"Əgər bir ölkədə aktyor aylıq 600 manata serial çəkilirsə..."
Tarix: 16-12-2017, 09:10 |
Çap et
DİA.AZ: - Rejissor Kənan M.M. yenə gileylənib.
DİA.AZ-ın məlumatına görə, rejissor aktyorlara dərs verməyi də unutmayıb: "Siz nə edirsiniz-edin, nəyə çəkilirsiniz-çəkilin, nə qədər istedadlı, yaraşıqlı olursunuz-olun, heç vaxt qonşu ölkələrin sənətçiləri kimi sevilməyəcəksiniz. Əgər bir ölkədə aktyor aylıq 600 manata serial çəkilirsə, o, böyük insandır. Nə qədər ki, özümüz-özümüzü sevə bilmirik, sahib çıxa bimirik, “raqqa-çıqqa” Alim Qasımovun mahnılarından çox yüklənir, bizim heç nəyimiz olmayacaq. Ya bağrınıza daş basıb bu biganəliklə barışın, ya da ki mənim kimi bu işi unudun. Heç bir əcnəbi sənətçi Azərbaycan tamaşaçısını Azərbaycan sənətçiləri qədər sevə bilməz”.