"O qədər müğənnini ağladıblar ki..." - Tolik ANS haqda
Tarix: 20-07-2016, 09:59 |
Çap et
“Mənim ANS-lə heç bir şəxsi qərəzliyim yoxdur. Natavan Həbibi ilə davam zamanı orada vəzifədə olan bəziləri demişdi ki, əlimdə sübutum var. Amma sonra yoxa çıxdılar. ANS məndən çox güclü və hörmətli bir kanaldır. Onda niyə şəhidimizin problemini vaxtında efirə çıxartmırdı? Görməməyi mümkün deyil”.
Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb.
O, ANS telekanalı ilə bağlı sərt sözlər yazıb, onu tənqid edənlərə isə belə cavab verib:
“Mən əsgər forması geyindim, ANS on dəfə efirdə dedi ki, Tolik kimilər... Halbuki öz işçiləri arasında məndən yüz, min qat artıq oyundan çıxanlar var. Niyə xəstəxanada kimsəsiz qalan hansısa xəstəni yox, pensilvaniyadakı qoca adamı çəkmək yadlarına düşürdü? Bu mənim mövqeyimdir, kimin xoşuna gəlmirsə, səhifəmdən getsin. Vaxtında o qədər müğənnini ağladıblar ki, Allah göydən görür. Bəzi müğənnilər nəsə deməkdən qorxar, amma mən qorxmuram.
Şükür Allahıma, ölkəmə, dövlətimə sadiq vətəndaşam. Bəzi məşhurlar onları efirə çağırırlar deyə yaltaqlıq etməsinlər. Burdan o kanala deyirəm ki, nə məni, nə də mənim çalışdığım müğənniləri efirə çağırmayın, ehtiyacımız yoxdur”.