Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor .....                     Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir .....                     Baş Prokururluq Elm və Təhsil Nazirliyinin saytında yayılmış saxta qaydaları araşdırmalıdır .....                     Ucardan Bakıya gəldi, "Marani"nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı .....                     Hərbi prokurorun birinci müavini də yola salınır .....                     Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? .....                     “Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir” .....                     Paşinyan Putin və Lukaşenko ilə eyni tədbirdə .....                     Gülnarə Kərimovanın müsadirə edilən 20 milyon dolları ilə bağlı qərar .....                     "Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" .....                     Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb .....                     "Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" .....                     Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib .....                     Azərbaycanda "diplom satan" HƏBS OLUNDU .....                     Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib .....                     Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən .....                     “Bunun üçün evini satanlar var” .....                     Qurban Qurbanovun Türkiyədə nə işi var? .....                     Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ .....                     Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı .....                     Gürcüstan narazı qalıb: .....                     Ter-Petrosyan: .....                     Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi .....                     “AzInTelecom”a təyinat olub .....                     Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır .....                     Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi .....                     Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı .....                     Azərbaycandakı konsaltinq şirkəti .....                     Ömürlük həbs də çıxış yolu deyil .....                     Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq .....                     Xəstəxanaya müayinə üçün gedən Xalq artistini .....                     Moskva Köçəryanın adamını niyə aradan götürdü? .....                     AQTA-da bir sıra kadr dəyişikliyi olub .....                     Şahin Şıxlinskinin həbs müddəti uzadılıb .....                     "Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" .....                     Azər Aydəmir Koreyada .....                     Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib .....                     Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi .....                     İlhamə Elşadqızına hökm oxundu .....                 

"Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir"
Tarix: 22-06-2021, 08:46 | Çap et
"Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir"
Vətən müharibəsinin və düşmən üzərində qazandığımız böyük Zəfərin üzərindən aylar keçib. Bu müddət ərzində Qarabağ ətrafında, regionumuzda kifayət qədər ciddi proseslərin şahidi olmuşuq. Ölkə daxilində də önəmli ictimai-siyasi olaylar yaşanıb. İl yarımdır öz məngənəsində bizi sıxan, sıralarımızı seyrəldən koronavirus bəlasından da yavaş-yavaş xilas olmağa, “canlanmağa” başlamışıq. Yəni gündəmdə müzakirəyə, daha doğrusu, sağlam yanaşmaya “ehtiyac duyan” xeyli məsələlər var. Baş verən proseslər ətrafında “Şərq”in budəfəki müsahibi tanınmış yazar, şair, publisist Aqşin Yeniseydir. Hadisələrə hər zaman özünəxas baxışı olan şairlə Vətən savaşından sonrakı proseslər, həmçinin, ədəbi mühitin mövcud durumu haqqında geniş söhbət apardıq..

- Aqşin bəy, pandemiya ilə bağlı xeyli yumşalmalar oldu, məhdudiyyətlər aradan qalxdı. Həyatımızda normala dönüş hiss olunurmu? Bəlanı arxada qoyduq deyə bilərikmi?

- Tarixin bütün dövrlərində pandemiyalar uyğun peyvəndin kəşfi ilə başa çatıb. Artıq bu “yarasa supu”nun da peyvəndi əlimizdədir. Xəstə sayında artıb-azalmalar olsa da, Qazan xanın sözü olmasın, “düşməni yenilmiş saymaq olar”. Ailəmizdə həkim olduğu üçün evdə gedən söhbətlərdən belə başa düşürəm ki, dünya əhalisinin 75-80 faizi peyvənd olunandan sonra pandemiya mövzusu gündəmdən düşəcək.

- Qələbədən 8 aylıq zaman ötüb. Müharibə dövründəki ab-hava, əhval-ruhiyyə, günlərlə danışdığımız həmrəylik yoxa çıxıbmı? Müşahidələrinizlə hansı qənaətə gəlmisiniz?

- Qarabağın işğalı bu illər ərizində həllini gözləyən o qədər problemi üst-üstə yığıb ki, insanlar 44 günlük Vətən müharibəsindən “sehrli çubuq” gözləyirlər. Madam ki, Qarabağ işğaldan azad olundu, dərhal təhsildəki, səhiyyədəki, sənətdəki, nə bilim, gilasın qiymətindəki problemlər də həll olunsun. Azərbaycanda sovet sistemi hələ indi-indi çökür. Amma bir məsələ var ki, bu gün Azərbaycanın diqqətini daxili problemlərə çəkmək cəhdlərinin çoxu daxili tələbatdan qaynaqlanmır. Əksinə, daxildəki enerjini daha çox xarici münasibətlərdəki çalxalanmalar hərəkətə gətirir. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycan xarici problemlərini həll etmədən daxildə heç bir inkişafa nail ola bilməz. Daxili mühitin bulanıqlığı xaricdən qidalanır. Ölkəyə çirkab axıdan çaylar qurudulmayınca heç bir daxili problem həllini tapmayacaq. Həmrəyliyə gəlincə, müharibə vaxtı həmrəylik nə qədər önəmlidirsə, sülh şəraitində həmrəylik bir o qədər önəmsizdir. Sülh dövrünün həmrəyliyi monotonluq yaradır, üzgörənlik yaradır. Bu gün Azərbaycan bürokratiyası bir “metal yorğunluğu” içindədir. Bu da bürokratik həmrəyliyin nəticəsidir. Sülh dövrünün həmrəyliyi həqiqətin düşmənidir. Sülh dövrünün həmrəyliyi daha çox ört-basdır xidmətidir. Keçmiş sovet imperiyası həm də bu ideoloji ört-basdır həmrəyliyinin qurbanı oldu. Şumer şəhər dövlətləri nə qədər ki, biri-birləri ilə döyüşürdülər, dünyaya meydan oxuyurdular, elə ki həmrəy oldular, yox oldular. Bu gün bunu hiss edən Avropa mədəniyyəti öz içində ziddiyyətlər axtarır. Bugünkü Türkiyəni güclü edən daxili rəqabət, dartışma mühitidir. Əgər biz vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, fikrin, şüurun həmrəngliyinə deyil, rəngarəngliyinə can atmalıyıq. Rolan Bart Qərb mədəniyyətində forma müxtəlifliyinin yaranmasını burjua şüurunun parçalanması, dağılması ilə izah edir. Burjua şüuru parçalandı, yeni şüur növləri doğuldu, onlar da öz formalarını yaratdılar. Yəni Qərbdə bir “Şüur partlayışı” baş verdi. Böyük və tək şüur minlərlə irili-xırdalı şüura parçalandı. Yəni forma müxtəlifliyi şüur müxtəlifliyinin nəticəsi kimi yarandı. Və bu müxtəlifliyi ayaqda tutmağın yeganə yolu hər bir şüur formasının təmsil olunduğu bir sistem qurmaq idi. Bu da demokratik sistemdir. Qərbin uğurunu, məncə, burada axtarmaq lazımdır. Şərqdə bu şüur partlayışı baş verməyib. Biz eyni şüurun ayrı-ayrı formalarıyıq. Bizi bir-birimizdən bezdirən də bu şüur həmrəyliyi, düşüncə həmrəngliyidir. Hər yer özümüzlə doludur.

- 44 günlük savaş və Zəfər Azərbaycan ədəbiyyatına necə sirayət etdi? Yaşadıqlarımız tam anlamıyla ədəbi sferaya daşına bildimi?

- 44 günlük müharibə Azərbaycanda hərb kultunun dəyərini artırdı. Bu gün bu kultu beşikdəcə boğmaq üçün ordunu, əsgəri, qazini, hətta şəhidi belə gözdən salan xeyli ciddi propaqandalar aparılır. Məqsəd nə yolla olur-olsun Azərbaycanda hərbi aristokratiyanın yaranmasına imkan verməməkdir. Təəssüf ki, savadsızlıq, avamlıq ucbatından əhalinin bir hissəsi də bu çirkin təbliğata kor-koranə xidmət edir. Azərbaycan ədəbiyyatına gəlincə, biz heç vaxt erməni ilə müharibədən böyük ədəbiyyat yaratmayacağıq. Ermənilər uzun illər türk xalqlarının arasında etnik bir xalq kimi yaşayıblar. Tarixin heç bir dönəmində döyüş meydanında türklərin qarşısında tərəf kimi çıxış etməyiblər, hətta lokal qarşıdurmalarda belə erməni alət kimi istifadə olunub. Xristianlar Osmanlını parçalamaq üçün bu xalqdan mina kimi yararlandılar. Sonra ruslar bu “mina”nı aparıb Qafqazda basdırdılar. Sənət isə daha dərin duyğulardan güc alır, istər sevgi olsun, istər nifrət. Erməni Azərbaycan ədəbiyyatını yaradan duyğular üçün düşmən sayılacaq qədər böyük obraz deyil. Ümumiyyətlə, türk ədəbiyyatında erməni yazıq, üzüyola xarakteri ilə məşhurdur, bir də fahişəxana saxlayan qadınları ilə. Maraqlananlar türk tarixçi Murad Belgenin “Ermənilər ədəbiyyatda” kitabını oxuya bilərlər.

- Hesab edirsiz ki, müharibəni, daha doğrusu, ermənilər üzərindəki qələbəni ədəbiyyata gətirmək mütləq deyil? Bəlkə hansısa yazarın qələmindən şedevr “doğulacaq”...

- Müharibədə şəxsən iştirak edən şair və yazıçılarımız var. Məsələn, Emin Piri. Yəqin ki, müharibəni gözləri ilə görənlər bunu nə vaxtsa əsərləşdirəcəklər. Umberto Ekonun bir düşmənə sahib olmanın bir xalq, bir dövlət üçün hansı əhəmiyyəti daşıdığını izah edən bir essesi var. Ekoya görə, hər hansı bir xalq, toplum düşmən sahibi olmaqla öz kimliyini yaradır və qoruyur. Milli kimliklərimizin formalaşmasında həm də düşmənlərimizin rolu var. Düşmən, sadəcə, milli kimliyimizi tanımaq üçün bir ölçü deyil, həm də dəyərlər sistemimizin, milli narrativlərimizin gücünü bilmək, hər hansı bir problemlə üzləşərkən onu aşa bilib-bilməyəcəyimizi öyrənmək üçün önəmlidir. Düşmən bizə öz gücümüzü, milli potensialımızı qiymətləndirməkdən ötrü lazımdır. Eko bu essesində iddia edir ki, hətta düşmənimiz olmasa belə, onu yaratmalıyıq. Düşməni olmayan xalq tarix səhnəsini çox tez tərk edir. Bunu hiss edən amerikalılar “Soyuq müharibə”dən sonra dərhal Bin Ladeni yaratdılar, deyir Eko. Amma mən inanmıram ki, erməni uzun müddət bizə düşmən kimi “lazım olacaq”. Çünki biz bilirik ki, erməni siyasi muzdurdur. Ədəbiyyatımızın ona münasibəti də bir əfəndinin bir muzdura münasibəti kimidir. Bizə daha böyük və ləyaqətli “düşmənlər” lazımdır. Ermənilərin ədəbiyyatımızda bir düşmən görüntüsü isə, fikrimcə, Aqil Abbasın “Dolu” romanından o yana keçməyəcək.

- Qələm əhlinin işğaldan azad edilmiş ərazilərlə bağlı xeyli arzusu, planı var. Ən azından tezliklə Qarabağa ayaq basmağa tələsirlər. Sizin xəyallarınız nədir? Məsələn, Qarabağa köçməyi, yaxud Şuşada şer yazmağı düşünürsüzmü?

- Uzun müddətdir ki, sujetlərdən biri Asiyadan Qarabağa gətirilən, özlərini “Nuhun oğulları” adlandıran (xatırladım ki, ari irqinin tör-töküntüsü olan ermənilər də özlərini Anadolu xalqları kimi Nuh peyğəmbərin nəvələri hesab edirlər) bir köçün əhvalatı olan bir roman yazıram. Səhra ilğımından çıxıb dağ-dumana girən və sözün hər mənasında yolunu azan, bununla da tarixdə itkin düşən bir köç. Qarabağla bağlı yeganə planım bu romanı maraqlı yazıb bitirməkdir. Başqa heç bir arzum yoxdur.

- Sizcə, son dönəmlərdə baş verən mühüm proseslər ədəbi cameədə canlanma yaratdımı?

- Deməzdim. Birincisi, ona görə ki, mədəniyyətimizin digər sahələri kimi ədəbiyyatımız da artıq bitkisəl, vegetativ həyat yaşayır. Yəni nə ölüdür, nə diri. Reanimasiya xəstəsidir. Bəlkə də ölüb, etiraf etməyə qorxuruq. Qarabağın 30 illik işğalı əxlaqımızla yanaşı, mədəniyyətimizə də ağır zərbə vurdu. Əxlaq, mədəniyyət çürüdüsə, hələm-hələm özünə gələ bilməz. İkincisi, hamı kimi ədəbiyyat, sənət adamları da hazırlıqsız yaxalandı bu qələbəyə. Hətta mənə elə gəlir ki, cəmiyyətimiz hələ də bu “ildırımsürətli” qələbənin şokundan tam ayılmayıb. Biz indi “Sonuncu şam yeməyi” əsərini çəkmək ərəfəsində həftələrlə ağ kətanın qarşısında oturub haradan başlayacağını bilməyən Da Vinçiyə bənzəyirik. Hələ prosesin emosional aydınlanma dövründəyik.

- Ötən günlərdə iki gəncin kitab oğurlaması geniş müzakirəyə yol açdı. Cəmiyyət iki hissəyə bölündü. Bir qisim gənclərə kitab oğrusu dedi, digərləri isə onlara heykəl qoyulmasını təklif etdi. Yazar kimi bu hadisəyə münasibətiniz necədir?

- Baş verən kitab oğurluğu hadisəsinə hüquqi müstəvidə baxmaq cəmiyyət olaraq bizlik deyil. Çünki hər min nəfərə oxunan kitab sayına görə heç Allah da bilmir ki, biz dünyada neçənci yerdəyik. Mən bu kitab oğurluğuna mədəni, tarixi perspektivdən baxmağın tərəfdarıyam. Çünki bizdə kitabın taleyi məhz mədəni, tarixi baxımdan qiymətləndirilməmiş məsələlərdəndir. Hüquqi qiymətə qalsa, kitabı oğurlanan Dantenin özü cavan vaxtı dələduzluq maddəsi ilə Florensiyadan sürgün edilmişdi. Bizdə kitaba qarşı, əsasən, iki total münasibət aktualdır. Ya kitabdan qorxuruq, ya da onu fitə basırıq. Yəni biz kitab oğurluğuna, nə bilim, Prometeyin odu oğurlayıb insanlara gətirməsi kimi baxmalıyıq. Yaxud bu işi yəhudilərin sumer kitabələrini özününküləşdirib daha da təkmilləşdirməsi kimi gözdən keçirməliyik. Ya da bəzi avropalılarin İbn Rüşdün sonradan Renessansın, maarifçiliyin, modernizmin əsası olacaq yandırılan kitablarının nüsxələrini əkişdirib saxlaması kimi sevinməliyik. “Kitab oğurluğunu, az qala, muqəddəsləsdirməliyik, populyar mədəniyyətə çevirməliyik” deməkdən özümü güclə saxlayıram. Vatikanın məşhur kitabxanasının, bəlkə də, yarısı “məbəd cəngavərləri”nin Şərqdən, Asiyadan oğurlayıb apardıqları qədim kitablardır. Türkiyə yəhudisi, tarixçi-alim Rıfat Bali Türkiyə kitabxanalarından əkişdirilən, yoxa çıxan nadir kitabların uzun bir siyahısını hazırlayıb özünün “Bir soyğunun, bir talanın hekayəsi” kitabında. Bu siyahıda şah Təhmasibin “Şahnamə”sindən tutmuş imam Əlinin əlyazmasına qədər nə cür desəniz əsərlərin adları var. Yoxa çıxan bu kitabların bir çoxu sonradan Avropa muzeylərində, aksionlarında göründü. Bəzilərimiz özünü elə aparır ki, sanki Azərbaycanda cəmi iki oğru var, onlar da ancaq kitab oğurlayırlar.

- Qarabağ ətrafında cərəyan edən gərgin prosesləri izləyirsizmi? Narahatlıq duyduğunuz məqamlar varmı?

- Ermənilərin Qafqaza köçürülməsi tarixindən bu günə qədər ilk dəfədir ki, proses əksinə baş verib. Yəni biz bizdən alınanı geri almışıq. Bu davranışı bir dövlətçilik strategiyasına çevirmək lazımdır. 2500 il əvvəl Çin generalı Sun Tzu “Müharibə sənəti” kitabında yazırdı ki, qələbə müharibədən öncə qazanılır. Və bunun yolunu öyrədirdi çinlilərə. Bu yol siyasət idi, diplomatiya idi. Qarabağa aparan yolun təkcə döyüş yolu olmadığını ağıllı adamlar, onsuz da, bilirdilər. Biz Qarabağı döyüş meydanında yox, siyasət meydanında uduzmuşduq. Biz döyüş meydanında yox, siyasət meydanında əliyalın idik, yiyəsiz idik, həm də Qacardan üzü bu yana. Cəsarəti ağıldan üstün tuturduq, avam olduğumuz üçün cəsarətin çox vaxt tarixdə yalnız taktiki uğurlar üçün keçərli olduğunu, strateji uğurların ağılla qazanıldığını bilmirdik. Çünki bu müstəmləkə illərində tarixi deyil, cari uğurların peşindəydik. Abırsız adamlardan fərqli olaraq, abırlı adamların gələcəyə ümidi itmişdi. Çünki iki yüz ilə yaxın idi ki, biz bu meydanda qanımızın deyil, ağlımızın azlığından uduzurduq. Prezident öz siyasəti ilə təkcə Qarabağı düşməndən deyil, elə Azərbaycanı da öyrəşdiyimiz o cari azərbaycançılığın “işğalından” azad etdi. Yeganə qorxum azərbaycanlıların yenidən öz cariliklərinə yenilməsidir. Strateji deyil, taktiki uğurların peşinə düşməsidir. Bostan deyil, qarpız davası etməsidir.

- Tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi ilə bağlı da fikirləriniz maraqlıdır. İndiki məqamda qardaş Türkiyə ilə həmrəylik nə qədər mühümdür?

- Adım şair kimi hallansa da, heç vaxt emosionallığın, sentimentallığın tərəfdarı olmamışam. Bu hadisəyə “Turana gedən yolun başlanğıcı” deyib indidən tozanaq qoparmaq istəmirəm. Bu gün bütün sahələrdə Azərbaycanı peşəkarlarla təmin edən ölkə Türkiyədir. Səhiyyə, sənaye, tərcümə ədəbiyyatı, hərbi mütəxəssislər və s. Müasir dünyada peşəkarlar olmadan heç bir sahədə uğur qazanmaq olmaz. Qarabağı 44 günə azad edən də peşəkar ordu idi ki, bu ordu Türkiyənin köməkliyi ilə yaradılıb. Ona görə də bu həmrəylik bütün sahələri əhatə etməlidir. Yalnız bundan sonra daha böyük ideoloji işlərə girişmək olar. Amma Şuşa Bəyannaməsini heç bir halda başımızın altında yastıq kimi hiss etməməliyik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor - TƏYİN OLUNDU
Dünən, 17:53
Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir - Zelenski
Dünən, 17:45
Baş Prokururluq Elm və Təhsil Nazirliyinin saytında yayılmış saxta qaydaları araşdırmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:33
Ucardan Bakıya gəldi, "Marani"nin qapısını sındırdı: Çaxır içdi, restoranda yatdı - TƏFƏRRÜAT
Dünən, 17:31
Hərbi prokurorun birinci müavini də yola salınır - ŞƏFAYƏT İMRANOV ÖZÜNƏ YENİ VƏZİFƏ TAPIB
Dünən, 17:26
Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? – AQC sədrindən aidiyyəti qurumlara çağırış
Dünən, 17:18
“Bahalı qolbaq və qızıl müəllimlərə verilməməlidir” – Ekspertdən SƏRT XƏBƏRDARLIQ
Dünən, 17:07
Paşinyan Putin və Lukaşenko ilə eyni tədbirdə
Dünən, 17:05
Gülnarə Kərimovanın müsadirə edilən 20 milyon dolları ilə bağlı qərar - KİV
Dünən, 16:58
"Nigar Fərhadın şirkəti 5 min manatımı alıb qaytarmadı" - Dələduzluq İDDİASI
Dünən, 16:55
Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 16:51
"Zaur Nəbioğlunun evini təmir etmişik, pulumuzu vermir" - GİLEY
Dünən, 16:47
Bakıda iri işləri layihələndirən şirkətin mənfəəti azalıb, aktivləri kiçilib - HESABAT
Dünən, 16:43
Azərbaycanda "diplom satan" HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:39
Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib
Dünən, 16:35
Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən mühəndislik şirkəti bağlanır
Dünən, 16:20
“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama
Dünən, 16:09
Qurban Qurbanovun Türkiyədə nə işi var? - Ertem Şener
Dünən, 16:06
Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ - FOTO
Dünən, 16:03
Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı - “Dövlətim üçün xəcalət çəkirəm…”
Dünən, 16:01
Gürcüstan narazı qalıb: - “Azərbaycana başqa cür yanaşırsınız”
Dünən, 15:14
Ter-Petrosyan: - Nikol bunu bacardı
Dünən, 15:12
Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi - AÇIQLAMA
Dünən, 15:09
“AzInTelecom”a təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:06
Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır – “Numbeo”
Dünən, 15:03
Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 15:01
Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı - SİYAHI
Dünən, 14:59
Azərbaycandakı konsaltinq şirkəti - LƏĞV OLUNDU
Dünən, 14:56
Ömürlük həbs də çıxış yolu deyil – Hüquq müdafiəçisi etiraz etdi
Dünən, 14:52
Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Dünən, 14:51
Xəstəxanaya müayinə üçün gedən Xalq artistini ürəyindən əməliyyat etdilər
Dünən, 14:47
Moskva Köçəryanın adamını niyə aradan götürdü? - ŞOK DETALLAR
Dünən, 14:46
AQTA-da bir sıra kadr dəyişikliyi olub - ƏMR
Dünən, 14:42
Şahin Şıxlinskinin həbs müddəti uzadılıb - FOTO
Dünən, 14:40
"Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" - “Music Gallery”dən şikayət
Dünən, 14:38
Azər Aydəmir Koreyada - “Xərclədiyi məbləğin 40 faizini geri ala bilər”
Dünən, 14:32
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 14:27
Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib
Dünən, 14:24
Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Dünən, 13:11
İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 13:00
Əgər belədirsə... daha qulaq asmasınlar!
Dünən, 12:31
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Dünən, 12:22
AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Dünən, 12:14
“Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Dünən, 12:08
“Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Dünən, 12:01
Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Dünən, 11:56
Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Dünən, 11:53
“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Dünən, 11:40
"TikTok-dakı qızların günahkarı analarıdır"
Dünən, 11:36
Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru