Meqastar Tarkan, superstar Pekkan və rəssam Səadəti nə birləşdirir?
Tarix: 8-11-2017, 08:28 |
Çap et
DİA.AZ: - Tanınmış rəssam və dizayner Səadət dayanmadan çalışır.
DİA.AZ-ın məlumatına görə, rəssam və dizayner "Zülmə STOP" layihəsi çərçivəsində küçə heyvanlarına dəstək vermək məqsədi ilə yeni fotosessiyaya imza atıb.
Pozitiv əhval-ruhiyəli şəkillər ərsəyə gətirən Səadət heyvanlara dəstəkdən söhbət açıb: “Son dövrlər qarşıma heyvanlara zülm edən insanların çəkdiyi videolar çıxır. Sizə bir söz deyim. Biz heyvanlara qarşı münasibəti öz övladlarımıza, yaxınlarımıza kiçik yaşlarından öyrətməliyik. Onlar heyvanları sevdikdən sonra böyüyəndə insanları da sevəcək, nəvaziş göstərəcək. Sevgi elə burdan başlayır, mərhəmət belə aşılanır. Zülmü verən insanlara qarşı etiraz etməliyik. Həm də küçə heyvanlarına özümüz də diqqət yetirməliyik. İnanın, insan yaxşılıq edən zaman çox rahat olur, elə bil ki, üzərindəki ağırlıq götürülür. Sözümün canı odu ki, yaxşılıq etməkdən çəkinməyin".
Səadətin şəkillərini fotoqraf Orxan Rəhmanlı lentə alıb.
Qeyd edək ki, Türkiyədə Ajda Pekkan və Tarkan kimi məşhurlar küçə heyvanlarına qarşı olan həssaslığını göstərərək bu kimi layihələrə dəstək vermişdilər.