Mikayıl Cabbarov dərsliklərimizin evini yıxan şəxsi işdən atdı - Cəzanın davamı olacaqmı?
Tarix: 21-10-2015, 08:32 |
Çap et
DİA.AZ: - Redaksiyamıza Təhsil Nazirliyində növbəti kadr islahatının həyata keçirilməsi ilə bağlı informasiya daxil olub. DİA.AZ-a bildirilənə görə, son qərarla təhsil naziri Mikayıl Cabbarov nəhayət ki, dərsliklərimizin bərbad hala salınması məsələsinə tam da olmasa, adekvat olaraq reaksiya verib.
DİA.AZ-ı bilgiləndirən mənbəyə görə, nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı vəzifəsindən kənarlaşdırılıb.
Onu da bildirək ki, Faiq Şahbazlı Azərbaycanda biabırçı dərslik siyasətinin memarı hesab olunur. Məhz onun sayəsində bu gün neçə nəsil zədələnmiş biliklərlə maariflənmək zorunda qalıb. Hər halda nazirin bu qərarının ardından hüquq-mühafizə orqanlarının da Şahbazlı ilə bağlı tədbir görməsi cəmiyyət üçün ən azından təskinlik xarakteri daşıyardı.
Hər kəs bilməlidir ki, nəsillərə zərbə vuran Şahbazlının dərslik siyasətindəki özbaşınalıqları ən ağır cinayətdən belə daha dəhşətlidir. Çünki onun yartımazlığı bütöv nəsilləri iflic duruma salma kimi təhlükəlidir.