"Torpağımın bir qramını belə heç bir yerə dəyişmərəm"
Tarix: 24-08-2021, 10:26 |
Çap et
Uzun müddətdir ABŞ-da olan Xalq artisti Məleykə Əsədovanın Azərbaycandan köçdüyü xəbəri yayılıb. Aktrisanın evini satışa qoymasının səbəbinin də bu olduğu vurğulanıb.
Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən aktrisa səfərinin məqsədinin dincəlmək olduğunu deyib:
"Torpağımın bir qramını belə heç bir yerə dəyişmərəm. Ölkəmə bağlıyam. Qızımla istirahətə gəlmişik. Nəinki Amerikaya, heç bir yerə köçmərəm. Ölənə qədər Azərbaycanda yaşayacam. Yaxın günlərdə Bakıya qayıdacam, çox darıxıram. Burda da ancaq ölkəmdən danışıram".
Qeyd edək ki, M.Əsədova bir müddət əvvəl evini satışa çıxardığını açıqlamışdı.