“Şəki-Bazar”ASC-nin səhmdarları toplanır .....                     Azərbaycanda tikinti şirkətinə sədr seçiləcək .....                     COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir? .....                     Bütün gözlər Azərbaycanda: .....                     COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc, .....                     "Cənubtikintiservis"in səhmdarlarını təkrar .....                     "Azərbaycan 4 ildir ki, sülhə çalışır, amma buna icazə verilmir, Ermənistan isə..." .....                     Polşa “Ukraynanı müdafiə alyansı” yaratmaq istəyir .....                     İrəvan COP29-da iştirakla bağlı qərar verə bilmir .....                     700 erməni yük maşını Rusiya sərhədində gözləyir .....                     "Camal LTD" 3 min manata kimi .....                     Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanıldı .....                     Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib .....                     "Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər" .....                     Çiskinli yağış yağacağı ehtimalı var .....                     Putin ABŞ-ın düşməni üçün hansı sürprizi hazırlayır? .....                     13,4 min manat nizamnamə kapitalına malik olan şirkət .....                     Mübariz xalqımıza Qələbə yaraşır .....                     Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi .....                     "Seçkidə səs çoxluğu ilə qalib gələn Trampa qarşı siyasi və hüquqi təqiblər dayanacaq" .....                     "Alov qüllələri" üzərində bayrağımız tərsinə dalğalandı .....                     “Mənim hazırladığım geyimi Elza Seyidcahan başqa modelyerin adına çıxarıb, ona təşəkkür etdi” .....                     "Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi..." .....                     Nazir yorulubsa, vəzifədə NƏ İŞİ? .....                     TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? .....                     Kipr şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır .....                     Baha internet distant təhsili də ÇƏTİNƏ SALDI .....                     Ermənistan yolun sonuna gəlib .....                     Burda baş həkimin QOÇUSU MEYDAN SULAYIR... .....                     “Bakı üçün həm fürsətlər, həm də risklər dövrü başlayır” .....                     "AZnet" internet provayderinin 30 min manata yaxın vergi borcu var .....                     Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir .....                     Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib .....                     Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Riyada gedib, .....                     Heç bir layihədə yoxuq, məhvə gedirik .....                     COP29-un yerli turizmə FAYDASI... .....                     Azərbaycanda 444 minlik otel şirkətinin səhmləri .....                     Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR... .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılacaq .....                     Naşı həkimin əlinə düşdü... HƏYATI DƏYİŞDİ... .....                 

Naxçıvanda olay: Ərli qadın sevgilisinə yuxu dərmanı verdi və... – ŞOK TƏFƏRRÜAT
Tarix: 23-09-2024, 16:25 | Çap et
Naxçıvanda olay: Ərli qadın sevgilisinə yuxu dərmanı verdi və...
Naxçıvanda 37 yaşlı kişi sevgilisinə xəsarət yetirib.

Hadisə Babək rayonunda baş verib.

Rayon sakini Xuraman Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sevgi münasibətində olduğu 1987-ci il təvəllüdlü Ayaz (adlar şərti verilib – red.) tərəfindən döyüldüyünü, ölümlə hədələndiyini bildirib.

Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılıb. Ayazın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə izahat verən Ayaz bildirib ki, zərərçəkmiş Xuraman əvvəllər “Cahan” Ticarət Mərkəzində işləyib:

“2023-cü ilin aprel ayında Xuraman məndən 3 cüt ayaqqabı aldı. Sonradan öyrəndiyimə görə, həmin vaxt artıq Xuraman işdən çıxarılıbmış. Sabahı gün Xuraman mənə zəng edib harada olduğumu soruşdu. Mənə ayaqqabıların pulunu vermək üçün evinə dəvət etdi. Öncə dəvəti qəbul etməsəm də, Xuraman evdə uşağının xəstə olduğunu, bu səbəbdən gələ bilmədiyini deyəndə onların evinə getdim. Maşınımla Xuramanı kirayə yaşadığı evə yollandım.

Xuraman mənə havaların isti olduğunu bildirdi, əlində gətirdiyi kompotu içməyi təklif etdi. Mənə “qardaş” deyə müraciət etdi. Mən kompotu içdikdən sonra özümdən getdim. Lakin hansı səbəbdən huşumu itirdiyimi, kompotun içinə nəyinsə qarışdırılıb-qarışdırımadığını dəqiq bilmədim. Ayıldıqda özümü yatağa uzanmış vəziyyətdə, Xuramanın isə şəkillərimi çəkdiyini gördüm.

