"Mən toya gedib gələnə qədər həyat yoldaşım ölüb, dirilir"
Tarix: 29-06-2021, 09:50 |
Çap et
Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşı barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Söz baz” verilişində bu sözləri deyib:
“Mən toya gedib gələnə qədər həyat yoldaşım ölüb, dirilir. Deyir, oxuya bildin? Yəni bu səsdir, bununla zarafat eləmək olmaz. Xanımım sənətimin gücünü bilir. Bir-birimizi toyda bəyənmişik.
Dörd qardaşın bir bacısıdır. İmanlı ailənin qızıdır. Biz nişanlananda yoldaşım İncəsənət Universitetinə qəbul olmuşdu. Məndən soruşdu: "İcazə verirsən təhsilimi davam etdirim?" Dedim ki, "yox". Bir ailədə bir incəsənət nümayəndəsi olar”.