Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor .....                     Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir .....                     Baş Prokururluq Elm və Təhsil Nazirliyinin saytında yayılmış saxta qaydaları araşdırmalıdır .....                     Ucardan Bakıya gəldi, "Marani"nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı .....                     Hərbi prokurorun birinci müavini də yola salınır .....                     Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? .....                     “Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir” .....                     Paşinyan Putin və Lukaşenko ilə eyni tədbirdə .....                     Gülnarə Kərimovanın müsadirə edilən 20 milyon dolları ilə bağlı qərar .....                     "Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" .....                     Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb .....                     "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" .....                     Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib .....                     Azərbaycanda "diplom satan" HƏBS OLUNDU .....                     Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib .....                     Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən .....                     “Bunun üçün evini satanlar var” .....                     Qurban Qurbanovun Türkiyədə nə işi var? .....                     Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ .....                     Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı .....                     Gürcüstan narazı qalıb: .....                     Ter-Petrosyan: .....                     Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi .....                     “AzInTelecom”a təyinat olub .....                     Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır .....                     Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi .....                     Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı .....                     Azərbaycandakı konsaltinq şirkəti .....                     Ömürlük həbs də çıxış yolu deyil .....                     Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq .....                     Xəstəxanaya müayinə üçün gedən Xalq artistini .....                     Moskva Köçəryanın adamını niyə aradan götürdü? .....                     AQTA-da bir sıra kadr dəyişikliyi olub .....                     Şahin Şıxlinskinin həbs müddəti uzadılıb .....                     "Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" .....                     Azər Aydəmir Koreyada .....                     Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib .....                     Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi .....                     İlhamə Elşadqızına hökm oxundu .....                 

“Bu ajiotaj mənə çox əziyyət verdi, Fulya isə...”
Tarix: 30-06-2021, 07:52 | Çap et
“Bu ajiotaj mənə çox əziyyət verdi, Fulya isə...”
“Bizim məqsədimiz o idi ki, İkinci Qarabağ müharibəsində Fulya və operatorunun topladığı informasiyanı bir yerə yığaq, vahid formada auditoriyaya təqdim edək”.

Bu fikri AYNA-ya müsahibəsində “Fulya” filminin rejissoru Tahir Tahiroviç səsləndirib: “Düzdür, müharibədə təkcə Fulya olmayıb, başqa jurnalistlər də olub. Amma Fulya xalq tərəfindən sevildi. Bunun da öz səbəbləri var. Qadın olması, hiperaktivliyi, bir az lirikası var, çılğındır. Mən Tərtərdə, Gəncədə, Bərdədə sadə xalqın Fulyaya olan məhəbbətini gördüm. “Hara top, güllə atırdılarsa, Fulya orada idi” və s. kimi fikirlər səsləndirirdilər. Mənim şəxsi rəğbətimə qaldıqda isə buna səbəb Fulyanın özünü burada evindəki kimi hiss etməsi idi. Bildiyimiz kimi digər yerlərdə də müharibələrdə iştirak edib, amma burada özünü azərbaycanlı kimi hiss edirdi”.

Rejissor film ətrafında söz-söhbətlərin Fulyada oyandırdığı hisslərə də toxunub: “Açığı, deyim ki, film ətrafındakı ajiotajdan şəxsən mən əziyyət çəkdim. İnsan xarakteri rəngarəngdir. Baxırsan ki, düşdüyü situasiyadan asılı olaraq fərqli reaksiyalar verə bilir. Elə bilirsiniz ki, Fulya bu söz-söhbətdən əziyyət çəkdi, dilxor oldu? Təbii, bir az narahat olur, amma sonra onda özünəvurğunluq yaranır. Açıq deyim ki, bunu mən də hiss etdim”.

“Təəssüf ki, bu qədər hay-küy yarandı, lazım deyildi. Düşünürəm ki, bir balaca bizim üzərimizə düşən əziyyət artdı. Biz sadə flmi çəkib auditoriyaya təqdim edəcəkdik və bunun qarşılığında alacağımız reaksiyalar bir qədər fərqli olacaqdı. Amma indiki halda vəziyyət bir qədər fərqli olacaq. O hay-küy salanlar, Fulyaya qarşı məhəbbəti olan insanlar, layihəni müdafiə edənlər bizdən fərqli bir iş tələb edəcəklər. Bu işdə də əziyyəti çəkən biz olacağıq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Tahiroviçin sözlərinə görə, filmi çəkməkdə məqsədi kimisə qəhrəmanlaşdırmaq olmayıb: “Türk kinematoqrafları ilə birlikdə çalışırıq və filmin artıq montaj dövrü başlayıb. Yəqin ki, avqust ayına ilkin variantı görə biləcəyik. Mən yenə də deyirəm, filmdə Fulyanı qəhrəman etmirik. Təbii ki, sabah Fulya “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilsə, buna etiraz edən ilk mən özüm olaram, çünki belə deyil. Lakin burada biz sadəcə bir vəfa borcu olaraq film çəkirik və bunda pis bir şey görmürəm”.

“Fulya peşəkar jurnalistdir. Hərbi jurnalistikanı çox gözəl bilir. O bilir ki, harada dayanıb çəkmək lazımdır, hansı vəziyyətdə necə reaksiya vermək gərəkdir və s. O, qaynar nöqtələrdə çox olub, Azərbaycan onun üçün birinci dəfə deyildi, o, burada artıq təcrübəli idi”, - deyə rejissor əlavə edib.

Sənədli filmlərin çəkiliş prossesindən danışan müsahibimiz söyləyib ki, sözügedən filmdə efirə gedən materiallardan çox, getməyən materiallar yer alıb: “Sənədli filmin çəkilişi çətindir. Çünki burada filmin yarısından çoxu xronikadır. Biz burada Fulyanın şəxsi həyatını çəkmirik. Bu portret film deyil. Burada sadəcə olaraq 44 günlük müharibədə Azərbaycanı necə işıqlandırdığını çəkmişik. Orada efirə gedən materiallardan çox, efirə getməyən materiallardır. Onlardan da istifadə etmək çox çətindir. “Görəsən, tamaşaçıya nə maraqlı ola bilər, onları nə kövrəldər, nə fərəhləndirər?” və s. kimi suallarla qarşı-qarşıya qalırsan. Sənədli filmlərin ən çətin mərhələsi montajdır. Hansısa şairdən, yazıçıdan film çəkmək asandır. Amma burada elə deyil, 44 günlük müharibədən, döyüş gedən ərazilərdən kənara çıxa bilmirsən. Bu istiqamətdə də gərək süjet xəttini elə qurasan ki, tamaşaçını yormayasan”.

Rejissor qeyd edib ki, müharibə mövzusu ona çox yaxın olsa da, Qarabağ müharibəsi ilə bağlı bu, ilk işidir: “Müharibə, hərb mövzusu mənə yaxındır. Təvazökarlıqdan uzaq olsa da, hərb mövzusunda ən çox film çəkən rejissorlardanam. İkinci Dünya müharibəsi mövzusunda 12 filmin müəllifiyəm. Müharibə mövzusunda olan 30-dan çox festivalda iştirak etmişəm. Qalib olduğum 22 festivalın 90%-i hərb mövzusundadır. Yəni hərb mövzusu mənə çox yaxındır, amma ilk dəfədir ki, Qarabağ mövzusunda film işləyirəm. Torpaqlarımız işğalda idi və bu halda Qarabağ mövzusunda işləmək marağımda deyildi. İndi artıq vəziyyət ayrıdır”.

“Ramil Ələkbərovla yazmış olduğumuz bədii film ssenarisi var idi. Təxminən 10 il bundan qabaq yazmışdıq. İndi bəzi məqamları dəyişmək şərti ilə istəyirik ki, onun üzərində işləyək. Müharibə dönəmində Qarabağda idim. Şuşanın azad olunması xəbərini Xüdafərində aldıq. Müharibənin qızğın vaxtında oralarda olduq. Çəkmək üçün çox material var”, - deyə Tahiroviç bildirib.

Bu mövzuda filmlərin xarici auditoriya üçün nə dərəcədə maraqlı olmasına isə həmsöhbətimizin münasibəti belə olub: “Xarici auditoriyaya insan taleyini, acılarını göstərmək lazımdır. Necə ki, “Şərikli çörək”də müharibənin bir uşağın taleyinə vurduğu yaradan, acıdan bəhs olunur. Uşaq bir çörək qəbzindən ötrü nələr çəkir. Həm də bu, dünya müharibəsi deyil ki, bizim qəhrəmanlarımız onlara maraqlı olsun. Biz insan talelərini göstərməliyik. Evini, atasının qəbrini gedib tapa bilməyən insanların acısını göstərməliyik. Qarabağda dağıdılmış, viran qalmış evləri, yurdları gördükdən sonra qonşu suyu açıb evimə su damdırsa, bu, mənim vecimə olmaz. Oraları görəndən sonra bu məsələlərə baxışım dəyişib. Camaatın yurdu, atasının, anasının qəbri dağıdılıb. Biz bunları çəkməliyik. Adamlar var ki, qapısını bağlayıb açarını daşın altına qoyub gəlib, adam var ki, evin pəncərəsini açıq qoyub ki, ev kiflənməsin, qayıdacaq. 30 il gözləyiblər ki, qayıdacaqlar. Kino budur - bağlanmayan pəncərə, paslanmış açar. Xarici auditoriyaya bu ağrını-acını göstərmək lazımdır, çünki onlara belə maraqlı olar. İndi bizim çəkdiyimiz fili isə yerli audioriya üçün nəzərdə tutulub. Dünya ölkələrinin Fulya kimi qərəmanları çoxdur”.

Filmin nümayişinə qaldıqda isə rejissor söyləyib ki, Türkiyədə nümayiş olunacaq, amma lokal səviyyədə: “Bu mövzular yorucu oldu, təqdimatdan sonra müzakirə olunmasını da istəmirəm”.

Qeyd edək ki, sözügedən film ətrafında son günlər ərzində ictimaiyyət arasında qızğın müzakirə gedir. Sosial şəbəkə istifadəçilərinin bəziləri “niyə öz jurnalistlərimiz dura-dura, Fulya haqda film çəkilir” etirazını səsləndirsə də, əksəriyyət Fulyanın belə bir mükafatı haqq etdiyi düşüncəsindədir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor - TƏYİN OLUNDU
Bu gün, 17:53
Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir - Zelenski
Bu gün, 17:45
Baş Prokururluq Elm və Təhsil Nazirliyinin saytında yayılmış saxta qaydaları araşdırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 17:33
Ucardan Bakıya gəldi, "Marani"nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı - TƏFƏRRÜAT
Bu gün, 17:31
Hərbi prokurorun birinci müavini də yola salınır - ŞƏFAYƏT İMRANOV ÖZÜNƏ YENİ VƏZİFƏ TAPIB
Bu gün, 17:26
Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? – AQC sədrindən aidiyyəti qurumlara çağırış
Bu gün, 17:18
“Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir” – Ekspertdən SƏRT XƏBƏRDARLIQ
Bu gün, 17:07
Paşinyan Putin və Lukaşenko ilə eyni tədbirdə
Bu gün, 17:05
Gülnarə Kərimovanın müsadirə edilən 20 milyon dolları ilə bağlı qərar - KİV
Bu gün, 16:58
"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI
Bu gün, 16:55
Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:51
"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" - GİLEY
Bu gün, 16:47
Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib - HESABAT
Bu gün, 16:43
Azərbaycanda "diplom satan" HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:39
Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib
Bu gün, 16:35
Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən mühəndislik şirkəti bağlanır
Bu gün, 16:20
“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama
Bu gün, 16:09
Qurban Qurbanovun Türkiyədə nə işi var? - Ertem Şener
Bu gün, 16:06
Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ - FOTO
Bu gün, 16:03
Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı - “Dövlətim üçün xəcalət çəkirəm…”
Bu gün, 16:01
Gürcüstan narazı qalıb: - “Azərbaycana başqa cür yanaşırsınız”
Bu gün, 15:14
Ter-Petrosyan: - Nikol bunu bacardı
Bu gün, 15:12
Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi - AÇIQLAMA
Bu gün, 15:09
“AzInTelecom”a təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:06
Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır – “Numbeo”
Bu gün, 15:03
Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 15:01
Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı - SİYAHI
Bu gün, 14:59
Azərbaycandakı konsaltinq şirkəti - LƏĞV OLUNDU
Bu gün, 14:56
Ömürlük həbs də çıxış yolu deyil – Hüquq müdafiəçisi etiraz etdi
Bu gün, 14:52
Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Bu gün, 14:51
Xəstəxanaya müayinə üçün gedən Xalq artistini ürəyindən əməliyyat etdilər
Bu gün, 14:47
Moskva Köçəryanın adamını niyə aradan götürdü? - ŞOK DETALLAR
Bu gün, 14:46
AQTA-da bir sıra kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 14:42
Şahin Şıxlinskinin həbs müddəti uzadılıb - FOTO
Bu gün, 14:40
"Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" - “Music Gallery”dən şikayət
Bu gün, 14:38
Azər Aydəmir Koreyada - “Xərclədiyi məbləğin 40 faizini geri ala bilər”
Bu gün, 14:32
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:27
Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib
Bu gün, 14:24
Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Bu gün, 13:11
İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 13:00
Əgər belədirsə... daha qulaq asmasınlar!
Bu gün, 12:31
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Bu gün, 12:22
AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Bu gün, 12:14
“Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:08
“Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Bu gün, 12:01
Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 11:56
Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Bu gün, 11:53
“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40
"TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36
Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru