“Tacir Şahmalıoğludan icazə aldıq. Mən oxuyana qədər onun yadına düşmürdü”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı ARB telekanalında yayımlanan "Özəl" proqramında deyib.
"Yarım gözlər məni" mahnısından danışan ifaçı Tacir Şahmalıoğluna söz atıb:
"Mövsümlə mahnı oxuyan deyiləm. Könlümdən nə keçirsə, onu ifa edirəm. Baxmıram küçədə yağışdır, yoxsa gün çıxıb. Belə müğənnilərimiz var. Hacı Nazimin yanına getdim, mahnı istədim. Bu bəstəni seçdim, dedi, səndən əvvəl Tacir Şahmalıoğlu oxuyub. Dedim, nə fərqi var ki. Özündən icazə aldıq. Mən oxuyana qədər bu mahnı Tacir Şahmalıoğlunun yadına düşmürdü. Mən oxuyandan sonra o da ifa etdi".
Həmin görüntüləri 30-cu dəqiqədən etibarən izləyə bilərsiniz: