DİA.AZ: - Almaniyada yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov Almaniyanın Köln şəhərində “Böyük Şərq musiqisi” adlı geniş konsert proqramı ilə çıxış edib.
DİA.AZ-ın məlumatına görə, Köln şəhərinin “Altes Pfandhaus” zalında baş tutan “Böyük Şərq musiqisi” adlı konsertdə ulduz müğənnimiz yeni və hit mahnılarını səsləndirib. Konsertin ən əyləncəli anları isə Seyranın böyük sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun mahnısı "Gözəlim sənsən" və Türkiyənin meqa starı Tarkanın mahnısı "Şıkım" ifa etdiyi anlarda baş verib.
Seyranın Alman konserti anşlaqla keçib.
Qeyd edək ki, ifaçı Almaniyanın bir sıra şəhərlərində yeni konsert proqramı ilə çıxış etmək üçün dəvət alıb.