Ondan mənə nə olduğunu soruşdum. O da heç nə bilmədiyini və yıxıldığım üçün məni yatağa uzatdığını dedi”.

Ayazın sözlərinə görə, bundan 1-2 gün sonra Xuraman ona həmin şəkilləri atıb, “ya mənim olmalısan ya da ailən dağılmalıdır” deyib: “Daha sonra “sevdiyim insan sənə oxşayırdı, buna görə də mənimlə sevgili olmalısan, yoxsa bunları ailənə göndərəcəyəm” söylədi. Bir neçə gün bu vəziyyətin davam etdi.

Xuraman mənə “hara gedirsənsə mənə deməlisən, atdığın hər addımı mənə bildirməlisən, çağıranda bizə gəlməlisən” şərtini qoydu. Bir gün isə zəng edərək məni ad gününə dəvət etdi, gəlməsəm şəkilləri ailəmə göndərməklə hədələdi. Yaşadığımız binanın qarşısına gəldi, evimizə girməklə təhdid etdi”.

Ayaz qeyd edib ki, 2024-cü ilin avqustun 31-də Xuraman ona zəng edərək hamamda yıxıldığını dedi, onu xəstəxanaya aparmasını istəyib: “Qorxduğum üçün oraya getmədim, bazara yollandım. Bu vaxt Xuraman zəng etdi, qardaşının gələrək onu xəstəxanaya aparacağını bildirdi. Daha sonra məni başıma oyun açacağıyla hədələdi.

Növbəti gün Xuraman bazara gələrək niyə onun yanına getmədiyimi soruşdu. Mənə şər atacağından qorxduğum üçün getmədiyimi söylədim. Bundan sonra o, anama zəng edərək “oğlun mənimlə yaşayır, əlimdə materiallar var” deyib.

Anam mənə zəng edib tez evə gəlməyimi istədi. Evə getdikdə səs-küy olduğunu gördüm. Məlum oldu ki, həyat yoldaşım Xurmana zəng edərək özünü bacım kimi qələmə verib, məsələ barədə soruşub. Xuraman isə ona cavabda bildirib ki, "Ayaz məni saxlayır, istəsəniz şəkil də göndərərəm”. Axşam isə əlini qoynuma salaraq çəkdirdiyi şəkli ailəmə atdı”.

Ayaz bildirib ki, 2 gün sonra Xuramana zəng edib və ondan ailəsini niyə dağıtdığını soruşub: “Daha sonra Xuramanın əmisinin yanına getdim. Ona olanları danlışdım. Xuramanın əmisi başını aşağı saldı... İki gün sonra məni polisə dəvət etdilər.

Orada Xuraman guya ondan 2000 manat aldığımı, telefonunu qırdığımı, qısqanclıq zəminində onu döydüyümü bildirdi. Halbuki kiməsə xəsarət yetirəcək xarakterdə insan olmamışam. Polis şöbəsində məsələnin aydınlaşdırılmasını xahiş etdim. Onlara xanım döyəcək insan olmadığımı bildirdim”.

Ayaz qeyd edib ki, Xuraman ona gecə saat 12-yə qədər yatmamağı tapşırıb, əks halda hər an zəng edərək ailəsini dağıtmaqla hədələyib: “Xuraman ərinin Bakıda işlədiyini, əri gələndə ona dərman verərək yatırdıqdan sonra mənə görüntülü zənglər edəcəyini söylədi. Mən Bakıya gedən zaman yenə görüntülü zəng edərək yanımda başqa bir qadının olmasından şübhələndiyini bildirdi. Mən dəailəmi itirməməkdən ötrü onunla məcbur qalıb danışmışam.

Xuramandan heç vaxt pul almamışam. Bakıda maşın alarkən 2500 manatım çatmayıb. Bu səbəbdən dostuma zəng edərək həmin pulu ondan istəmişəm.

Xuraman mənə təhqiredici sözlər atıb. Hətta polis Xuramanın qızına onun döyülməsi ilə bağlı sual verdikdə, qızı anasının yıxıldığını bildirib. Xuramanın dediklərinin yalandır.

Səhər-səhər onlara getməmişəm, kənddə baba evində olmuşam. 2020-ci ildə atamın xəstəliyi ilə əlaqədar Naxçıvan şəhərində də ev almışıq, orada qeydiyyatda olmuşuq. Xuraman oranı tanımayıb, sadəcə binanın qarşısında gələrək dayanıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xuramanın sözlərinə görə, Ayazın dedikləri yalandır, onu evə çağıraraq yuxuya verməyib: “İki il öncə “Cahan” Ticarət Mərkəzində çalışmışam. Ayaz məndən əl çəkməyib, hər dəfə yanıma gedib-gəlib, axırda məni işdən çıxartdırıb.

Mənə işləməyə icazə verməyib, yemək, paltar və digər bütün maddi ehtiyaclarımı Ayaz qarşılayıb. Ayaz mənim evimə gedib-gəlib. Bizim şəkillərimiz var, sevgili olmağımızın ildönümünü qeyd etmişik. Bir-birimizə üzük almışıq. Ayazın anası, bacısı, qardaşı ilə birlikdə yemək yemişik, məni kəndlərinə aparıb.

Əgər içkiyə dərman qatmışdımsa, bunu da polisə vaxtında deməli idi. Ayaz mənə çölə çıxmağa icazə vermirdi. Mənim pulumu alıb, pulu geri istədiyim üçün məni döyüb. Heç kimə zəng etməməyim üçün telefonumu da qırıb.

Münasibətlərimiz son dövrlərədək çox yaxşı olub. Bu barədə hətta mənim ailəmin də məlumatı olub. Sonra Ayazın yoldaşına və anasına zəng edərək məndən uzaq durmasını istəmişəm.

Ayaz ailəsini itirməmək üçün “sən mənə səs at ki, yoldaşım qayıtsın” deyib. Halbuki həmin vaxt ailəsi onun yanında olub”.

Zərərçəkmiş qeyd edib ki, evli olsa da, faktiki olaraq ərindən ayrı yaşayıb: “Ərim aliment ödəməmək üçün boşanmaq istəməyib. Hələ də evli qalmışıq. Ərim Naxçıvana uşağı görmək üçün gəlib-gedib. Onunla 2009-cu ildə evlənmişik, bu, ikinci evliliyimiz olub. Bizim birgə nikahdan 1 övladımız var.

Naxçıvana 2 il olar gəlmişəm. Seymur adlı şəxsin yanında geyim mağazasında işləmişəm. Həmin müddətdə Ayazla tanış olmuşam, 1 il 5 ay onunla birlikdə yaşamışam. Onun ailəsi olduğunu bilmişəm. Bu müddət ərzində ailəsinə bir dəfə də zəng etməmişəm. Ailəsinin də bu münasibətdən xəbəri olmayıb. Ayaz evimə gələrək onunla birlikdə yaşamışıq”.

Zərərçəkmiş bildirib ki, 2 ay öncə Ayaz onların evinə gələrək ondan maşın almaq üçün pul istəyib: “Ona güvəndiyim üçün pulun verilməsi ilə bağlı sübut saxlamamışam. Özüm toyuq-cücə alqı-satqısı ilə məşğul olmuşam. Qızım bizimlə birlikdə qalıb və Ayazı çox istəyib”.

Bu işə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Ayaz 350 manat cərimə olunub.

