DİA.AZ: - Tanınmış rəqqasə Renka bu yaxınlarda işarət dili ilə məşğul olan Nuranə Abıyeva ilə birgə yeni layihə təqdim edəcək.
DİA.AZ-a açıqlama verən Renka Nuranə Abıyeva ilə olan işbirliyi barədə bunları deyib: “Mən Nuranə ilə Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli "Xənnas" filmini təqdimatında tanış oldum. Tanışlığımızın nəticəsində birgə layihəyə imza atmağımıza gətirib çıxardı. Biz dostlaşdıqdan sonra fikirləşdik ki, onunla birgə iş maraqlı olacaq. Tezliklə möhtəşəm bir layihə ortaya çıxacaq”.