Müğənni Sevda Yahyayeva yeni işıq üzü görən “Hadi ordan” mahnısından danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bu bəstə üçün külli miqdarda pul xərclədiyini bildirib. O, “ATV maqazin onlarla” verilişində mahnının Amerikada hazırlandığını deyib:
“Bu mahnının klipində aqresiv xanım olacam. Çünki tamaşaçı məni hər obrazda görüb, bircə bu qalıb. Bütün layihələrimə çox pul xərcləyirəm”.
Hər zaman sakit görünən S.Yahyayeva əsəbi halından bəhs edib:
“Hirslənəndə heç kim üzümü görməsin. Gərək hönkürtü ilə ağlayım ki, rahatlanım. Yoxsa başıma hava gələ bilər”.
Müğənni aparıcılara xəbərdarlıq da edib:
“Mən istəmirəm aparıcılar məni sakit Sevda kimi təqdim etsinlər. Xoşuma gəlimir. Elə bilirəm ki, böyüməmişəm, balaca Sevda qalmışam”.