O müğənni Aygün və Roya ilə barışdı: - "Üzr istədim"
Tarix: 20-06-2016, 10:29 |
Çap et
Müğənni Elton Hüseynəliyev xeyli müddətdir küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla barışıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Atv maqazin 10-larla” verilişində deyib:
“Çox insan deyə bilər ki, o gün belə danışırdı, amma mən insanam, bunu necə istəyirsiz, elə də qəbul edin. Bir az keçəndən sonra insan oturur və səhvlərini başa düşür. Söz-söhbət olanda ilk addımı kişi atmalıdır. Mən gözləyəsi deyiləm ki, xanım mənə barışıq addımı atsın. Addım atdım ki, mehribanlıq olsun. Aygün xanımla söz-söhbətimiz, qalmaqalımız var idi, ona zəng vurdum, könlünü aldım, barışdıq. Düşündüm ki, küsülü qalmağımız yaxşı deyil. Xətrinə dəymişdim, üzr istədim”.
E.Hüseynəliyev Röya ilə isə toyda barışdığını deyib: “Toyda idik, onu təqdim etdim. Əməkdar artist adını alandan sonra ona hörmətim artıb. Toyda onu gözəl təqdim etdim, o da səhnəyə dəvət edəndən sonra mənə təşəkkür etdi. Bununla da barışıq oldu”.