ANS-in sabiq prezidenti Vahid Mustafayevə yeni vəzifə verildi
Tarix: 9-07-2021, 15:08 |
Çap et
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti geniş iclası keçirilib.
Manset.az-ın əldə etdiyi məlumata görə iclasın gündəliyində cari məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.
İttifaqın İdarə heyətinin iclasında qarşıda duran planlar barədə, Milli Kino Günü ilə bağlı, “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin nəticələri barədə , Milli Kino Mükafatının müəyyən olunması, Fəxri adların təqdimatı, İttifaqa üzvlüyə qəbulla bağlı və cari məslələr müzakirə olunub.
İttifaqın İdarə heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul ediliblər.
Bundan əlavə İttifaqın İdarə heyətinin yekdil qərarı ilə prodüser, rejissor, ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü qəbul edilib.