifləyir. Qoy mən də olanı deyim.

- Sizcə vaxtında nəyi düzgün etmədiniz?

- Haqqımı tələb etmədim. Düşündüm ki, mən işimlə məşğulam, özləri görür, gec-tez haqq yerini tapacaq. Gec olsun, güc olsun. Düşünmədim ki... Bizim rəhmətlik truppa müdiri Qüdrət əmi ömrünü teatra həsr etmişdi. Amma nə baş verdi? İşdən çıxartdılar, əmrini verəndən sonra onu teatra buraxmadılar. Halbuki bu insan teatrla nəfəs alırdı. Bundan sonra o rəhmətə getdi. O məni çağırıb demişdi ki, qızım xəbərin var ki, kassadan gəlib sənin adına bilet alırlar? Nə qədər zənglər vururlar ki, Hicran nə vaxt oynayır, ayın neçəsi?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru