“O sevgi mənə ömürlük bəs edib” .....                     AYNA “BOLT”u hədələdi... .....                     "Bu binadan ev alan 100 dəfə düşünsün..." .....                     Rusiya da, Kiyevin müttəfiqləri də yorulub .....                     Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün .....                     `Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... .....                     Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir .....                     Şvabe bizi yeni “qarayanvar”la qorxudur .....                     Britaniyalı nazir Bakıdan çağırış edib .....                     Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: .....                     Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü .....                     Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... .....                     Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB .....                     “Parisin siyasi qozbeli” .....                     Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün .....                     Saxta estetik cərrahlar qalmaqalı səngimir .....                     Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir .....                     İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... .....                     Şəhid ailəsinin torpağı başçının dayısına verilib? .....                     11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür .....                     Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi .....                     Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. .....                     “Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” .....                     "SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... .....                     "Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." .....                     Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... .....                     Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... .....                     Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü .....                     "Mən qumar oyununu təbliğ edəcək adamam" .....                     Hamilə arvadını xəstəxanada qoyub qaçdı .....                     Agentlik sədrinin müşavirinə ağır itki .....                     COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir .....                     Yeni supernazirlik: AZCON-un məqsədi nədir? .....                     Pezeşkianın Bakıya gəlməməsinin səbəbi .....                     Paşinyan nəyi... NECƏ İSTƏYİR? .....                     Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı .....                     İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi .....                     Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA .....                     "Dərslərin başlamasından iki ay keçib, amma...” .....                     “907-ci düzəliş”in birdəfəlik ləğvi gözləntisi .....                 

Tanınmış professor Dillər Universitetindəki qanunsuzluqları İFŞA ETDİ - ŞOK İTTİHAMLAR
Tarix: 29-07-2024, 09:07 | Çap et
Tanınmış professor Dillər Universitetindəki qanunsuzluqları İFŞA ETDİ
"Bu yazı ilə mən həyatımı təhlükə altına qoyuram. Təhlükəni dərk etsəm də, bu addımı cəmiyyətimizi uçuruma aparan qara qüvvələrin qarşısını, azacıq olsa belə, almaq üçün faydalı ola biləcəyimi düşünərək atıram. Cəmiyyətdəki naqislikləri görərək hər birimiz “mən olmadığım yerdə Günəş də çıxmasın” deyə düşünsək, bizi, doğrudan da, həmin o yerlərin çox qaranlıq gələcəyi gözləyir". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:
"Əvvəllər də dəfələrlə yazdığım kimi, bu gün biz bir saxtakar məmurun etdiklərinə göz yumuruqsa, sabah onun böyük sayda yetirmələrinin yavaş-yavaş cəmiyyətimizin böyük hissəsinə qarşı etdiklərinin qarşısını almaq çox çətin olacaqdır. Bu yetirmələr “müəllim”dirsə, saxtakarlığın, əyriliyin, mənəviyyatsızlığın hər birimizin evinə girəcəyi şübhəsizdir.
Bununla bağlı yazdığım yazılara görə məlum qüvvələrin mətbuatda mənim haqqımda çirkin yazılar yazdırmasına, mənə qarşı psixoloji terror aparmasına baxmayaraq, hər cür təhlükəni gözə alaraq, mübarizəmi davam etdirməkdə qərarlıyam. Ona görə də hüquq-mühafizə orqanlarına həyatıma qarşı təhlükə olduğunu bildirirəm.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev bu universitetdə işlədiyi 7 il ərzində hər il böyük sayda saxta diplom vermişdir. Mən bununla bağlı məlumatı ilk dəfə oxucularıma verdikdən sonra o dərhal həmin diplomların saxta olduğunu ört-basdır etmək üçün müvafiq strukturların rəhbərliyində dəyişikliklər edərək, həmin yerlərə öz yaxın adamlarını yerləşdirdi. Çox güman ki, saxta diplomlarla bağlı sənədlərin bir qismi artıq "düzəldilib”, yəni yenidən saxtalaşdırılıb.
Kamal Abdullayevi tanıyanlar onun nə qədər ambisioz, təkəbbürlü olduğunu yaxşı bilirlər. Əlavə olaraq bildirmək istəyirəm ki, Kamal Abdullayevin ən böyük səhvi onun özünü hamıdan ağıllı hesab etməsidir. O, dərk etməyib ki, mən onun verdiyi saxta diplomların izinə düşmüsəmsə və bunu ictimailəşdirmişəmsə, müvafiq səndələrin yenidən saxtalaşdırılması ehtimalını da nəzərə almış və lazımi sənədləri toplamışam. Üstəlik, pandemiya dövründə imtahanlarla bağlı iş elektron poçt vasitəsilə aparıldığından xeyli elektron material da orada vardır.
Siyahıdan əvvəl bəzi məlumatları vermək faydalı olardı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili “Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə müəyyən edilmişdir ki: “3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) tolplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır”.
Bundan başqa, qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Lakin araşdırma göstərdi ki, Azərbaycan Dillər Universitetində tələbələrin kəsirlərinin sayı ilə diplom verilənə qədər olan vaxt həmin kəsirləri ləğv etmək üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini “ləğv edə bilməsi” də absurddur. Bu sayda kəsirin necə ləğv edilməsi məsələsi, yəqin ki, hamıya yaxşı tanışdır: rüşvət müqabilində “topdan” ləğv.
Statistikaya baxaq. Təkcə 2018-2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbə, Filologiya fakültəsində isə 35 tələbə saxta diplom almışdır. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olsa da, onlara diplom verilmişdir. Halbuki praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə (o zaman 1 təhsil fakültəsi var idi) 20 tələbənin pedaqoji praktikadan kəsiri olmuşdur. Lakin onların hamısına saxta diplom verilmişdir.
Saxta diplom verilmiş tələbələrin bəziləri haqqında məlumatı əvvəllər vermişdim. Ümumi siyahıya onlar da daxil edilir.
SİYAHI
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
1. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddət ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmişdir, yəni 11 kəsir saxta yolla ləğv edilmiş və ya, bəlkə də, ümumiyyətlə ləğv edilməmişdir (bu barədə məlumat yoxdur).
2. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu istehsalat praktikası üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.
3. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). O, ADU-ya Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.
Filologiya fakültəsi üzrə:
4. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci A qrupu). Pedaqoji praktikadan 21 kredit kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli prokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona diplom verilmişdir.
5. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə (21 kredit) ona diplom verilmişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:
6. L.R.Ocaqquliyeva – Beynəlxalq münasibətlər ixtisası üzrə məzun (444-cü A qrupu). ADU-ya 2016-cı ildə köçürülmüşdür. 2018-ci ilin yanvarına fərq imtahanları ilə birlikdə onun 29 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 29 kəsir 2 semestr ərzində ləğv edilmişdir. 2 semestr ərzində isə ən yaxşı halda 12 kəsir ləğv edilə bilər. Başqa sözlə, 17 kəsir ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
7. N.N.Hüseynov – Regionşünaslıq (yaponşünaslıq) ixtisası üzrə məzun (457-ci qrup). 2018-ci ilin yanvarına onun 17 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 17 kəsir 2 semestr ərzində ləğv edilmişdir. Bu müddət ərzində yalnız 12 kəsir ləğv edilə bildiyindən onun 5 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
8. T.Ş. Ağayev – (Regionşünaslıq (İsrail və Yaxın Şərq) ixtisası üzrə məzun (454-cü qrup). 2018-ci ilin yanvarına onun 19 kəsiri olmuşdur. Həmin tarixdən ona diplom verilənə qədər olan 3 semestrdən biri bütövlükdə istehsalat praktikasına ayrıldığından 2 semestr ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Lakin 03.07.2019-cu il tarixli, 04 saylı protokola əsaslanan 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona diplom verilmişdir. Beləliklə, onun 7 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
ARDI VAR ..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32
AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25
"Bu binadan ev alan 100 dəfə düşünsün..." - ETİRAZ VAR...
Bu gün, 11:21
Rusiya da, Kiyevin müttəfiqləri də yorulub -ŞƏRH
Bu gün, 11:17
Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Filialı üçün 1.2 milyon manata ofis icarəyə götürdü
Bu gün, 11:13
`Bank Respublika`dan `ayrılmaq` heç də asan deyil... - GİLEY
Bu gün, 11:09
Rusiya ordusunun daha bir kəndi işğal etdiyi bildirilir
Bu gün, 11:01
Şvabe bizi yeni “qarayanvar”la qorxudur - AXI NİYƏ?..
Bu gün, 10:58
Britaniyalı nazir Bakıdan çağırış edib
Bu gün, 10:56
Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: - Yeni "həbsxanalar" YARADILIR
Bu gün, 10:39
Azərbaycanlı müğənninin qardaşı Türkiyədə öldü
Bu gün, 10:32
Zəngəzurda savaş anonsu: Bakı ərazini nəzarətə götürərək... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:31
Şuşa hotellərinin ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB - RƏSMİ
Bu gün, 10:25
“Parisin siyasi qozbeli” - Makrona Bakıdan yeni mesajlar
Bu gün, 10:16
Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib
Bu gün, 10:14
Saxta estetik cərrahlar qalmaqalı səngimir - Böyük pullar və... SENSASİON DETALLAR
Bu gün, 10:12
Azərbaycanı hədəfə almış "şəbəkə" fenomeni Yaxın Şərqin vəkili rolunda "humanist" şərh verir - NƏ BAŞ VERİR?
Bu gün, 10:05
İşçilərin bu gəlirləri gəlir vergisindən azaddır... - Ekspert danışır...
Bu gün, 10:01
Şəhid ailəsinin torpağı başçının dayısına verilib? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:56
11 noyabrdan dünyanın nəbzi Azərbaycanla döyünür - FAKT BUDUR...
Bu gün, 09:50
Keçmiş qayınanası və qayınatası ilə bir araya gəldi - FOTO
Bu gün, 09:48
Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə bu sahədə əməkdaşlıq edirlər?.. - GƏLİŞMƏ
Bu gün, 09:45
“Aşıqların geyimi yoxdur, 40 dərəcə istidə çuxaya bənzər geyimdə necə ifa edək?” - ARAŞDIRMA
Bu gün, 09:44
"SNG-Lubricants" MMC-yə qarşı VALYUTA İTTİHAMI... - DETALLAR
Bu gün, 09:42
"Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər..." - deputatın şirkəti MEYDAN SULAYIR...
Bu gün, 09:38
Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...
Bu gün, 09:29
Tunberqin Bakıya qırmızı hücumu və Nağının maskası... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26
Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Mən qumar oyununu təbliğ edəcək adamam" - ETİRAZ
Bu gün, 09:20
Hamilə arvadını xəstəxanada qoyub qaçdı - Bakıda ŞOK OLAY
Bu gün, 09:19
Agentlik sədrinin müşavirinə ağır itki
Bu gün, 09:17
COP29-un Bakıda keçirilməsi paytaxtımızı qlobal iqlim diplomatiyasının mərkəzinə çevrilir - MƏQALƏ
Bu gün, 09:11
Yeni supernazirlik: AZCON-un məqsədi nədir? - ŞƏRH
Bu gün, 09:09
Pezeşkianın Bakıya gəlməməsinin səbəbi – “Ona elə bir cümlə deyilib ki…”
Bu gün, 09:08
Paşinyan nəyi... NECƏ İSTƏYİR? - İNCƏLƏMƏ
Bu gün, 09:06
Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
İrəvandan ikibaşlı açıqlama: vəziyyət dəyişdi – Sabiq nazirdən bədbin proqnoz
Bu gün, 09:00
Sabunçuda şəhid ailəsi ÇƏTİN DURUMDA - MÜRACİƏT
Bu gün, 08:59
"Dərslərin başlamasından iki ay keçib, amma...” - GİLEY
Bu gün, 08:53
“907-ci düzəliş”in birdəfəlik ləğvi gözləntisi - GƏLİŞMƏ
Bu gün, 08:48
Seldən zərər görən hansı fermerlərə kompensasiya ödənilir? - AKTUAL
Bu gün, 08:47
Azərbaycanlı iş adamları Şimali Kiprdə 4 milyonluq mülklər alıb - FOTO, VİDEO
Bu gün, 08:46
“O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün” - ÇAĞIRIŞ
Bu gün, 08:43
Fransanın müstəmləkəçi siyasəti bir daha ifşa edilib -İsrafil Kərimovun yazısı
Bu gün, 08:36
Trampın “sülh planları” və ya Kiyev üçün xoşagəlməz ssenarilər - NƏ BAŞ VERİR?
Bu gün, 00:33
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - TƏFƏRRÜAT
Bu gün, 00:31
Dövlət qurumu 3 milyonluq avtomobillər və texnikalar aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
"Cəlilabad Məişət" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
Dünən, 19:00
"Ermənistanın xoşniyyətli dəvət qarşılığında COP29-da iştirak etməməsi... Azərbaycan üçün itki deyil"
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru