DİA.AZ: - Xalq artisti Aygün Kazımova əməliyyatdan sonra ilk dəfə kamera qarşısına keçib.
DİA.AZ-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında əməliyyatlarından danışıb:
"Həkim tərəfindən bəzi qadağalarım var ki, onları gözləməliyəm. Bu əməliyyatı etdirməliydim. Bir dəfə çətin əməliyyat keçirdiyimi demişdim. Ondan sonra birini etdirməliydim, etdirmədim. Üç ildən sonra həmin əməliyyatın davamı oldu. Yaydılar ki, guya göz qapağımda nəsə edilib. Olmayıb, amma gələcəkdə olacaq. Əməliyyatımın ikisi yenilikdir, biri isə baş verənin davamı".
A.Kazımoca "Cücələrim" mahnısına çəkdirdiyi klipdən danışıb. O, mahnının 70 illiyinə həsr olunan ekran işində fərqli obrazda kamera qarşısına keçdiyini deyib:
"Yaradıcılığımın ən pozitiv layihəsini gerçəkləşdirirəm. Məktəbdə oxuyanda "Cücələrim" ansamblının baş cücəsi olmuşam. Ciddi hazırlaşmışam bu layihəyə".