Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                     Tramp Moskva və Pekini bombalamaqla hədələyib .....                     Nazirliyin 5 milyonluq tenderi ləğv edildi .....                     “Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR... .....                     "Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir .....                     ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... .....                     Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır .....                     Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... .....                     Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? .....                     Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı .....                     Azərbaycanda krediti 5 faizlə də vermək olar: .....                     Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı .....                     Bakını anti-ABŞ blokuna qoşmaq riski .....                     Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi .....                     Erməni keşişi Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək istəyənləri lənətlədi .....                     Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək .....                     Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü .....                     Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir .....                     Rusiya-Ermənistan universiteti yaradılır: Moskva universitet, İrəvan fond deyir... .....                     TƏBİB rəhbərliyinin buradan xəbəri yoxdur... .....                     Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? .....                     Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi .....                     Bir fotoda ilişib qalan YENİ TARİX... .....                     Putin özünü ifşa etdi: Tramp siyasətini dəyişdirir .....                     Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu .....                     “Qapalı Mədəniyyət Evi, açıq bazar... .....                     Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? .....                     Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz .....                     Kreml Bakını İrəvandan “vuracaq?” .....                     "Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." .....                     'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT .....                     Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? .....                     Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram .....                     "Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" .....                     Aşıq Əhliman danışa bilmir .....                     ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir .....                 

"Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam"
Tarix: 8-07-2021, 08:58 | Çap et
"Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam"
Xalq artisti, sevilən xanəndə Simarə İmanova Moderator.az-ın suallarını cavablandırıb.

- Simarə xanım, hal-hazırda nə kimi yeniliklər üzərində çalışırsınız?

- Koronovirusla bağlı ölkəmizdə yaranmış durğunluq digər sahələr kimi bizim sahəmizə də mənfi təsirini göstərdi. Xarici səfərlərimiz, planlaşdırdığımız konsertlər və el şənlikləri təxirə düşdü. Bu da bizim bir növ ziyanımıza işlədi. Təbii ki, hər şeydən öncə insanın canının sağlığı, ailəsinin yanında olmasıdır. Yalandan deyə bilmərəm ki, pandemiyada nə qədər mahnı yazdırdım. Çünki qadağalar nisbətən yeni yumşaldılıb. Bu gün çalışırıq ki, əvvəlki vaxtımıza qayıdaq, həyatımızda hər şeyi yenidən quraq. İnanıram ki, hər şey yaxşı olacaq. Səmimi deyim ki, bu gün istəyirəm gözəl konsertlər verim. Amma konsert üçün də maddi durumun yaxşı olmalıdır. Bir adam ola deyə ki, ay Simarə xanım, bütün maddiyatı mən qarşılayıram, sən gəl sadəcə oxu. Sənət insanı hər zaman gözəl konsertlər fikirləşir, çox təəssüf ki, bütün bunların hamısı maddiyatla bağlıdır.

- Çox nadir hallarda sizi müsahibə verən və efirlərə çıxan görürük. Maraqlıdır, dəvətlər gəlir özünüz çıxmırsız yoxsa əksinə?

- İnanın, bütün telekanallardan mənə dəvətlər gəlir. Hamısı sağ olsun! Ətrafımdakı insanlar mənə deyir ki, niyə efirlərə getmirsən? Mən o verilişə gedirəmsə bilməliyəm ki, səhnəni kimlərlə paylaşacağam.

- Deməli seçim edirsiz?

- Bəli, əlbəttə ki! Bir neçə dəfə soruşmuşam ki, qonaqlar kim olacaq və öncədən bilib, qonaqlara görə getmişəm. Gedib görmüşəm ki, həmin insanlardan əsər-əlamət yoxdur! Deyiblər ki, Simarə xanım o qonaqlar gəlmədi. Mən də demişəm ki, gözləyin 5 dəqiqəyə gəlirəm, çıxıb getmişəm. Sənət adamı hansısa bir verilişə, tədbirə gedəndə orada özünü hiss etməlidir, görməlidir. Bilirsiz ki, ulu öndər Heydər Əliyev mənə 19 yaşımda “Əməkdar artist” fəxri adını verib. Azərbaycanın tarixində belə bir hal yaşanmayıb. Bu boyda ad-san, hörmət qazanmışam, onu yerə vura bilmərəm. Mənim üçün efirdə görünmək əsas deyil, səviyyə, sanbal, sənət daha önəmlidir. Mən sənətə dünən sms-lə gəlməmişəm ki. İnsan gərək yerini bilsin. Bəzən görürəm ki, sanballı bir sənətkar özünə uyğun olmayan sənətçi ilə efirə çıxır. Verilişi izləyirəm və böyük təəssüf hissi ilə öz-özümə deyirəm ki, lazımdı sənə onunla efirə çıxmaq?

- Səhnəmizin ən gənc Leylisi olmusuz. Səhv etmirəmsə elə 19 yaşında.

- Bəli, Opera və Balet teatrında ən gənc Leyli mən olmuşam, 19 yaşında. Mən bu obrazı ulu öndərimizin tapşırığı və göstərişi ilə oynamışam. Mənə birinci bunu deyəndə çox həyəcanlandım, qorxu bürüdü məni, fikirləşdim ki, görəsən bu rolun öhdəsindən gələcəyəm? Çünki böyük bir məsuliyyət idi, həm oxumaq tələb olunur, həm aktyor oyunu, üstəgəl də əruz vəznindəki sözləri yadda saxlamaq asan deyildi. Leyli elə bu yaşda olmalıdır. İki dəfə oynadım bu tamaşanı. İkinci tamaşa birinciyə nisbətən daha möhtəşəm oldu. 1997-ci ildə yenə də ulu öndərin göstərişi ilə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında, 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan “Qran-Pri”yə layiq görülmüşəm. O musiqiçilərin hər biri öz ölkələrinin ən məşhur sənətkarları, xalq artistləri idi. Mən isə Asəf Zeynallı adına musiqi məktəbinin 2-ci kurs tələbəsi idim. Orada “Şahnaz” muğamını oxudum, hamı, münsiflər başda olmaqla ayaqüstə alqışladı.

- Məcnun obrazını sizinlə kim ifa edirdi?

- Məcnun obrazını Xalq artistimiz, əziz qardaşım Mənsum İbrahimov oynayırdı. Mənə səhnə arxasında böyük dayaq oldu. Çünki o bir neçə dəfə bu obrazı oynamışdı, deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Çox gözəl tərəf müqabili idi.

- Əslində düz qeyd edirsiz, 19 yaşındakı Leyli səhnədən daha gözəl görünür. Amma bəzi hallarda 50 yaşlı xalq artistinin də Leyli obrazını oynadığını görürük.

- Hər bir xanım xanəndənin arzusudur ki, Leyli obrazını heç olmasa bir dəfə oynasın, həmçinin də bəylər də istəyər ki, Məcnun obrazını oynasınlar. Bəli, sizinlə razıyam. Leyli və Məcnun obrazlarını oynayan xanəndələr cavan olmalıdır. Orada görünüş məsələsi var. Tamaşaçı hiss etməlidir ki, səhnədəkilər həqiqətən də cavandırlar. Belə daha təbii olur.

- Opera və Balet teatrında çalışırsınız, yoxsa siz də teatrı tərk etmisiz?

- Xeyr, mən o illərdə teatrda müqavilə ilə işləmişəm.

- Bir müddət əvvəl sevimli xalq artistimiz Nəzakət xanıma Opera və Balet teatrı haqda sual ünvanlayanda incik danışdı. Hiss etdim ki, məcburiyyət qarşısında teatrı tərk edib.

- Nəzakət xanım mənim çox hörmət bəslədiyim sənətkar xanımlarımızdandır. O bu sözü söhbət əsnasında bir dəfə mənə də demişdi. Özünə hörmət edən hər bir sənət adamı ilk addımı özü atmalıdır, hörmətli-hörmətli tərk etməlidir səhnəni.

- Sizdə də belə hal yaşanmışdı?

- Xeyr, mən müqavilə ilə çalışdım. Sonradan isə mənə təklif etdilər ki, gəl teatrda işlə. Bir neçə yaxın sənət dostum var idi ki, mənə deyirdilər ki, sən əsl Leylisən, niyə teatrda çalışmaq istəmirsən? Mən istəyirdim ki, azad olum. Teatrda işləsəydim nə xarici səfərlərə gedə biləcəkdim, nə də ki, başqa bir yerə. Artıq teatrdan asılı vəziyyətə düşəcəkdim.

- Toylara dəvət alırsınızmı?

- Əlbəttə. Sənət adamının ən çox qazancı elə el şənlikləridir.

- Xanəndələrimizin əksəriyyəti el şənliklərinə getmirlər. Deyirlər ki, mən özümə sığışdırmıram ki, gedim toyda kiminsə qabağında oxuyum.

- Təbii ki, fikirlər müxtəlifdir və hamının fikrinə hörmətlə yanaşıram. Tarixə nəzər salsaq bütün korifey sənətkarlarımız toyda püxtələşiblər. İkinci bir məsələ isə budur ki, kimsə toy edir və arzusudur ki, məni öz toyunda, övladının toyunda görsün. Niyə də olmasın? Əgər kiminsə arzusunu yerinə yetirirəmsə nə xoş mənə! Həm də toyda mənə Allah ruzi yetirirsə deyə bilmərəm ki, mən bu ruzini istəmirəm. Təbii ki, toyları da seçirəm, hər efirə getmədiyim kimi, hər toya da getmirəm. Görürəm ki, bu toy həqiqətən də gözəl toydur, niyə də mən orada iştirak etməyim? O qədər olub ki, xarici səfərlərə dəvət ediblər, mən o adamın danışığından tutmuşam ki, düzgün insan deyil. Demişəm ki, istəyirsizsə mən o konsertdə iştirak edim, qonorarımın yarısını öncədən karta yükləyin. Kart nömrəsi atmışam. Deyib ki, Simarə xanım mənim gözüm üstə, iki günə pulu yükləyəcəm. İnanın elə gedib ki, heç səsi sorağı da gəlməyib (gülür). Həmin nömrəyə də bir müddət zəng çatmayıb.

- Toydan söz düşmüşkən. 2020-ci ildə açıqlama vermişdiniz ki, oğlumu evləndirəcəyəm. Pandemiyaya görə toy təxirə düşdü?

- Oğlum da, gəlinim də hal-hazırda tələbədirlər. Hələ ki, evlənmək fikirləri yoxdur. Sadəcə olaraq qızın barmağına üzük taxmışıq ki, gəlin bizimdir. Pandemiya şərtlərinə əməl edərək kiçik bir nişan mərasimi etdik. O ki, qaldı toya. Onu artıq cavanların öhdəsinə buraxmışıq, nə vaxt istəsələr o vaxt da toy edərik. Allah bütün balaları xoşbəxt etsin!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı - DİQQƏT!
Bu gün, 09:11
Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:04
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi - NƏ BAŞ VERİR?
Bu gün, 09:03
Erməni keşişi Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək istəyənləri lənətlədi - KİV
Bu gün, 09:00
Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək -ŞƏRH
Bu gün, 08:59
Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"
Bu gün, 08:57
Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir - İNCƏLƏMƏ
Bu gün, 08:52
Rusiya-Ermənistan universiteti yaradılır: Moskva universitet, İrəvan fond deyir... - NƏ BAŞ VERİR?
Bu gün, 08:41
TƏBİB rəhbərliyinin buradan xəbəri yoxdur... - GİLEY
Bu gün, 08:40
Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? - Görünəni odur ki...
Bu gün, 08:32
Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi - "Görün, ətin içinə bu vicdansızlar nələr qatırlar..."
Bu gün, 08:30
Bir fotoda ilişib qalan YENİ TARİX... - şəkiraltı...
Bu gün, 08:23
Putin özünü ifşa etdi: Tramp siyasətini dəyişdirir - NYT
Bu gün, 07:10
Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu - FAKT BUDUR!
Bu gün, 06:30
“Qapalı Mədəniyyət Evi, açıq bazar... - Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
Bu gün, 06:25
Sülh müqaviləsi hansı şəhərdə İMZALANACAQ? - Brüssel, Doha, yoxsa Riyad?
Bu gün, 06:19
Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz - “Bu necə insanlıqdır?!”
Bu gün, 06:11
Kreml Bakını İrəvandan “vuracaq?” – Paşinyan təhlükədə, 3 hədəf var
Bu gün, 06:04
"Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki..." - Deputatdan AÇIQLAMA
Bu gün, 06:01
'Azəriqaz'da yüksək posta YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:58
Paşinyan Kilsəyə qarşı açdığı savaşdan geri çəkilməyəcək - ÇÜNKİ...
Bu gün, 05:54
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:51
Papaya etimad və ya XIV Leo Rusiya və Ukraynanı necə barışdırmaq istəyir? - AKTUAL
Bu gün, 05:49
Lazım gəlsə, Paşinyanla görüşməyə hazıram - Kilikiya Katalokosu
Bu gün, 05:45
"Bütün hallarda İYİ Partiyanın bu təklifi dəstəklənməlidir" - Bakıdan REAKSİYA
Bu gün, 05:41
Aşıq Əhliman danışa bilmir - AÇIQLAMA
Bu gün, 05:35
ABŞ Ukraynaya dəstəkdən imtina etməyib və bu prosesi davam etdirmək niyyətindədir - Dövlət Departamenti
Bu gün, 05:32
13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!”
Dünən, 18:20
Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... - FOTO
Dünən, 18:15
“O, Heydər Əliyevə demişdi ki, 102-ci baza Azərbaycana yox, Türkiyəyə qarşıdır...”
Dünən, 18:03
Putin yeni nəqliyyat naziri təyin edib
Dünən, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Dünən, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Dünən, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Dünən, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Dünən, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Dünən, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru