"Ailəmi əsassız məlumatlarda hallandırmasınlar"
Tarix: 2-07-2016, 09:03 |
Çap et
Müğənni Nazənin həyat yoldaşı Məhəbbət Həsənovun külli miqdarda borcunun olması barədə mətbuatda dərc olunan xəbərlərə münasibət bildirib.
Axşam.az-a açıqlama verən Nazənin bildirib ki, həyat yoldaşının heç kimə borcu yoxdur:
“Hər gün barəmdə yalan xəbərlər eşidirəm, çoxuna da gülürəm. İndi də yazıblar ki, “Nazəninin ərinin külli miqdarda borcu var”. İlk olaraq onu demək istəyirəm ki, bu xəbər yalandır. Jurnalist dostlarımızdan xahiş edirəm ki, barəmdə xəbəri yazmadan öncə məlumatı məndən dəqiqləşdirsinlər. Mənimlə telefon əlaqəsi yaratmaq elə də çətin deyil. Çünki media işçiləri ilə hər zaman ünsiyyətdə olmuşam. Barəmdə xəbəri yazmadan önc rəyimi öyrənsinlər. Reytinq üçün nələrsə etməsinlər. Güman edirəm ki, bu xəbər məni həzm edə bilməyənlərin mənə qarşı qurduğu qara piarıdır. Bu yalan xəbər sifarişli də ola bilər. Borca gəldikdə isə, həyat yoldaşımın heç kimə borcu yoxdur. Heç kim deyə bilməz ki, Məhəbbət bəyin bizə borcu var. Əksinə bizə borclu olan şəxslər var. Çox xahiş edirəm ki, ailəmi əsassız məlumatlarda hallandırmasınlar”.
Qeyd edək ki, mətbuatda Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun bir neçə şəxsə borclu olması ilə bağlı xəbərlər dərc olunmuşdu. Xəbərdə bildirilirdi ki, M.Həsənovun borclarının sayı ümumilikdə bir milyondur.