Kürdəmirin icra başçısının böyük xəyanəti... - Təkcə postunu itirməyəcək
Tarix: 5-01-2016, 08:56 |
Çap et
DİA.AZ: - Bu günlərdə adı yerli KİV-lərdə "MTN işi" ilə əlaqədar hallandırılan Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun başı cəncəldədir. Bu barədə DİA.AZ-a xəbər verən mötəbər qaynaq iddia edir ki, başçı barəsində təkzibolunmaz faktlar toplanıb və onun adı böyük xəyanətdə hallandırılır.
Hələlik Ceyhun Cəfərovla bağlı iddiaların hansı mahiyyətdə olduğunu dəqiq öyrənə bilməsək də, əldə etdiyimiz informasiyalardan belə aydın olur ki, yaxın günlərdə həm Kürdəmir RİH başçısı postunda dəyişiklik baş verəcək və həm də Ceyhun Cəfərovla bağlı hüquqi addım atılacaq.
Əlavə vilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...