Əsas Səhifə > Şou-biznes > Sevda Yahyayevadan aparıcılara xəbərdarlıq
Sevda Yahyayevadan aparıcılara xəbərdarlıq28-03-2016, 11:22 |
Müğənni Sevda Yahyayeva yeni işıq üzü görən “Hadi ordan” mahnısından danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi bu bəstə üçün külli miqdarda pul xərclədiyini bildirib. O, “ATV maqazin onlarla” verilişində mahnının Amerikada hazırlandığını deyib: “Bu mahnının klipində aqresiv xanım olacam. Çünki tamaşaçı məni hər obrazda görüb, bircə bu qalıb. Bütün layihələrimə çox pul xərcləyirəm”. Hər zaman sakit görünən S.Yahyayeva əsəbi halından bəhs edib: “Hirslənəndə heç kim üzümü görməsin. Gərək hönkürtü ilə ağlayım ki, rahatlanım. Yoxsa başıma hava gələ bilər”. Müğənni aparıcılara xəbərdarlıq da edib: “Mən istəmirəm aparıcılar məni sakit Sevda kimi təqdim etsinlər. Xoşuma gəlimir. Elə bilirəm ki, böyüməmişəm, balaca Sevda qalmışam”. Geri qayıt |