Ağdam rayon məcburi köçkün Bərdə rayonunda müvəqqəti məskunlaşmış, Ağdam rayon 87 saylı tam orta məktəbinin kimya-biologiya müəlliməsi Əsgərova Vəfa Yusif qızı tərəfindən Millətinsəsi.info xəbər portalının baş redaktoru Tahir Abbaslıya şikayət məktubu göndərilib. Həmin məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Hörmətli baş redaktor
Mən Əsgərova Vəfa Yusif qızı Bərdə rayon Qarabağ qəsəbəsində yaşayıram. Hal-hazırda Ağdam rayon 87 saylı tam orta məktəbin kimya-biologiya müəlliməsiyəm.
İşlədiyim məktəbin direktoru Sahib Cəfərov təqaüdə çıxdıqdan sonra 2015-ci ilin sentyabr ayından təhsil şöbəsinin müqaviləsi əsasında Əmirova Səbahət təyin edildi.
Hörmətli baş redaktor
Ağdam rayon 87 saylı tam orta məktəbinə direktor gələn gündən Əmirova Səbahət xanım deyir ki, rayon rəhbərlərinə rüşvət verib gəlmişəm, verdiyim rüşvəti çıxartmalıyam. Məni bir neçə dəfə öz otağına çağıraraq, təklif etdi ki, qeyri-ixtisas dərs saatı yazım adına pulunu ver mənə. Ya da sənə İnsan və Cəmiyyət fənni üzrə 6 saat dərs yazacam Siz dərs keçməyəcəksən sadəcə hər ay kartına vurulan pulu mənə verəcəksən. Onu da qeyd edim ki, dəfələrlə məni otağına çağıraraq, hər dərs saatıma görə məndən 1 Azn pul istəyirdi. Mənim 24 saat dərs saatıma görə hər ay məndən qeyri-qanuni yolla 24 Azn pul istəyir.
Ümumilikdə, Ağdam rayon 87 saylı tam orta məktəbində işləyən bütün müəllimlərin iş saatlarına görə müəllimlərin hamısından aylıq dərs saatı pulu tələb edir. Onun təklifinə razılaşmadığıma görə, həmin gündən mənlə münaqişə aparır.
Gah şagirləri, gah valideynləri, gah da müəllimləri öyrədib mənə qarşı təzyiqlər etdi. Mənim dərs dediyim şagirdi öyrədərək, nalayiq, insanlğa yaraşmayan sözlər yazdırıb, əl çantama atdırıb dəfələrlə. Bu cür yollarla müəllimlik şərəfimi ləkələmək istəyir. Özü kimi bir neçə müəllimlərlə məni şifahi və yazılı təhqir ediblər dəfələrlə. Məqsədi odur ki, məni bezikdirib işdən çıxartmaq istəyir. Mən 2009-cu ildə Təhsil Nazirliyinin təyinatı əsasında Ağdam rayon 87 saylı tam orta məktəbindən kimya-biologiya müəlliməsiyəm.
Hörmətli baş redaktor
Təsəvvür edin Ağdam rayon 87 saylı tam orta məktəbinin müəllimlik kollektivi cəmi 10-15 müəllim işləməsinə baxmayaraq, saxta yolla həmin məktəbin həm müəllim kolletivin sayın, həm də dərs keçirilən məktəbə gələn şagird sayı dəfələrlə çox göstərilir.
İş fəaliyyətimdə bu vaxta qədər nöqsan olmayıb və heç kimlə də münaqişəm olmayıb. Lakin 2015-ci ildən Əmirova Səbahət Ağdam rayon 87 saylı tam orta məktəbinə direktor gələndən qeyri-qanuni təklif etdiyi işlərdə razılşmadığım üçün işimdən uzaqlaşmağımı istəyir. Ancaq özü qeyri-qanuni yollarla məndən rüşvət tələb edib.
Əl çantama təhqiredici sözlər yazdırıb atdırdıqdan sonra Təhsil Nazirliyinin daxili nəzarətçisi Kənan Quliyevin qəbulunda oldum. Lakin, heç bir tədbir görmədi. Hətta məni işdə ola-ola mənim ixtisasımı vakansiya verdi. Bu işlə Təhsil Nazirlyinin I müavini Ceyhun Bayramovun qəbulunda oldum. Iyun ayının 14-də Ceyhun Bayramov vakansiyanı götürdü.
İyun ayının 16-da Əmirova Səbahət və onun kimi bir neçə müəllimlərin təhqir və təzyiqlərinə məruz qaldım. Hətta, Təhsil Şöbəsinin müdiri Məlahət Muxtarovanın da təhqirlərinə məruz qaldım. Məktəbə gələrək, müəllimləri öyrədib səs-vermə keçirtdi ki, məni işdən uzaqlaşdırsın. Mənə dedi ki, niyə mənim başımın üstündən keçib, Ceyhun Bayramovun qəbulunda olmusan?
Hörmətli baş redaktor
Onu da qeyd edim ki, mən yaşadığım Bərdə rayon Qarabağ qəsəbəsində 5 orta məktəb yerləşir. Hamısı da Ağdam məktəbidir.
Amma maraqlı məqam isə ondan ibarətdir ki 5 orta məktəbin 3 orta məktəbi, 1 orta məktəbin binasında fəaliyyət göstərir. Bu da açıq-aşkar görünür ki, Ağdam təhsili bərbad gündədir.
135 saylı orta məktəbin direktoru Yaşar müəllim;
92 saylı tam orta məktəbin direktoru Məzahir müəllim;
87 saylı tam orta məktəbin direktoru Səbahət Əmirova.
Hər məktəbdə 60-70 nəfər şagird, hərəsində 20-25 nəfər müəllim, 4-5 xadimə, qarovulçu, laborant, hərəsində katibə, psixoloq, hərbi hazırlıq və.s. bu da hər ay 5-6 min manat dövlətin büdcəsinin manimsənilməsi deməkdir.
Odur ki, sizdən xahiş edirəm ki, şikayətimi araşdırıb lazımı tədbir görülməsi üçün köməklik göstərəsiniz.
İmza: Əsgərova Vəfa
Əlaqə telefonu: 051 787 32 83
051 392 93 35
Qeyd: Məsələ ilə bağlı Ağdam rayon 87 saylı tam orta məktəbin direktoru Əmirova Səbahət xanımla və Ağdam rayon Təhsil Şöbəsinin müdiri Məlahət Muxtarova ilə əlaqə saxlamağa çalışsaq da buna nail ola bilmədik. Həmçinin şikayək məktubu ilə bağlı Təhsil Naziri Mikayıl Cabbarova məktub göndərilib. Məsələ ilə bağlı qarşı tərfində mövqeyin dərc etməyə hazırıq.