Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev ölkəmizin 2-ci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə münasibətilə “Zirvə” əsərini yazıb. Müstəqil Azərbaycanın ilk hərbi marşının müəllifi olan bəstəkar bildirib ki, sözləri Aydan Xəndana aid olan yeni əsər artıq Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasına təqdim olunub.
Publika.az bəstəkarla videomüsahibədən maraqlı məqamları təqdim edir:
Gülən, təbəssümlü gəzən insanların sayı Bakıda çoxalır, xüsusilə gənclər sevinclidirlər.
Qalib xalqıq və bunun sevincini hər kəs yaşayır.
Müharibədə bu və ya digər şəkildə iştirak etmək istədim.
Yaradıcılıq baxımdan ən məhsuldar illərimi Kiprdə yaşadım.
“Zirvə” əsərini Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinə təhvil verdim. Bu əsəri ifa edə biləcək simfonik orkestr və xor yalnız bu iki kollektivdə var.
Şəhidlər xalqın hafizəsində yaşamalı və nəsildən-nəslə ötürülməlidir.
Qadağalar və onların aradan qaldırılması qeyri-rəsmi şəkildə olur.
Azərbaycan musiqisinin vəziyyəti bundan yaxşı olmağa layiq idi.
Oradakı tələbələr universitetə öyrənmək üçün gəlir, buradakı tələbələrin çoxu isə hansı yolla olur-olsun diplom almağa gəlir.
Üzeyir bəyin “Arşın mal alan”ı əsərini orada kafelərdə eşidirəm.
Kanallar müğənnilərə deyirdilər ki, Cavanşir Quliyevin mahnılarını gətirməyin.
“Tənha qadın” mahnısını Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirən şəhid xanımlarına həsr etmişdim.
Tənhalıq insan üçün müsbət hal deyil.
Xəbər uçub getdi və hər kəs zəng edib soruşmağa başladı ki, nə zaman ölürsən?