"Bir il ərzində evə qapanmaq bizim kimi yaradıcı insanlar üçün çox çətin idi"
Tarix: 7-08-2021, 10:15 |
Çap et
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı başa çatıb.
Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov festival barədə təssüratlarını Sputnik Azərbaycan-a bölüşüb.
Xalq artisti bildirib ki, festivalda bir neçə dəfə iştirak edib: “Budəfəki festivalda açıq havada yetirmələrimlə birlikdə “Zəfər” adlı muğam kompazisiyası ilə çıxış etdik. Konsert çox möhtəşəm keçdi. Festivalın özəlliyi budur ki, hər il keçirilir və insanları bir araya gətirir. Bizim Vətən müharibəsindəki qalibiyyətimizdən sonra belə bir festival keçirildiyinə görə repertuarımızı, sözləri və bir çox şeyləri Qarabağa aid etmişdik. Festival üçün çox darıxmışdıq. Bir il ərzində evə qapanmaq bizim kimi yaradıcı insanlar üçün çox çətin idi”.