"Qadın özünə dəyər versin" - Rəssam Səadət
Tarix: 21-10-2017, 09:37 |
Çap et
DİA.AZ: - “Təəssüf ki, dünyada qadın olmaq çox çətindir. Bizim fiziki gücümüz zəifdir, bunu etiraf edirəm, amma iradəmizlə, səbrimizlə çoxlarına nümunə ola bilərik”.
Bu sözləri istedadlı rəssam və dizayner Səadət DİA.AZ-a bildirib.
Gənc rəssam saytımızdan bütün xanımlara müraciət edib:
“Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu gec, ya tez qarşınızdakı insanda da sizə qarşı hörmət oyandıracaq.
Sözümün canı odur ki, qadın olmağınızla fəxr edin, özünüzə dəyər verin, özünüzü sevin, özünüzlə fəxr edin. Bu eqo deyil, özünə hörmətdi”.