Teleqraf.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şəki-Bazar”ASC-nin səhmdarları toplanır
Bu gün, 00:05
Azərbaycanda tikinti şirkətinə sədr seçiləcək - TOPLANTI
Bu gün, 00:02
COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti nədir? - ŞƏRH
Dünən, 17:32
Bütün gözlər Azərbaycanda: - Ölkəmizin beynəlxalq nüfuzu artır
Dünən, 14:02
COP29 - yaşıl həyat, sülhə çağırış, iqtisadi güc, - SİYASİ UĞUR...
Dünən, 14:00
"Cənubtikintiservis"in səhmdarlarını təkrar - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58
"Azərbaycan 4 ildir ki, sülhə çalışır, amma buna icazə verilmir, Ermənistan isə..." - FAKT BUDUR!
Dünən, 13:27
Polşa “Ukraynanı müdafiə alyansı” yaratmaq istəyir
Dünən, 13:22
İrəvan COP29-da iştirakla bağlı qərar verə bilmir - KİV
Dünən, 13:20
700 erməni yük maşını Rusiya sərhədində gözləyir
Dünən, 13:17
"Camal LTD" 3 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 13:01
Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 12:52
Tərtərdə 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə tədbir keçirilib - FOTO
Dünən, 12:46
"Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər" - Britaniya nəşri
Dünən, 12:39
Çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:29
Putin ABŞ-ın düşməni üçün hansı sürprizi hazırlayır? - Vaşinqtonda təşviş
Dünən, 12:24
13,4 min manat nizamnamə kapitalına malik olan şirkət - LƏĞV OLUNUR
Dünən, 12:13
Mübariz xalqımıza Qələbə yaraşır - MƏQALƏ
Dünən, 12:09
Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi - AXI NİYƏ?..
Dünən, 12:02
"Seçkidə səs çoxluğu ilə qalib gələn Trampa qarşı siyasi və hüquqi təqiblər dayanacaq" - Bakıdan ŞƏRH
Dünən, 11:58
"Alov qüllələri" üzərində bayrağımız tərsinə dalğalandı - VİDEO
Dünən, 11:56
“Mənim hazırladığım geyimi Elza Seyidcahan başqa modelyerin adına çıxarıb, ona təşəkkür etdi”
Dünən, 11:50
"Adı “Buffalo show” idi, ancaq nə bufalo var idi..." - GİLEY
Dünən, 11:35
Nazir yorulubsa, vəzifədə NƏ İŞİ? - Naxçıvanda təhsil KİMLƏRƏ ƏMANƏTDİR?
Dünən, 11:09
TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? – Dünya yeni ABŞ Prezidentindən nə gözləyir?
Dünən, 11:05
Kipr şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır
Dünən, 11:01
Baha internet distant təhsili də ÇƏTİNƏ SALDI - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:54
Ermənistan yolun sonuna gəlib - İNCƏLƏMƏ
Dünən, 10:47
Burda baş həkimin QOÇUSU MEYDAN SULAYIR... - NARAZILIQ VAR...
Dünən, 10:42
“Bakı üçün həm fürsətlər, həm də risklər dövrü başlayır” - NƏ ETMƏLİ?
Dünən, 10:30
"AZnet" internet provayderinin 30 min manata yaxın vergi borcu var
Dünən, 10:26
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir - MƏQALƏ
Dünən, 10:17
Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib
Dünən, 10:02
Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Riyada gedib, oradan Azərbaycana gələcək
Dünən, 09:56
Heç bir layihədə yoxuq, məhvə gedirik – Manukyan
Dünən, 09:55
COP29-un yerli turizmə FAYDASI... - AKTUAL
Dünən, 09:54
Azərbaycanda 444 minlik otel şirkətinin səhmləri - DÖVRİYYƏDƏN ÇIXARILIR
Dünən, 09:50
Əmək Məcəlləsinin 92-ci maddəsi: BURDA NƏ DEYİLİR... - Ekspert danışır...
Dünən, 09:48
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılacaq - FOTO
Dünən, 09:39
Naşı həkimin əlinə düşdü... HƏYATI DƏYİŞDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 09:36
"Oğurluq qadağası ibtidai icma toplumunun qadağası idi..." - REPLİKA
Dünən, 09:29
"Estetik cərrahlarla bağlı iddia olunanlar yalandır, əlimizdə yazışmalar var" - Nazilə Səfərlidən ŞOK AÇIQLAMALAR
Dünən, 09:26
Heydər Əliyev Beynəlxalq Aeroportu COP29-a dair açıqlama yayıb - DİQQƏT
Dünən, 09:22
Zaqatala COP29-a belə hazırdır?.. - AXI NİYƏ?..
Dünən, 09:21
Dövlət buralara niyə pul ayırır ki?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:09
Paşinyan bizimlə razılığa gəlməlidir... - ƏKS HALDA...
Dünən, 08:59
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
Dünən, 08:56
“Yeni Ailə” MMC vətəndaşı CANA DOYURUB - “Artıq evi istəmirəm, pulumu versinlər..."
Dünən, 08:42
Bakı Sukanal İdarəsinin rəisi və bəzi şöbə müdirləri dəyişib, yeni təyinatlar olub - SİYAHI
Dünən, 08:39
"Sağlam həyat" səyyar layihəsi Tərtərdə - FOTO
Dünən, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru