Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq .....                     Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                 

"Mən günahı o qadında yox, Elgizdə görürəm ki..." - Aparıcı savadsızlıqda suçlandı
Tarix: 8-06-2021, 09:12 | Çap et
"Mən günahı o qadında yox, Elgizdə görürəm ki..."
Bir neçə gün öncə ARB telelanalında yayımlanan "Elgizlə izlə" verilişində özünü şairə kimi təqdim edən Bahar Eminova adlı şəxs illər öncə yazdığı şeirlərinin digər şairlər tərəfindən oğurlandığını iddia edib. Şairə xanımın oğurlandığını iddia etdiyi şeirləri arasında məşhur müğənni Könül Kərimovanın repertuarında yer alan və sevilən "Qurbanın olum" mahnısının sözləri də var.

Məsələ ilə bağlı müğənni, əməkdar artist Könül Kərimova ilə əlaqə saxladıq. Müğənni Moderator.az-a açıqlamasında həmin xanımı tanımadığını bildirib.

"Mən o xanımı tanımıram, nə də ki, o xanım mənə şeir verməyib. Bəstəkar-müğənni Hikmət Aslanov şeiri o vaxt şairə Zenfira Əlişqızının kitabından götürüb bəstələmişdi. Mən hazır mahnını gedib oxumuşam, heç kimdən şeir almamışam. Siz ən yaxşısı onlarla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirin. Bir də ola bilər ki, şairlər bir-birindən xəbərsiz, təsadüfən eyni mövzuya müraciət ediblər. Bir dəfə rəhmətli bəstəkar Tahir Əkbər mənə danışmışdı ki, Fransız şairi ilə bizim şairlərdən biri bir-birindən xəbərsiz eyni mövzuda şeir yazıblar. Nə çox "qurbanın olum" misrası ilə mahnı yazan var. Zenfira xanımı mən özüm kimi tanıyıram və heç vaxt inanmaram ki, kimdənsə şeir oğurlasın. Onun bütün şeirlərinə bəstələnmiş mahnılar dillər əzbəridir" deyə müğənni bildirib.

Mahnının bəstəkarı Hikmət Aslanovun da məsələyə münasibəti fərqli olmadı.

"Bu mahnının sözləri Zenfira Əlişqızınındır. Yadımdadır, mənə balaca bir kitabını vermişdi, həmin kitabın içində bu şeir də var idi. Mahnı o kitabdan yazılıb, bu xanımı isə mən tanımıram" deyə o bildirib.

Şeirin müəllifi, tanınmış şairə Zenfira Əlişqızı həmin verilişi izlədiyini bildirib.

"Həmin verilişin "Yutub" linkini mənə göndərmişdilər, baxmışam da. Verilişi izləyəndən sonra aparıcı Elgiz Əkbərlə əlaqə saxladım. Bilirsiz bu problemlər hamısı nədən irəli gəlir? Bəzi savadsız veriliş aparıcıları kimi gəldi efirə çıxarırlar. Bir televiziyanın senzurası olmalıdır ki, qonaq efirə çıxanda nə danışacaq? Mən o qadında günah görmürəm, günahı Elgizdə görürəm ki, o bilə-bilə ki, həmin mahnının sözləri mənimdir, qadını efirə çıxarıb, danışdırır. O ki, qaldı şeirə. Yadıma gəlmir ki, bu şeiri mən nə vaxt yazmışam. Onu mən Könül xanıma yazmamışam, sadəcə olaraq şeir yazmışam, yazdığım şeirə mahnı bəstələnib, onu da Könül xanım ifa edib. Bu sifarişlə yazılan mahnı deyil. Mənim birinci kitabım səhv etmirəmsə 1998-ci ildə çapdan çıxıb. 1999-cu ildə də mənim yaradıcılıq gecəm olub, həmin mahnı da ondan qabaq yazılıb. O qadın şeirləri vərəqlərdən oxuyur, məndə isə o illərdən artıq kitab halındadır. Orada qadın bir şeir deyir, səhv etmirəmsə ya "Qiyamətə qalmasın"-dır, ya da "Talandı torpağımız" adlanır. Vallah ayıbdır! Həmin şeirin sözləri Bəxtiyar Vahabzadənindir! Fikirləşdim ki, birdən bilmərəm sözlər kimindir, yanlışlıq edərəm, hardasa özümə inanmadım və Xalq artisti Niyaməddin Musayevlə əlaqə saxladım, soruşdum ki, o mahnının sözləri kimindir? Dedi ki, Bəxtiyar Vahabzadənindir! Xanımın oğurlandığını iddia etdiyi şeirlərdən biri Bəxtiyar Vahabzadənin, digəri isə mənimdir. Zenfira Əlişqızının söz oğurlamağa ehtiyacı yoxdur! Mənim sözlərimə 700-dən çox mahnı bəstələnib. Bir dəfə Elgiz Əkbərin ANS telekanalındakı verilişində də buna oxşar hadisə baş vermişdi. Mən belə başa düşürəm ki, Azərbaycanda Zenfira Əlişqızından başqa şairə yoxdur ki, ortalıqda müzakirə etsinlər?! O xanımı öncə həkimə göstərmək lazımdır, daha sonra isə baxmaq lazımdır ki, o şeiri necə və nə vaxt yazıb?! Əslində mən Elgizin verilişində olmalı idim, özünə də dedim ki, xəstəmiz var, gələ bilmirəm. Heç kəsdən çəkinəcəyim və qorxacağım yoxdur! Qadın deyir ki, "Qurbanın olum", o biri xanım aparıcı deyir ki, hə bu mahnı Mətanət İskəndərlinindir.Sənin musiqidən, sözdən başın çıxır, heç sən bilirsənmi hansı şair nəyi yazıb?! Bir aparıcının bazası olar! Bu mahnı 30 ildir oxunur, o qadından soruşmaq lazımdır ki, bu 30 ildə harada idi, qəfildən çıxdı ortalığa?" deyərək Zenfira Əlişqızı bildirib.

Şairə daha sonra həmin şeiri yazdığı kitabın fotosunu da bizə göstərib.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq - "Reuters"
Bu gün, 06:21
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru